
Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol bol göyərti dolmaya gözəl ətir qatır. Yarpaq dolması Türkiyə, İran, Yunanıstan, Livan və bir sıra başqa ölkələrin mətbəxlərində də mövcuddur. Bu ölkələrdə yarpaq dolması adətən uzunsov şəkildə bükülür. Azərbaycan dolması isə kiçik və yumru şəkildə olur. Yarpaq dolmasını həm təzə yarpaqdan, həm də duza qoyulmuş yarpaqdan hazırlamaq olar. Təzə yarpaqdan bişirilən yarpaq dolmasının dadına doymaq olmur - o qədər ləzzətli olur ki.
YARPAQ DOLMASI
4-6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
450g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 orta baş xırda doğranmış soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı ərinmiş kərə yağı
½ stəkan su
1. Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
2. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə: Qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Saplarını kəsin.
Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə: Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzün.
Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.
3. Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
4. Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün. Əgər təzə yarpaqdan istifadə etmişsinizsə, layların arasına azacıq duz əlavə edin.
5. Dolmaların üstünə yağı və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
6. Dolmanı süfrəyə sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçünI qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.
Nuş Olsun!
25 Comments Add your own
1. eldivenlerim | Fevral 11th, 2009 at 12:37 am
çok güzel anlatmışsın, bide çoook şirin;) sarmayı bende çok severim, Mmmmm, harika, enfes gözüküyor, ellerine sağlık…..
2. FƏRİDƏ | Fevral 11th, 2009 at 9:31 pm
ELDIVENLERIM: Cok tesekkur ederim. Afiyet olsun:)
3. Fəridənin Yemək Kitab&hellip | Mart 24th, 2009 at 12:24 pm
[...] ləziz Azərbaycan mətbəxindən dadmışdı. Amerikaya qayıtdıqdan sonra xüsusilə iki yeməyi, dolma və mimoza salatı üçün, darıxmağa baslamışdı. Məktubunda məndən mimoza salatının [...]
4. Ayten | Aprel 2nd, 2009 at 5:09 am
Eladir! amma biz yarpaq dolmasina nane de elave edirik. Nane ile bir bashqa gozel olur
Ellerinize saghliq, Feride xanim! :*
5. FƏRİDƏ | Aprel 3rd, 2009 at 2:50 pm
AYTƏN: Nanə də olar, niyə olmasın ki:). Türkiyədə də bu dolmanın içnə nanə qoyurlar.
6. Fexriyye. | Aprel 6th, 2009 at 1:02 am
Cox gozel. men Azerbaycanliyam ama 8 ildir Istanbulda yashayiram. Tez tez oz yemeklerimizi bishirirem amma nedense eyni dadi almaq mumkun olmur. meselen: turkiyede kishnish yoxdur ve mence bu dolmaya hetta butun azeri yemeklerine ozel lezzeti qatan da ele kishnishdir.
dunen balkonumda cicek saxsisinda kishnish toxumu ekdim umud edirem ki alinacaq.
bir de buranin etinin dadi azerbaycandaki etlerin dadini vermir.
ne ise…
cox gozel achiqlamisiniz her sheyi. Teshekkurler.
7. FƏRİDƏ | Aprel 6th, 2009 at 3:55 pm
FƏXRİYYƏ: Xoş gəldiniz. Eyni dadı almaq mümkün deyil, tamamilə doğrudur. Tez=tez gəlin bloquma.
8. sladkayewka | Aprel 17th, 2009 at 9:30 am
mmm cox xoshum gelr bu yemekden bizde nane qoyuruq onu deyim ki bukmeyi hele teze orgenmishem))))cox sag olun Feride xanim
9. LeyLa | Aprel 18th, 2009 at 10:51 am
Salam Feride xanim.Internetde turk forumlarinin birinde Azerbaycan yemeklerinden yarpaq dolmasinin hazirlanisini yazmaq isteyirdim ki,sizin sayt qarsima cixdi ve sizin sekillerinizden istifade eledim…hirslenmeyin :)))
10. TUNZALE*93 | Aprel 29th, 2009 at 10:25 pm
FERIDE XANIM MEN HEMISE DOLMANI DUZLU EDIREM BILMIREM YARPAQDANDIR YOXSA MEN DUZU COX TOKUREM NE OLAR MENE KOMEKLIK EDIN.
11. Nelka | Avqust 6th, 2009 at 1:02 am
yarpaq dolmasının dadı məcə yarpaqdan cox asılıdı. Yarpaq dolmasına hazırlanmış yarpağı Gəncədə çox gözəl düzəldirlər. Tam fərqli olur. Səf etmirəmsə alça, bəzi göyərtilərin toxumunu atırlar duza qoyarkən. Dəqiq bilmirəm nə qatırlar amma cox fərqli olur. Birdə biz dolmanı uzunsov bükürük. Ən sevdiyim yeməkdi. Bükməyidə çox sevirəm. Mən sulu olanda xoshlayıram. Sulu deyəndəki yeməyin oz suyu tam çəkilməsin.
