Türk Paxlavası

Müəllif Hüquqları

Bloqda gördüyünüz yazı və şəkillərin müəllif hüququ AZ Cookbook saytına aiddir. Onların başqa yerlərdə istifadə edilməsi, şəkillərin üstündən AZCOOKBOOK.COM loqosunu silib, başqa adların yazılması qadağandır.

Heç Türk paxlavasının dadına baxmısız? Əgər baxmısızsa o zaman mənimlə razılaşarsınız ki, bu şirniyyat dünyanın ən dadlı, ləzzətli paxlava çeşidlərindən biridir. Şirəli, yağlı, qat-qat, şirin, xırçıldayan – o qədər gözəldir ki!

Türk paxlavasını mağazadan almağı xoşlasam da (Güllüoğlu paxlavasını çox bəyənirəm) hərdənbir hazırlamaqdan da zövq alıram. Bu heç də göründüyü və eşidildiyi qədər çətin iş deyil. Kiçik göstərişlər paxlavanı hazırlamaqda sizə kömək olacaq. Əmin olun ki, bu işdən zövq alacaqsınız və hər şeydən öncə evinizi şirni iyi bürüyəcək. Bir məsələni də qeyd edim. Mən paxlavanın xəmirini özüm hazırlamıram (uzun və bir qədər əziyyətli işdir – xəmir nişasta ilə açılır), mağazadan hazır nazik paxlava xəmiri alıram. Bu, prosesi olduqca asanlaşdırır. Nəticədə isə çox ləzzətli paxlava alınır. Amerikada bu xəmirə “phyllo dough” deyirlər. Marketlərin buzluq bölməsində satılır.  Azərbaycanda böyük müasir marketlərdə olmamış olmaz. Xəmir paketlərdə rulolanmış şəkildə satılır.

Gəlin başlayaq.



Buzlanmış xəmir laylarını asanlıqla bir-birindən ayrılması üçün soyuducudan çıxarılır və otaq tempraturunda hazır vəziyyətə gətirilir.



Xəmir hazır vəziyyətdədir.



Paxlava üçün istifadə olunan bu xəmir çox nazik olur.



Bu isə paxlavanı bişirmək üçün istifadə etdiyim list.



Birinci qat xəmir tavaya yayılır.

Üzərinə fırça ilə əridilmiş yağ çəkilir.

Xəmirin yarıdan çox hissəsi bu şəkildə yağlanıb üst-üstə yığılır.

Qozlu içliyi yuxanın üstdəki qatın üzərinə səpərək bərabər şəkildə yayın.

Xəmirin qalan hissəsinini hər qatı yağlamaq şərti ilə qozlu qatın üzərinə yerləşdirin.



Hazır olduqdan sonra xəmir dördbucaqlar şəklində kəsilir.

Bişməzdən əvvəl paxlavanın yaxından görünüşü.



Bişmiş paxlavanın üzəri qızılı rəngdə olmalıdır.

Bişəndən sonra üzərinə paxlavanın üzərinə şirə tökülür. Paxlava bu şirəni özünə çəkir.

Türk Paxlavası

Özcan Özanın “Sultan’s Kitchen: A Turkish Cookbook” kitabından adaptə edilmişdir.

Müəllif Hüquqları

Bloqda gördüyünüz yazı və şəkillərin müəllif hüququ AZ Cookbook saytına aiddir. Onların başqa yerlərdə istifadə edilməsi, şəkillərin üstündən AZCOOKBOOK.COM loqosunu silib, başqa adların yazılması qadağandır.

Hazırlıqdan öncə bir neçə məqamı nəzərinizə çatdırım:
1) Ərinmiş yağ xəmir laylarını islatmaq və paxlavanın daha dadlı olması üçün istifadə olunur. Siz adi duzsuz kərə yağından da istifadə edə bilərsiz. Bunun üçün sadəcə yağı əridib bir qədər soyutmaq lazımdır.
2) Paxlava xəmiri bir çox supermarketlərin dondurulmuş ərzaq satılan şöbəsində olur. İstifadə olunanadək xəmir buzluqda saxlanmalıdır. İstifadədən öncə isə buzluqdan çıxarılıb otaq tempraturuna gətirilməlidir (donu açılmayan xəmir rulonunu açmağa cəht etsəz xəmir parçalana bilər) Donu açıldıqdan və qatlar bir-birindən asanlıqla ayrıldıqdan sonra rulon tam açılır, üzərinə yüngülcə nəmləndirilmiş mətbəx dəsmalı örtülür ki, xəmir qurumasın. Xəmirin bir hissəsini istifadə edərkən qalan hissənin üzərini qurumasın deyə örtmək lazımdır. Çünki bu xəmir tez quruyur!
3) İçlik kimi qoz əvəzinə fıstıq da istifadə etmək olar.
4) Paxlavanın daha çox xırçıldaması üçün daha az şirə istifadə etmək olar (Həqiqətən də kitabda sudan və şəkər tozundan az istifadə etmək tövsiyə olunub). Bu metodla şirə üçün 2 fincan yarım soyuq su və 3 fincan yarım şəkər tozu istifadə etmək lazımdır.

Şirə üçün:
4 fincan su
5 fincan şəkər tozu
2 xörək qaşığı limon şirəsi

İçlik üçün:
3 fincan
2 xörək qaşığı şəkər tozu

Yağlamaq üçün:
1 fincan yarım duzsuz ərinmiş (resept aşağıda verilir) və ya əridilmiş kərə yağı

Həmçinin, hərəsinin içində 20-22 nazik qat olan 2 paket xəmir lazımdır.

Hazırlanma qaydası:

Birinci olaraq şirə hazırlanır: Su ilə şəkər tozu orta ölçülü qazanda qarışdırılır, 5 dəqiqə qaynadılır. Sonra odun dərəcəsi azaldılır və ağzı açıq şəkildə, təxminən 10 dəqiqə aşağı dərəcədə qaynadılır. Rəngi açıq sarıya çalanda şirə hazır hesab olunur. Üzərinə limon şirəsi əlavə edib qarışdırılır və soyumağa qoyulur.

Sonra içlik hazırlanır. Qoz maşından keçirilir, orta ölçüdə xırdalanır. Qoz çox xırda olmamalıdır, paxlavanı yeyərkən xırçıldamalıdır. Xırdalanmış qoz şəkər tozu ilə qarışdırılır. Hazır içlik kənara qoyulur.

30*40*3 sm ölçülü listin içərisinə əridilmiş yağ çəkilir. Soba 190C dərəcəsində qızdırılır.

Birinci qat xəmir ehmalca listin dibinə yerləşdirilir. Xəmir kövrək olduğu üçün ehtiyatlı olmaq lazımdır. Kiçik deşiklər əmələ gələrsə narahat olmağa dəyməz. Birinci qatın üzəri əridilmiş yağla bütöv şəkildə yağlanır (təxminən 2 xörək qaşığı). Bir paketin içindəki qat-qat xəmir bir-birini üzərinə yağlanaraq düzülür.
İçlik üst qatın üzərinə bərabər şəkildə səpilib yayılır. Növbəti qat yerləşdirilərkən xəmirə yapışsın deyə içliyin üzərinə azca su çilənir.

İkinci paket xəmirlərin hər birini içliyin üzərinə qat-qat şəkildə yağlayıb yerləşdirmək lazımdır. Sonuncu qatı və xəmirin kənarlarını da əridilmiş yağla yağlamaq lazımdır.

Qaynar suya salınmış iti kəsici bıçaqla paxlava xəmiri uzununa (üfüqi) 6 paralel zolaq şəklində kəsilir. Sonra isə şaqüli istiqamətdə 12 paralel zolaq şəklində, dördbucaq paxlava forması verilməklə kəsilir. Təbii ki,paxlavanın ölçüsünü zövqə görə vermək olar. Əgər bir qədər iri formada istəsəniz zolaqların sayını az edə bilərsiz. Həmçinin romb formasınıda da kəsə bilərsiz.

Paxlava sobanın orta gözündə yarım saat bişirilir. Sonra istilik dərəcəsi 160C-ə qədər azaldılır və daha yarım saat, üzəri azacıq qızarana kimi bişməyə qoyulur.

Paxlava sobadan çıxarılır, təxminən 10 dəqiqə otaq tempraturunda saxlanılır. Bişmiş paxlava yenidən zolaqların üzəri ilə axıra qədər (xəmirin dibinədək) bıçaqla kəsilir, kəsilmiş bütün zolaq-xətlərin üzərinə soyuq şirə tökülür. Tamami ilə soyuması üçün bir kənara qoyulur. Paxlavalar otaq tempraturunda süfrəyə verilir. Quru və sərin yerdə paxlavaları bir həftə saxlamaq olar.

Ərinmiş Kərə Yağı

Nəzərə alın ki, kərə yağı ərinmiş vəziyyətə düşdüyündə onun ilkin miqdarı 25% azalır.

Yağı əritmək üçün qalın qazana yağ tikələri əlavə olunur, aşağı dərəcəli odda əridilir. Üzərinə köpük çıxanadək azca qaynara qoyulur. Təxminən 20 dəqiqə qaynadıqdan sonra yağın üzərində köpük əmələ gələndə (yağın dibi bir az qaralır) qazan ocağın üzərindən götürülür. Köpüklər kəfgir qaşıqla yığılıb atılır. Əridilmiş yağ xırda gözlü süzgəc, yaxud 2-3 qat təmiz tənzifdən ayrıca qaba süzülür. Elə süzülməlidir ki yağda artıq qalıq, çöküntü qalmasın. Ərinmiş yağı bağlı bankada (balaca bidonda) sərin yerdə 6 ayadək saxlamaq olar.

Related Posts with Thumbnails
Sizin Şərhiniz

54 Şərh
  1. cooox sagolun bu respti deqiqliyle axtarirdim sevindim allah razi olsun

  2. cox sag olun gozel resepte gore . turk paxlavasin cox sevirem ama onun xemiri hedsiz nazik olduguna gore onu acmaq cetin olur deye evde bishirmirem. bir nece defe sinadim ama xemir ele de nazik allinmadi. magazada satildigini da bilmirdim. coxxxxxx sag olun. minnetdaram . mutleq alib bishirecem inshallah

  3. Çox sevdiyim şirrniyyatdır. Əlləriniz var olsun. O qədər gözəl izahınız var ki… Təşəkkür edirəm.

  4. Xahis edirem quba ssekerburasinin reseptini yazin.

  5. salam feride xanim.resepte gore sag olun.amma zehmet olmasa yazardiz xemir mayalidi yoxsa mayasiz?axi bu xemir 2 cur olur.tesekkur edirem

  6. əla

  7. bakida marketlerde cetin yaxsi xemir tapmaq olsun,nece novunu almisam hamisinda xosagelmez yag iyi gelir,eger kimse yaxsi dadi olan xemir tapsa firma adini bura yazsin alaq,resept cox da asan geldi mene.tesekkur edirem

  8. Azerbaycanda belə hazır xemirlər bütün mağazalarda olmur….Biz bu xəmiri özümüz hazırlaya bilmərik??Yenə də sağolun………..

  9. Salam Farida xanum.
    Bilmek isterdimki bu hazir xemiri hardan ala bilerik.Men bakida 1 nece supermarketlere baxmisam imenno bu xemirden tapmamisam.Basga buna oxsar olub amma xosuma gelmeyib.
    evve;ceden tesekkurumu bildirirem…Ugurlar

  10. men turk paxlavasini elede sevmirem.Mence bizim paxlavamiz daha dadlidir.

  11. Tariflerininz çok güzel eliniza saglık. :)

  12. salam,ela paxlavadir,buna soz ola bilmez,amma mene hazirlanmasi bir az cetin gorunur,

  13. JALƏ RÜSTƏMOVA – Mən Bakıdan öyrənib, buraya yazaram.

  14. bazarstore-da(ramstore) gormushem o xemirden.ustunde yufka yazilir,boyukdu.paketde 3-4 denedi deyesen,shexsen alib baxmamisham. amma bilirem ki qapidan girende duz ustune cixirsan,terevezlerden sonra.

  15. KEKS – Yufka başqa xəmirdir, bizim yuxa kimidir. Onu börəkdə istifadə edərlər. Bu paxlavada işlənən xəmir bir qədər fərqlidir. Bir paketin içində təxminən 20 lay xəmir olur, lap nazik.

  16. Gecniz xeyir bilen varsa mene yufkanin reseptini yazsin

  17. salam.Chox sagolun resepte gore.Mən evde ozum xemir elemişəm,xemir nişastayla yayilir.Çox nazik olmalıdir.Amma çox vaxt aparir,çətindir.Ugurlar

  18. melumat ucun sag olun. men ele bilirdim ikisine de eyni xemir ishlenir.

  19. turk paxlavasini cox sevirem. Hamileyem,ureyim istedi bundan. cooox sagolun resept ucun Feride xanim

  20. SALAM,MEN COOX XOSHLAYIRAM TURK PAXLAVASINI.AMMA GOZLU YOX DA,FISTIGNAN ,,,AXI ONLAR ADETEN YASHIL FISTIGNAN ELEYIRLER,DADI DA SUPERDI.GOZNAN ELE BIZIM PAXLAVAYA OXSHAYI.AMMA BURDA FISTIGIN KILOSU 30 MANATDI,,,

  21. minnetdaram sizem men bu paxlavadan otru prosta obajayu.

  22. olsaydi yeyerdim cox xowum gelir biwirmeye gelende ise ona hovselem catmaz

  23. cox gozel yerdi ,men teze gormusem her bir yemek resepti var , var ,turk paxlavasini qizim cok xoslayir

  24. zehmet olmasa cheescake’-n de reseptini deyerdiniz de bize.hazirlamag isteyirem amma bilmirem nece.evvelceden teshekkurler

  25. Zehmet olmasa yuxanin reseptini yazardiniz.Ezyetli ols bele xemirini ozum hazirlamaq isteyirem.

  26. turk paxlavasini cox sevirem bacim biwirmisdi coxdan 1 defe yemisem helede ddi damagimdan getmir bacim resepdi itirib bu resepti gorduyumde cox sevindim ama bir seyi unutmusam turk paxlavasinda 1 qata qozlu iclik tokusen o biri qatlari ise yaglayib duzusen yoxsa nece olur basa salardizda xais edirem

  27. feride xanim men hazir xemir elde ede bilmediyim ucun onun reseptini iseteyirem xais etsem yazariz da. birde menim bacim bele etmirdi xemiri yayib qazu tokub oxlova bukub bir terfinde cixariri xemir qiris qiris olurdu sonra onu kesib yumurta sarisi cekib uzerine yawil reng kakos sepirdi

  28. Çok teşekkür ederim.Ne zamandır bunu arıyordum.Çok sevindim.

  29. COX SAGOLUN RESEPTE GORE. MEN BUNU BİSİRİRDİM AMA BURDAKİ BEZİ MESLEHETLERİ BİLMİRDİM İNDİ OYRENDİM. COX TESEKKURLER.

  30. men bu resepti bu gun biwirecem inwAllah gorum nece alinacaq? size cox minnetdaram, bura menim metbeximin 1 hissesidir….

  31. SALAM BU GOSDERDIYINIZ HAZIR XEMIRIIN ADI NEDI EN COX HARDAN ALMAQ OLAR,MUMKUNDUSE DEYERDIZ MEN BUNUN XEMIRININ OZUM YAYIB HAZIRLAYIRAM COX EZIYETDI OLUR ,GOZEL RESEPTLERE GORE TESEKURLER

  32. bu retsept yerine dusdu almanyada butun turk marketlerde vr bu xemir paklava yuvkassi yazilir amma donmus olmur her halda bakidada turk marketi var ardan tapa biler axtaranlar.hec bisirmedim mma antep fistiqli Allahin komeyinen bisirecem yeni diyeta getdi yene.feride xanim buqeder bisirmeynen kokelmeyden qorxmursuz.men sizin bu sehifeye girende mutleq seheri nese bisirirem cox rahat ve sekilli yazirsiz hamisida alinir.cox saqolun zehmetiniz ücun

  33. Ay qizdar inanmarsiz men bugun bu paxlavani bisirdim antep fistiqinan (bizim puste)nece gozel oldu yoldasim turk olala ola dedi bele gozelin yememisdim turk qonaqlarimda vardi cox xosdarina geldi men ozumde rukyede ele cox yimisdim amma doqrudanda bele dadlisi yox idi arasinda.cox asandi bizim paxlavadan qat qat asandi bisirmek isteyenler hec qorxmayin Feride xanim oqeder aydin yazibki her seyi halaldi ona.him men ancaq paxlavani 45 deqiqe 160 dercede bisirdi 190 unutdum amma hecbir ferq olmadi

  34. xemir qatlarinin sayini yaza bilersiz zehmet olmasa? Birde neche dene qoz ichinden evvel olmalidi?

  35. ARZU, resepti diqqətlə oxuyun. Hər şey yazılıb.

  36. salam feride xanim necesiz men bu paxlava ucun olurem mene restoronda verirler ama her gun gede bilmirem men de xemir islerinde yaxsi deyilem ama sevirem ne edim?

  37. cox sag olun

  38. Eladi mende calisacam hazirlayim

  39. Salam feride xanim cox gozel reseptlerdi eladilar cox sagolun. Mende bir turk paxlavasi resepti yazmaq isteyirem. Istesez bisirib cavab yazarsiz olar? Menimde hemise bisirdiyim paxlavadi ela alinir.birde hazir xemire ehtiyac yoxdu ve men lavas acmagi yaxsi bacarmiram ama bunu bisirmek cox asandi. 2 yumurta yarim armudu stekan duru yag, 2 yemek qasigi qatiq, yarim armudu st süd, 1cay qasigi qabartma tozu, vanel bir cay asigi,bir cimdik duz, bir cay qasigi limon suyu,aldigi qeder un, acmaqcun nisasta, aralarini yaglamaqcun kere yagi, arasina sepmekcun 2stekan qeder cekilmis ceciz coxda narin olmasin, serbeti ucun 4stekan su ve 4 stekan seker tozu 1cay qasigi limon suyu. Evvel serbet 10 15 deq qaynadilir ve soyumaga buraxilir nisasta ve kere yagindan basqa hamisi qatilib yumsaq xemir yogrulurq. 20 25 balaca kunde hazirlanir. Kundeler zir agzi qeder acili ve aralari yaglanaraq dord dord ust uste yigilir en usttekiler yaglanmir. Sonra dord qatli arasi yaglanmis xemirler nisasta ile listin icine gore asanca acilir her dord qatli xemir liste yayildiqdan sonra arasina ceviz yayilir. En ust qat yayildiqdan sonra sizinde kesdiyiniz kimi kesilir veuzerine dag olmus 1, 1,5 stekan kere yagi tokulur ve uzeri qizarana kimi bisirilir. Firindan cixdiqdan 5, 10 deq sora serbeti tokulur.

  40. cox sagolun, cox gozel alindi, gedib magazadan almaga da ehtiyac almadi, ozum nazik yaydim ela alindi, bir dene onu bilmedim ki, paxlavanin uzerine yumurta vurmaq lazimdir,?yoxsa yox? Ama men yumurtanin sarisini vurdum.cox tewekkur edirem :-)

  41. chooooooooox sagolun Feride xanim sizden yoxdurda yaxshiki varsiz men dunen hazirladim tekce xemirini turk saytindan goturdum qalanlarini yazdiginiz kimi eyniyle etdim chox gozel alindi.

  42. men turk paxlavasin cox sevirem.amma satisda istediyim ddda olan turk paxlavasi yoxdur.ozum etdim cox sevdim.tesekkurler

  43. quba sekerburasinin resepti.1kq un,1stekan erinmis yag,3yumurta,yarim cay qasigi droj,1cimdik duz.sudnen yogururuq.sudu goze yari una gore tokuruk.1saatliq qoyuruq xemiri qiraga ustunude orturuk.xemir geldikden sonra kundelere ayiririq.4kunde yayilir aralari yaglanir sonra rulo seklinde qatliyib kesirik.icine qozla hazirlanmis iclik doldurulur.qiraqlari bukulub naxislanir.

  44. ela pazlavadi en yaxsi ozumunkudu hami bisirdiyimi beyendi vallh

  45. cooook guzeldi hami bisirsin evvelce alinmadi ammma sonra bisirende alindi antep fisiği lap guzeldi

  46. SIZA MINATTARAM.BU YAD OLKADA MANA KOMAKLIQ ETDINIZ .MAN PAKISTANDA bAKI RESTORANTININ SAHIBASIYAM.

  47. heqiqeten cox dadlidir hamiya meslehet gorurem

  48. cox gozel izah etmisiniz tesekkur edirem.hamiya meslehet gorurem nus olsun

  49. Cox sagolun resept ucun..cox sevdiyim shirni novudur Turk paxlavasi..

  50. xahiş edirəm mənə kiyev paxlavasının reseptini yazın daa :/

  51. paxlava dadli gorunur.

  52. Ala!Umiyyatla sirniyyat sevanam.amma bunu hazirlamaq asas day xamiri yuxani acmiq cox catin prosesdi.yaxsi ki bunun hazir yuxasinin olduqunu biza yazdiniz.Moskvada bu yuxa olar gorasan, cunki man burda yasayiram.Bakida olanda bacim tez tez alirdi.mana cavabini yazsaydiniz mamnun olardim.coq saq olun, insanlarla tamiz qalbla xeyir verdiyiniz ucun.opuram sizi

  53. turk -paxlavasının xəmrini bakıda yerin bilən var?xahiş edirem kömeklik edesiniz.