Best in the World!
Dadlı yemək reseptləri bloqu

Karib Adalarından Yağlı Kökələr

Bu ləzzətli çörəklərin resepti lap uzaqlardan, Karib Adalarından gəlir. Əvvəllər Karib adaları mətbəxi haqqında çox təsəvvürüm yox idi, o vaxta qədər ki,  indi virtual da olsa rəfiqəm olan Cynthianın Tastes Like Home bloquna rast gəldim. Cynthianın reseptləri, şəkilləri, və Karib mədəniyyəti və mətbəxi haqda bloqa yerləşdirdiyi yazılar mənim oralara olan marağımı artırdı. Çox maraqlı mətbəxləri var – Çin, Hindistan, Afrika, Ərəb ölkələri və başqa yerlərin Karib mətbəxində  izini görmək olar.

Bu yaxınlarda Cynthia ilk kitabını nəşr edib. Bir nüsxəsini də mənə göndərib. Kitab biri-birindən maraqlı reseptlərlə doludur. Onlardan biri də bu yağlı kökələrdir. Kökələr Cynthianın vətəni olan Quyana adasındandır. Kökələr balaca çörəklər kimidir, amma içlərində bir sirr daşıyırlar – bu sirr də kökələrin içində gizlənən kərə yağıdır. Kökələr sobada  bişdikcə, yağ əriyir və kökələri dadlandırır. Cynthiaya bu reseptə görə təşəkkürlər. Sizə isə nuş olsun.

Quyana (Karib Adası) Üsulu Yağlı Kökələr
“Tastes Like Home: My Caribbean Cookbook” (Cynthia Nelson) kitabından adaptə edilmişdir

Qeyd – Orijinal reseptdə kökələri sobadan çıxardan kimi onların üstünü yağlamaq məsləhət görülür. Düzü, mən onları üstü yağsız daha çox bəyəndim.

12-18 kökə üçün

Ərzaqlar:

1 stəkan yarım ilıq su
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı toz maya
4 stəkan un
Dörtdə üç çay qaşığı duz
2 xörək qaşığı duru yağ (bitki yağı kimi)
Təxminən 200 qram kərə yağı – otaq hərarətində yumuşaldırılmış

Şəkər tozunu bir kasaya qoyun, üstünə suyu töküb qarışdırın ki, şəkər həll olunsun. Mayanı əlavə edin. Kasanı mətbəx streçi ilə örtüb kütlənin qabarması üçün 10 dəqiqəlik kənarda isti yerə qoyun.

Ayrı iri qabda un və duzu qarışdırın. Ordasında çuxur açıb oraya mayalı qarışığı və duru yağı əlavə edin. Qarışdırın. Xəmiri kasadan çıxardıb yapışmaması üçün masaya un səpib xəmiri təxminən 3-4 dəqiqə ərzində yoğurun. Xəmir bərk olmalı amma çox deyil və eyni zamanda elastik olmalıdır. İri qabın içini bir az duru yağla yağlayın.  Xəmiri buraya geri qoyub o tərəf bu tərəfə çevirin ki, üstü bir az yağlansın. Xəmirin üstünü örtüb gəlməsi üçün  isti yerə qoyun – təxminən 1 saat 15 dəqiqəlik. Xəmir ən azı iki-qat şişməlidir.

Gəlmiş xəmiri bir-iki dəqiqə yoğurun, yarı bölün. Hər yarını ən azı 6 hissəyə bölün (bəzən daha da çox alınır). Hər parçanı kündələyin. Hər kündəni unlanmış yerdə oxlovla diyametri 7-8 santimetr olan dairə şəklində açın. Kərə yağından qaşıqla təxminən 1-2 çay qaşığı götürüb dairənin ortasına yaxın. Kənarlarına deyil. Dairəni yarım-ay şəklində bükün. Sonra isə yenə bükərək üçbucaq əldə edin. Üçbucaqları 2 ədəd listə yerləşdirin (listləri yağlamayın!)

Listlərin üstünü çay dəsmalıyla örtüb isti yerə qoyun ki, üçbucaqlar gəlsin, 1 saat ərzində. Bu müddət bitməzdən 10-20 dəqiqə əvvəl sobanı 205C-dək qızdırın.

Listlərin birini sobanın yuxarı digərinini isə aşağı rəfinə yerləşdirin. Üçbucaqları 18-20 dəqiqə və yaxud üstləri bir az qızaranadək bişirin. Kökələrin içindəki yağın bir hissəsi listə çıxacaq – narahat olmayın, bu normaldır. İçində qalan yağ isə çörəyin içinə yayılacaq. Kökələri sobadan çıxardıb alt-üst  edin ki, içlərindəki yağ hər tərəfə yayılsın. İstəyə görə kökələrin üzərini listdəki yağla yağlaya bilərsiniz. Kökələr isti ikən və ya otaq hərarətində ikən süfrəyə verilir.

Bir cavab yazın

21 Şərh
  1. cooox gozel reseptdi.lezzetdi kokeye oxwayir. Feride xanim size sonsuz minnetdarliqimi bildirirem…cox saq olun bele faydali meslehetleli riseptler ucun. her gun bir wey biwirecem. cox saq olu, tewekkur…

  2. Sade gozel dadli resept.olsaydi yeyerdim.;-)

  3. salam Feride xanim.reseptlere gore cox sag olun.

  4. salam.FERIDE xanim,reseptleriniz eladir. xahis edirem sirin bugda partlamasinin reseptini e-mailime yazasiniz.gozleyecem.evvelceden tesekkurlerimi bildirirem.salamat qalin

  5. Feride xanim axshaminiz xeyeyir necesiz? yorilmiyasiz men firuzin anasiyam,siz mene tanish gelirsiniz, Bakida Targovuda yashayairdiniz?O Feridedirse men sizi taniyiram,coxdan getmisiz?xaish edirem vaxtiniz olanda cavab yazin.sagolun Ellada öpürem.
    Onuda deyim ki indi perashki eledik cox lezzetli alindi cox sevindik coxsagolun Allah kömeyniz olsunnnnn-sagolun salamat qalin……..Ellada

  6. salam,necesiniz Fəridə xanım,qızınız necedi?

  7. Salam. Bisirdim,lezzetli alindi. Teshekkur edirem.

  8. Hamınıza şərhlərinizə görə təşəkkür edirəm.

    Ellada xanım, mən Torqovayada yaşamamışam. Başqa Fəridəyəm:)

    Ləman, çox sağ ol, hamımız yaxşıyıq. Sən də yaxşı ol.

  9. elinize sağlık

  10. KLAVIATURADA ISLEYEN ELLERINIZ VAR OLSUN AY FERIDE XANIM

  11. Salam. Mən bugün bu balaca dadlı çörəklərdən bişirdim. Axşamdan xəmiri qoydum ki gəlsin, gec olduğuna görə qərara gəldim ki, səhər tezdən durub bişirərəm. Saat 6-da durdum və bişirdim. Çox əla alındı, reseptə görə çox sağ olun! Yazmaqda və yeni axtarışlarda sizə uğurlar!

  12. Salam Fəridə xanım.necəsiz?
    bir nəfər xarço resepti istemişdi.buyursun. Xarço (gürcüsayağı). Burada qoyunun döş hissəsi qabırğa sü­mük­ləri ilə birlikdə doğ­ranıb (hər porsiya 2–3 tikə) suda yuyulur, porsiyalarla qazanlara salınaraq üstünə so­yuq su tökülür, yarımhazır vəziyyətə gəlincə bişirilir. Ət qaynadıqca üzünün kəfi və yağı alınır. Sonra ət çıxarılır, bulyon süzülür, yenidən qaynamağa qoyulur, qaynara düşəndə ən və yuyulmuş düyü tökülür, duzlanır, ədviyyatın bir hissəsi qatılır. Daha sonra qoyun yağı ilə qaramal yağı qatışığında qızardılmış soğan və tomat-püre, qırmızı istiot, qara istiot, dəfnə yarpağı, suneli-xmeli və duz qatılıb oddan götürülür, qapağı örtülü halda saxlanılır. Süfrəyə verilən zaman tökülən ədviyyat: əzilmiş sarımsaq, cəfəri, keşniş.

    Hər porsiya üçün 108q döş əti (qoyun), 30q düyü, 10q yağ, 30q baş soğan, 3q sarımsaq, 15q tomat-püre, 15q suneli-xmeli, 10q cəfəri və keşniş götürülür.

  13. Chox sagolun Feride xanim. Men hemeshe reseptleri Rusiya saytlarindan ve ya bashga xarici saytlardna tapirdim. Indi ise oz dilimizde olan yemek ve shirniyyat reseptlerin gormek dogurdan da sevindirici haldir.
    Teshekkurler!!!

  14. salam.bir-birinden gozel meslehetlerinizcun teshekkurler

  15. Salam Fəridə xanım! Quyana üsulu ile yağlı kokeleri bishirdim, dadı gozel idi. Amma xarici gorunushu meni bir o qeder qane etmedi. Sizin shekilde gosterilen kokelerden ferqli idi. Sizin kokeler bulochka kimi yumrudur, menimkiler ise ele üçbucaq sheklinde qalmishdir, hem de alti qizarib üstü ise ag qalmishdir. Belke siz ustune yumurta sarisi cekmisiniz? Əvvəlcədən təşəkkür edirəm.

  16. NATAVAN – Bu kökələr elı üçbucaq formasında olmalıdır amma şişməlidir də. Üstü qızarmalıdır. Yumurta sarısı vurulmur. Sobanızdan ola bilər.

  17. Salam Feride xanim. Blogunuzu dunen dostlarinmdan biri paylawmiwdi daxil oldum ve cox xoshum geldi. ele dunen yagli kokelerden biwirdim. metbex iwlerine 1az uzag olsamda eynile sizin reseptinize emel etdim ve cox gozel alindi )) cox tewekkur edirem.

  18. elinize sagliq cooooooook guzel bir sey

  19. men sirniyati cox xoslayiram.bulkunun reseptini bilmek isterdim.bilen varsa zehmet olmasa yazardiz

  20. slam necseiz menimde cox xosuma geldi

  21. BU GUN XEYLİ TORTLARİ
    OXUDUM VE MENİM XOSUMA GELDİ

Bir cavab yazın