12. FƏRİDƏ | Avqust 7th, 2009 at 9:21 am
NELKA; Gence yarpaghi haqqinda melumat cox maraqli idi, cox sagh olun. Uzunsov dolmani ele orada bukurler? Oyrenmek isteyerdim. Cox sagh olun.
13. Nelka | Avqust 14th, 2009 at 3:29 am
Feride xanim demeli bele - Men bildiyime gore alcha, buğda, reyhan qatirlar yarpağa. İnanin o qeder ferqli dadi olurki lezzetinden doymaq olmur. Alcha biliremki turshulu verir. Cox tokulmese yaxshidi. Bugdani 3 kiloluq bankada 3 siraya sepmishdiler. Beledeki reyhanida bugdayla eyni. arada alchalar var idi. Bugda cox olanda sef etmiremse yarpaq cox sari olur. İnshallah bir gun deqiq oyrenib yazaram size.Umumi dedimki anlayish olsun.
14. FƏRİDƏ | Avqust 15th, 2009 at 2:06 pm
NELKA: Cox sagh ol. Cox marali melumatdir.
15. Balaca_Mandi | Sentyabr 26th, 2009 at 2:45 am
Yarpaq dolmasini men de cox xowlayiram. Bayaq biwirdim ele, ama biaz alti yandi
Men eti qariwdiranda biraz da duru turwu qatiram, turwmeze dad verir, cox dadli olur. Bukende de en iri yarpaqlari secirem, hemin yarpagin uzunlugu boyda bukurem. Barmaq kimi nazik ama uzun. Sufreye verende de uzun, dordbucaq qabda duzub verirem, cox gozel gorunur. Nuw 
16. Besti | Sentyabr 27th, 2009 at 6:53 am
Men yoldasimla 10 ildir ki, almanyada yasayiram. Bu yaxinlarda Bakidan gelen bacim oglu mene anamin gönderdiyi üzüm yarpaglarini gätirdi. Inanirsinsiz men onu nece sevä sevä bisirirem. Icine de bol sogan nanä, kesnisin äväzinä dä maydonuz vururam. Cox läzzätli olur. Evimzä bir an Vätän ätri dolur. Özümü Bakida, anamin metbexinde hiss edirem. Azerbaycan yemäkläri dogurdan da cox läzzätlidir.
17. FƏRİDƏ | Sentyabr 28th, 2009 at 11:19 am
BALACA MINDI: Nush olsun:)
BESTI: Duz deyirsiniz, vetendenden gelen yarpaghin dadi basqa olur. Men de ora gedende hemise oranin yarpaghindan getirirem.
18. aşbaz Hasan şah | Oktyabr 24th, 2009 at 6:29 am
Sehviniz var xanımlar. Türkiyenin çoxlu yerinde Azerbaycan sayağı dolma düzelderler adına da yene sarma yox dolma deyerler. Meselen Denizli ,Aydın kimi şeherlerde. Habele, Osmanlı Türklerinin tesiri altında qalmış Balkan ,Yunanisdan ve Ortaşerq (Ereb) ölkelerinde de yene dolma deyerler..
19. Aynur | Noyabr 23rd, 2009 at 2:09 am
Feride xanim Biz de yapaq dolmasi bishiririk.Amma Biz nane de vuuuq ya quru nane ya da teze nane.İnanin chox-chox lezzetli olur
Teshekkuler
20. N@KO | Dekabr 22nd, 2009 at 4:27 am
Sogan dogranilmir axi masindan cekilir
—————————————–
SEHV
—————————————–
21. XEYALE | Yanvar 12th, 2010 at 5:16 pm
çox gzl görünür menim anamda dolmanı bele bükür ama men uzun siqaret kimi eliyirem görende çox gülür mene anam elinde sarır ama men stolun üstünde görüntüsü çox gözel alınır mence sizde eliyin qazanada sırayla üzün menim üçn dad ve görünüş çox önemlidi
22. Yegane | Yanvar 13th, 2010 at 4:05 am
Dolma bişirdiyim qazanın dibinə mən balaca nimcədən qabdan qoyuram. onun altına kəfi yığılır. Sonra dolmaları onun üzərinə yığıram. Sonda da sizin yazdığınız kimi uzərinə də həmçinin qab qoyuram üzü aşağı.
23. Rufa | Yanvar 28th, 2010 at 11:33 am
cox gozel saytdi.
bir shey elave elemek istiyerdim, dolmanin suyuna cox azmiqdarda limon duzu da elave edin ki rengi gozel qalsin
24. afaq | Mart 14th, 2010 at 7:41 am
hre sey ucun sag olun feride xanum
25. ELVIN | Mart 15th, 2010 at 1:05 pm
AZERBAYCAN METBEXINE ESQ OLSUN! YASASIN AZERBAYCAN XALQI. MEN YARPAQ DOLMASINI COX XOSLAYIRAM ELIK
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed