kataloq

Toyuqla Parça-Döşəmə Plov

Parça-döşəmə plov qoyun əti və toyuqla hazırlana bilər. Parça-döşəmənin altında qazmaq olmalıdır, və qazmağın ardından digər ərzaqlar qat-qat qazana yığılmalıdır. Burada gördüyünüz reseptdə isə qazmaq yoxdur - qazmağın yerinə qazanın dibinə toyuq əti döşənir, onun üstündən isə düyü və quru meyvələr. Tələsik Azərbaycan-sayağı  bir plov bişirmək istəyirsinizsə, bir qədər asanlaşdırılmış bu parça-döşəmə plovunun resepti sizin lap ürəyinizcə olacaq.

TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd*
½ stəkan quru ərik
1 stəkan quru gavalı  (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup  quru İran xurması (
çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd  baş soğan - nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz
istiot

1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.

2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.

3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.

4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan - non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.

5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.

6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.

7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.



8. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.

9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.

Related Posts with Thumbnails

49 Comments Add your own

  • 1. Stomatoloq  |  Aprel 22nd, 2009 at 2:52 pm

    Əllərinizə sağlıq. Amma nəsə qazan çox balacadır.

  • 2. Səadət  |  Aprel 25th, 2009 at 6:56 am

    Sabah qonaqlarim var mütləq sinaqdan kecirəcəyəm Hər halda dadli olduguna hec bir şübhəm yoxdur Cox sag olun

  • 3. Fəridə  |  Aprel 27th, 2009 at 10:01 am

    STOMATOLOQ: Sagh olun serhinize gore.

    SEADET: Umid edirem ki, qonaqlariniz da siz de plovu beyeneceksiniz. Nush olsun:)

  • 4. TUNZALE*93  |  Aprel 29th, 2009 at 10:32 pm

    PLOVU COX SEVIREM ,AMMA HAZIRLAYANDA XASIL KIMI OLUR,DEYESEN DUYUNU COX QAYNADIRAM.ELE DEYILMI.AMMA YENEDE DADLI ALINIR

  • 5. sladkayewka  |  May 4th, 2009 at 12:13 am

    DEMEK OLAR KI HAZIRLADIGIM YEMEKLERDEN EN YAXSHI ALINANI PLOVDUR)))))))XOSHUMA GELIR COX SAGOL BU NOVUNUDE YOXLAMISHAM DADLI OLR HEMDE O BIRINDEN ASANDIR

  • 6. VEFA  |  May 7th, 2009 at 3:25 am

    oy oy oy ash menimcun en sevimli yemekdir.bunu bir gun mutleq edecem.cox sag olun

  • 7. AYKA  |  Avqust 11th, 2009 at 11:41 am

    eledi cox sagolun

  • 8. elnara  |  Sentyabr 2nd, 2009 at 6:11 am

    feride xanim reseptler uchun chox sagolun. men azeriyem ama bashqa olkede yashayiram. sizin web saytda olan respetlere uygun yemekleri bishirirem burdaki dostlarimi da qonaq eliyirem chox xoshlari gelir.

  • 9. FƏRİDƏ  |  Sentyabr 3rd, 2009 at 9:03 am

    QIZLAR, serherinize gore cox sagh olun.

  • 10. gülcahan  |  Sentyabr 4th, 2009 at 1:54 am

    Feride xanim, bu reseptlere göre size cox-cox tesekkürler!!

    Men yemek bisirmeyin böyük heveskariyam,mütleq bu reseptlerden istifade edecem.

    Size uqurlar!!!!!!!

  • 11. govher  |  Oktyabr 23rd, 2009 at 7:05 am

    feride xanim men yeni evliyem ve dadli yemekler bishirmeyi cox isteyirem.xahish etsem mene julyen ve dovganin deqiq reseptini yazardiz

  • 12. LEMAN  |  Dekabr 18th, 2009 at 3:34 am

    ela

  • 13. aynur  |  Dekabr 25th, 2009 at 2:30 pm

    Salam,, Feride Xanim sizden bir xahish,, levengi bisirmeyi öyredin mene,, bir zehmet,, coox sevinerdim,,öpürem,, Caniniz sag olsun,,,,

  • 14. gunay  |  Fevral 8th, 2010 at 12:03 am

    Salam Feride xanim ne yaxsi ki sizin kimi ana bacilarimiz var size derin tesekkurumu bildirirem dunen bu plovu bisirmisem barmaqlarimizi yalamisiq hami beyenib cox sag ol.Eziz bacim zehmet olmasa mene turk kahvesinin duzeltme qaydasini yazardiniz.Sizden bilirsiniz niye raziyam cunki meni intizarda qoymayirsiniz opuldunuz

  • 15. xatire  |  Mart 16th, 2010 at 4:59 am

    salam Feride xanim.sizin sehifenizle meni Fransada yashayan gelinimiz Esmira xanim terifleyerek tanish etdi.ona da teshekkur edirem.toyuqlu plovu bishirdim.super.cox saq olun.bu gunde sizin shagirdinizem.

  • 16. SEVA  |  Mart 26th, 2010 at 1:18 pm

    Feride xanim, sekiller niye görünmür?

  • 17. Məleykə  |  Aprel 5th, 2010 at 1:30 pm

    Fəridə xanım istəyirəm sizə başqa üsulda döşəmə plov sepdi verim bunu ismayıllı zonasında bişirirlər çox dadlı alınır düzdür mən ismayıllıdan deyiləm amma hər il anam Bayram axşamı bu döşəmə plovdan bişirir
    Ərzaq: 200qram - albuxara, qaysı, quru alça, ağ rəngdə olur qara xallı lobya adı yadımdan çıxdı, şabalıd, xurma, bollu ləvəngi, 1ədəd hind toyuğu 2,5 kq düyü üçün nəzərdə tutulub bu ərzaqlar
    Hazırlanması- hind toyuğu təmizlənir əgər cavandırsa pörtlədilmir gec bişəndirsə yarım saata kimi qaynadın suyunu atmayın suyndan və içalatındanda dadlı şorba alınır
    şabalıd təmizlənir ,lobya yarı bişmiş olana kimi qaynadılır,sonra lobya və şabalıda palçıq turşusu (llavaşana turşu) və ləvəngi vurulur bir qədər, qazanın dibinə adı düyüdəndə diblik qazmaq tutmaq olaq ama anaç həmişə yağlı xəmir hazırlayır və sərir qazanın içinə üzərinə qaynanmış düyüdən bir sloy sərir sonra səliqə ilə dösəmək üçün ayrılan ərzaqları yiğir qazqna hind toyuqusinə hissədən kəsilir və yaxşıca turşu və duzlanır istiotu bol vuranda əla olur (zövqə görə) sonra qazanın bir tərəfinə sərilir içərisi bollu ləvəngi ilə doldurulur ətrafındada döşəmə ərzaqlarısonra ya ətin suyu vəya adi su 1st səpin üzərin anam tənzif sərmir yavanlıq plova qarışmasın deyə adi mağazadan alınma lavaş sərir döşəmənin üzərinə oda bişir dadlı olür hə birdə alça şabalıd və lobyaya ləvəngii ilə turşu hökman vurun yoxsa o ləzzəti almazsınız sonra süzülmüş plovu tökün lavaşın üzərinə düyünü biraz ocaqdan tez götürəsiniz çünki düyü dəmdə 2 saata yaxın qalacaq qoy xəşil olmasın sonra qazanı yaş dəsmal üzərinə qoyub 15dəqiqə gözləyin Hind toyuqlu döşəmə plovunuz hazır süfrəyə ətini ayrı və yanındakılarıda ayrı bir buludda plovda həmçinin yağlı xəmir qazmağıda bıçaqla bölun vəssalam Nuş olsun

  • 18. Məleykə  |  Aprel 5th, 2010 at 1:40 pm

    Tələsik yazdığım üçün üçün buraxdığım hərf səhvlərinə görə üzr istəyirəm və resepdə göstərdiyim albuxara, qaysı, quru alça, lobya,şabalıd və xurma bunların hərəsindən 200qram olmalıdır

  • 19. FƏRİDƏ  |  Aprel 6th, 2010 at 5:28 pm

    MƏLEYKƏ: Çox sağ ol reseptə görə. Bu resept məndə var. Hətta kitabıma (bloq deyil, çap olunacaq kitabıma) salınacaq. Oxucularla bu gözəl resepti paylaşdığın üçün çox sağ ol.

  • 20. Məleykə  |  Aprel 7th, 2010 at 12:08 am

    Təşəkkür edirəm sizə yazdığım resepdi oxuduğuz üçün əlbəttə sizin kimi bacarıqlı əlindən zər tökülən xanıma mənım resept yazmağım biraz məqsədəuyqun deyil amma oxucular bu resepdən istifadə edərlər öpürəm sizi Mən sizin çap olunacaq kitabınızı səbirsizliklə gözləyirəm Fəridə xanım mümkünsə kitabın səhifəsində öz şəklinizi də yerləşdirəsiniz çox yaxşı olar sizin gözəl üzünüzü görmək mənim ən böyuk arzumdur

  • 21. reyhan  |  Aprel 20th, 2010 at 4:15 am

    men cox daddli suyudlu as bisirirem demek olarki heftede 2 defe erimin cooooooooooooooox xosuna gelir

  • 22. humeyra  |  Oktyabr 16th, 2010 at 8:50 pm

    Super!Feride xanim ama bizim Qarabagda ise parça döşeme plovu tamam başqa cür usulle bişirirler:ya körpe iri tikelere bölünmüş quzu eti,ya da toyuq eti.önce qazanin dibine et düzülür,sonra halqahalqa dogranmiş sogan.düyünü qaynadirsan,çox bişirmek olmaz,süzene yaxin içine dogranmiş şüyüd,ya daki,boyana qatirsan.sonra da düyünü süzüb,etin üzerine tökürsen ve de vam xodda 1-2saata deme qoyursan.bu bizim en çox sevdiyimiz plov nevidir

  • 23. Sema  |  Yanvar 27th, 2011 at 11:57 am

    Sizi selamlayiram ve tesekkur edirem reseptlere gore. Bilirsiz, men coxdandi rulet bisirmek isteyirem xais edirem mene komek edesiz. sizin blogda rulet resepti tapa bilmedim. Onceden tesekkurler.

  • 24. akife  |  Fevral 26th, 2011 at 8:43 am

    Salam Feride xanim ellerinize saglik eminem ki dadida gorunusu qeder gozeldi. Menim encox sevdiyim yemek plovdu hansi nov olursa olsun ferq elemez. Gozel vetenimizin ayri -ayri bolgelerinde novbenov plovlar bisirilir. Cox isterdim o reseptleri oyrenim ve bir- bir bisirib dadina baxim

  • 25. kira  |  Mart 2nd, 2011 at 2:08 pm

    Resepte gore cox sag ol. men bu plovu bisirecem.
    xxx

  • 26. zümrüd  |  Mart 17th, 2011 at 12:50 am

    cox gözel olur..
    tesekkürler Feride xanim

  • 27. Pervane_pervane  |  Aprel 1st, 2011 at 2:37 am

    Feride xanim, menim anamda bele edir. Amma bezen o toyugu,shabalidi,meyve qurusunu ayri bir tavada hazirlayir ve soganini chox edir.duyunu ise ayri demleyir. bir de plovu sufreye vererken kishmish,erik qurusu ve xurmandan bir az qizardib duyunun uzerine elave edir. qarani da ayri boshqabda verir.

  • 28. Pervane_pervane  |  Aprel 28th, 2011 at 1:56 am

    Feride xanim, bir shey mene qaranliq qalib. burada yazdiginiz “Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin.” qarishdirmaga ehtiyac varmi? Bes qazmaqli olsa nece olar? onda mence toyuq ve sogan yaxshi bishmez

  • 29. Pervane_pervane  |  Aprel 30th, 2011 at 3:09 am

    Nedense cavab almadim:-(

  • 30. FƏRİDƏ  |  Aprel 30th, 2011 at 10:16 pm

    PERVANE -PERVANE - Qarışdırmağa ehtiyac yoxdur, Yazıldığı kimi edin. Bu resept qazmaqsızdır.

  • 31. Vefa  |  May 4th, 2011 at 4:28 am

    Günləriniz aydın olsun Ləzzətli Fəridə Xanım,

    Ümidvaram ki, işləriniz qaydasındadır. Sizinlə kolleqayıq biz. Çox ciddi bir şirkətin əməkdaşıyam. Əlavə işlərlə məşğul olmağa demək olar ki, vaxtım qalmır, amma sizin bloqunuza göz atmaq üçün hər xırda şansı dəyərləndirirəm.

    Plovu hər gün yeməyə hazıram, ona görə də hər növü ilə maraqlanıram. Bizim Qarabağ xanımlarının da ləzzətli plovları var. Amma xanımlara resept yox (buna cürətim çatmaz:), 1-2 çoxbilmış məsləhəti vermək istərdim, bunları görüb-götürmüş nənələrdən oğurlamışam:)
    A) 1 kq düyünü suda qaynadarkən 3/1 limonu qabığı ilə bərabər həmin suya atanda plovu sədəf kimi parıltılı edir və nə qədər yağlı olsa da belə plov xəfif olur, necə deyərlər, adamın ürəyini vurmur, düyünün də ətrindən doymaq olmur:)
    B) Yerdə qalan yarısını da halqa-halqa doğrayıb qoyun əti ilə olan döşəmənin üzərindən düzsəniz dadı turşməzə olar, xüsusən də təzyiqli adamlara ziyanı toxunmaz o qədər də
    C) Dəmdəki plovun dibindəki qazmağı qaldırıb baxmaq kimi 1 şansımız olmadığına görə bəzən onun vəziyyətindən hali olmuruq bu məqsədlə də düyünun tam dəmlənib-dəmlənmədiyini bilmək istərsəniz, əlinizi soyuq suya çəkib çöl tərəfdən plov qazanının divarına silkin. Dərhal cızıldayıb buxarlandısa deməli dəmi qəşəng tutub.
    Bu qədər.

    Hələlik,

    Özünüzdən müğayət olun

  • 32. Rehime  |  May 8th, 2011 at 2:16 am

    Resepte gore cok sagolun….

  • 33. zumrud  |  Iyun 30th, 2011 at 9:25 am

    cox sagolun.sizden men levengili plovun reseptini soruwacaqdim.deye bilersiz?

  • 34. Aysel.  |  Sentyabr 22nd, 2011 at 3:45 am

    salam Feride xanim zehmet olmasa shuyudlu plov reseptinide qeyd edesiniz . tesekkurler.

  • 35. ŞƏLALƏ  |  Oktyabr 1st, 2011 at 8:58 pm

    Salam Fəridə xanim resepte göre çox-çox sag olun.Bu əsil Qarabag plovudur.Mən bunu Qarabağ zonasinin xanimlarinin hazirladigina tez-tez şahid olmusam.dadi da əla oldugunu cox gozel bilirəm.FERİDE XANİM zehmet olmasa meyveli tort reseptlerini bizlerle paylasasiniz.meyveli tortu cox sevirem amma ne yalan deyim hazirlamagi bacarmiram.onceden tesekkur edirem.nece dyeller elleriniz derd gormesin.HƏLƏLİK.

  • 36. afa  |  Oktyabr 14th, 2011 at 10:22 am

    her kese salamlar!
    men de size “fried rice” (qizardilmish duyu) pilovunun reseptini vermek isterdim. erzaqlari gozeyari olche bilersiniz. zovqunuzden asili olaraq cox ve ya azalda bilersiniz.
    — 1 kg uzun duyu (qaynadiriq, tam bismemis yagda qizardiriq. P.S. amma men adi formada tam bisene qeder bisirirem, qaynatmiram. kenara suzulmeye qoyturuq.
    — 150 qr koku xirda xirda kubik formasinda dograyib (bitgi yaginda qizardiriq sonra derin kasaya boshaldiriq)
    — 150 qr biber (qirmizi, sari, yashil) eyni formada dograyib qizardiriq ve kasadaki kokun ustune elave edirik.
    — 150 qr konservlesdirilmish qargidali denelerini suzub yagda eyni qaydada qizardiriq
    —- 150 qr qaroxu da qizardib qarisiga elave edirik
    —- sonda 2 deste goy sogani yuyb temizleyib xirda formada dograyiriq. onu da qizardiriq. uzerine duz, istiot, kari (curry), sarikok ve zovge gore diger edviyyalar elave edirik. sogani cox qizarmamaq serti ile hamisini birlikde qarishdirib hazir duyuye elave edirik. deme qoyuruq.
    kenarda toyugu ve ya eti (qoyun, mal) qizardib duyu ile beraber sufreye verilir.
    (P.S. eti ve ya toyugu hemcinin xirda kubik formasinda dograyib yagda qizardaraq duyu ve qizarmish qatishiga elave ederek hamisini birlikde deme qoymaq olar.
    nush olsun)

  • 37. sevinj  |  Oktyabr 19th, 2011 at 5:41 pm

    cox sevdiyim ve tez tez de hazirladiqim plovdu,sadece men toyuqu onceden 1 leyende soqanla basdirma edirem yarim saat,daha sonra toyuqu qazana yiqib halqa halqa doqranmis sogallari da ustune,nezerinize catdirim ki hemin basdirmada olan soqani ele elave edirem,sonra da duyunu,evvelce 5_ 6 deqiqe boyuk xodda,sonra da vam xodda qoyuram deme,
    inanin o qeder sevirik, UMUMIYYETLE BIZIM AZERBAYCAN YEMEKLERI HAMISI SUPERDI,QERIB YERDE OLMAQIMIZA BAXMAYARAQ HAMISE OZ YEMEKLERIMIZE USTUNLUK VERIRIK.
    opdum,size de cooox tesekkur edirem!!!!!

  • 38. Gunel  |  Oktyabr 21st, 2011 at 5:23 am

    Farida, reseptlerinize soz ola bilmez!
    Yemek bishirmeye ve yemeye olan hevesim bu sayti gorenden sonra daha da artib :)) Chooox minnetdariq size!
    Ugurlar size her bir ishinizde!

  • 39. Nika  |  Oktyabr 28th, 2011 at 6:12 am

    Salam eziz xanimlar. Esline qalsa men bu yemek bishirmek sahesinde yeniyem. Evde anam her zaman bishirir yemekleri, biz genclerede o yemeyi yemek qalir. Yemek bishirmeyi hedsiz derecede cox sevirem, amma her yemeyi bishirmeyi bacarmiram. Elbette ki eger yemeyin resepti deqiqliyi ile asan formada yazilibsa her cur yemeyi bishire bilerem. Bu sehifeni indi keshf etdin, dogurdanda cox ureyimce oldu bu sayt. Kitabda plovun reseptini oxudum, amma bir shey basha dushmedim. Ve plovun bishirilme qaydasini bu saytda aydin shekilde izah etmisiniz, laap ureyimce oldu. Qzin icinde bishen coreyim var, qazin ustundede qaynayan et. Gedim plov bishirim :)

  • 40. sabina karimova buendia  |  Noyabr 8th, 2011 at 3:22 pm

    Herkese Salam. Feride xanim men doseme plovu cox sevirem. Cox tez-tez bisirirem. Yoldasim amerikalidi onun ailesi de cox sevir bizim plovu.Anam hemise mene quru gevali gonderir.Amma tez qurtarir.Burada Yeni Virginiada istediyim quru gevalini tapa bilmirem. Buradakilar cox sirindi plovun dadini deyisdirir. Siz hansi gavalidan istifade edirsiniz? Evvelceden tesekkurler.

  • 41. FƏRİDƏ  |  Noyabr 8th, 2011 at 10:36 pm

    SABINA - turş olan sarı quru gavalıdan istifadə eridəm. İran marketlərindən alıram.

  • 42. Arzu  |  Dekabr 8th, 2011 at 6:29 pm

    Salam Feride
    Necesiz?men de Amerikada yawayiram,burda ailemden uzaqda bele reseptlere cox ehtiyacim vardi,sizin sehifeni tesadufen tapdim,coxdandi sizin reseptlerini oxuyuram, bir cox reseptleri de seve seve tecrube etmiwem,coooooox tewekkur edirem,fb’da da sehifenizi izleyirem,sehifenizde Tebriz yemeklerini coxxx gormek istiyerdim,mene Cenubi Azerbaycan yemekleri maraqlidi,tewekkurler

  • 43. Nigar  |  Dekabr 12th, 2011 at 6:12 pm

    SALAM XANIMLAR! Mən sizə Azərbaycanın Qarabağ bölgəsində bişirilən boyanali(boyanaya ruslar” фенхель” deyirlər)plovun reseptini verəmək istəyirəm.Bu plovu boyana və şüyüdün qarışığından və ya təkcə şüyüddən istifadə edərək də bişirmək olar.
    Körpə quzu əti və ya toyuq əti alaçiy bişirildikdən sonra üzərinə duz,istiot,sarıkök vururuq.Ayrıca qabda əvvəlcədən duzlanıb sıxılmış ,nazik-nazik,yarımhalqa doğranmış soğanın üzərinə doğranmış boyana və ya şüyüd,sarıkök,yaz vaxtı təzə alça,qışda isə aş alçasi əlavə edərək ətin üzərinə tökürük.sonra üstünü mətbəxt klyoku ilə örtərək4-5 saat soyuducuda saxlayırıq
    .Düyünü qaynadarkən süzməyə 1-2dəq.qalmış 7-8mm uzunluqda doğranmış göyərtini əlavə etmək lazımdır(1kq.düyüyə 3-4 dəstə boyana və ya şüyüd.)Sonra plov dəmlənəcək qazanin dibinə ərinmiş kərə yağı iə birlikdə bir az duru yağ da əlavə edib qazın üzərində isidirik.Yağ dağ olanda üzərinə qazmaq(qazmaq halqavari iri doğranıb,duzlanmışkartof,lavaş vəya 1 yumurta sarısı,0,5st.qatıq,2xör.qaş.mayonez,duz,azca şəkər ,bir çimdik çay sodası,70-80q.kərə yaği və undan hazırlanmış xəmir ola bilər),onun üzərinə nazik təbəqə düyü ,sonra əvvəlcədən hazırladığımız soğanlı ət,üzərindən tənzif,onun üzərinəsə yerdəqalan düyünü tökürük.Plovu dəmı qoyuruq.Plov dəmə düşdükdə düyünün ust təbəqəsində 2-3 kiçik yuvaciq açırıq.Həmin yuvacıqların hər birinə bir yumurta vururuq.Yumurtanin kənarlarını düyü ilə yığırıq,ortasına sarıkök səpirik.Düyünün ortasına dəmlənmiş zəfəran tökürük..Sonra plovun yağını veririk.Qazanın ağzını əvvəl dəsmal,sonra isə qaraqla kip örtüb dəmə qoyuruq.Plovu çəkərkən düyünü üzərində qazmaq ayrıca bir buludda,əti ayrı bir qabada,yumurtanı isə hər birini yarı bölüb ayrıca qabda süfrəyə vermək lazımdır.Bu plovu zövqə görə qatıqla da yemək olar.
    Olduqca ətirli bir plov alınır.Xanımlarımız bişirsələr peşiman olmazlar.
    Fəridə xanım ,çox sağ olun ki ,AZƏRBAYCANIMIZIN MİLLİ MƏTBƏXTİNİ xarici dövlətlərdə tanıdırsınız.Bu şərəfli işdə sizə uğurlar arzulayıram.

  • 44. FƏRİDƏ  |  Dekabr 13th, 2011 at 12:17 am

    NİGAR - Bu plovu bilirəm. Çox sağ olun oxucularımızla bölüşdüyünüzə görə. Ləzzətli olur doğrudan da.

  • 45. Günay  |  Dekabr 22nd, 2011 at 12:48 am

    Salam,Feride xanım! Salam,qızlar! Zehmet olmasa mene hind toyuğu ətinden bayram süfrəsi üçün maraqlı ne bişire bilerem? Və nece bişire bilerem? Çox sağ olun.

  • 46. Nuray  |  Yanvar 18th, 2012 at 2:59 am

    Feride Xanim,bu plovu sizden orgenenden sonra tez-tez bısırırem,hem asan hazırlanan hem de dadlı plovdur.Cox sağ olun.

  • 47. Nuray  |  Yanvar 18th, 2012 at 3:12 am

    .nıgar xanım boyana nedîr?fenxel razyana demekdır.Boyana yeni kı razyana?

  • 48. lale  |  Yanvar 21st, 2012 at 5:09 am

    cox sag olun

  • 49. Kəmalə_92  |  Yanvar 25th, 2012 at 11:47 pm

    Hər kəsə salam.Necəsiniz?Fəridə xanım,zəhmət olmazsa özbək plovunun reseptini bilirsinizsə bura yerləşdirərdiniz.Öncədən təşəkkürlərimi bildirirəm.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed