Best in the World!
Dadlı yemək reseptləri bloqu

Yarpaq Xəngəli

Yarpaq Xəngəli

Əvvəla 8 mart münasibətilə bütün qadınlarımızı gec də olsa ürəkdən təbrik edirəm, və ünvanıma göndərdiyiniz təbriklərə görə sizin hamınıza təşəkkür edirəm.

***

Soyuq qış günlərində Azərbaycan mətbəxində daha çox isti, xəmir xörəklərinə müraciət olunur. Bu xörəklərin içində Xəngəl ən məşhurudur. Xəngəlin bir neçə növü var: Yarpaq xəngəli – Quru yaxud Süzmə xəngəl kimi də tanınır, ət bulyonunda bişirilən Sulu xəngəl, içərisi qiymə ətlə doldurulan Ət xəngəli, şor pendirlə doldurulmuş Şor xəngəli, Şimal-qərb zonasının əsas yeməyi olan Qabaq (Balqabaq) xəngəli (o zonada xəngələ xingal deyirlər). Duzlu suda bişirilmiş bu xəngəllər süfrəyə zövqə görə əridilmiş yağ, ədviyyatlı sous, sarımsaqlı qatıq, sirkə-sarımsaq, acika, hətta nar şirəsi ilə birlikdə verilir. Bu dadlar isə öz növbəsində xəngəli daha tamlı,ləzzətli edir.

Soyuq günlərdə yeyilən ən çox Yarpaq /Süzmə xəngəldir. Duzlu suda qaynadılaraq bişirilən süzmə xəngəlin üzərinə ərinmiş yağ tökülür,qara kimi qovrulmuş ət,soğança yaxud soğança-qayğanaq qoyulur. Xəngəlin yanında sarımsaqlı qatıq verilir. Qərb zonasında qatıq əvəzinə Qurutdan istifadə olunur. İsti suda qurut yumşaldılır və əzilmiş sarımsaqla qarışdırılıb süfrəyə qoyulur. Qərb zonasında xəngəl qarası kimi qızardılmış cücə əti də verilir.

Bu reseptimizdəki Xəngəl isə qiyməli ətlə hazırlanır.

Yarpaq xəngəli (Quru Xəngəl/Süzmə Xəngəl)

Xəmir üçün :
2 ½ fincan ələnmiş un (əlavə olaraq yoğurmaq və yuxa yaymaq üçün də un götürülür)
½ çay qaşığı duz
1 yumurta
1 fincan su (otaq tempraturunda)

Ləvazimatlar:
Yuxayayan lövhə, uzun oxlov,iti bıçaq

Xəngəlin üzərinə qoymaq üçün:
¼ fincan yağ (əgər ət yağsızdırsa yağ daha çox istifadə oluna bilər)
450-500 qram qiymələnmiş mal yaxud qoyun əti
1 orta boy baş soğan (xırda doğranmış,təxminən 1 fincan)
Duz, istiot

Əlavə:
Zövqə görə (az-çox ola bilər) əridilmiş yağ, sarımsaqlı qatıq

Xəmirin hazırlanması:

Böyük bir qaba un,duz tökülüb qarışdırılır. Unun ortasında yuva açılır,yumurta sındırılıb yuvaya əlavə olunur. Az-az su tökülüb hamısı birlikdə barmaqlarla qarışdırılır,xəmir halına salınır. Xəmirlə işlənəcək yer –lövhənin üzərinə çoxlu un səpilir,xəmir yoğrulur. Təxminən 10 dəqiqə,xəmir bərkiyənə,səthi hamarlaşanadək yumruqla basılaraq yoğrulur. Əgər yoğurarkən xəmir ələ yapışırsa o zaman az-az un səpmək olar. Amma çox olmaz,yoxsa xəmir çox bərk və quru alınar. Hazır xəmir bərabər ölçülü kündələrə ayrılır,bir qaba yığılıb dəsmalla üzəri örtülür,dincəlməyə qoyulur. Yuxa yaymazdan 20 dəqiqə əvvəl kündələr özünü bu şəkildə tutmalıdır.

Xəmirin açılması:

Yuxa yayılacaq yerə azca un səpilir,kündələr qoyulur və üzərinə un səpilir. Kündələr əllə basılaraq yastılanır,nazik oxlovla yayılır. Hər dəfə yayarkən yuxanı fırlatmaq lazımdır ki hər tərəfi açılsın. Təxminən diametri 25 sm olan yuxa açılır. Açılmış yuxanın üzərinə un səpilir və əllə hər tərəfinə yayılır. Belə olduqda yuxa oxlova yapışmır,deşilmir və asanlıqla yayılır. Un səpdikdən sonra oxlovla yayılaraq diametri 50-60sm olan dairə şəklində açılır.

Yuxanın kəsilməsi:

Açılmış yuxa iti bıçaqla paralel və eninə, 5sm-lik kvadrat şəklində kəsilir. (Romb formasında olması üçün üçün paralel zolaqlar kəsildikdən sonra küncdən eninə kəsmək lazımdır.) Padnosa un səpilir,kəsilmiş xəngəllər üzərinə yığılır,qurumaq üçün bir kənara qoyulur.

Qiymə ətin hazırlanması:

Orta ölçülü tavaya yağ tökülür,qızdırılır. Çəkilmiş ət əlavə olunur,tez-tez qarışdırılmaqla ətin suyu çəkilənəcən,5-10 dəqiqə bişirilir. Yüngülcə qovrulan ətə xırda doğranmış soğan əlavə edilir,tez-tez qarışdırır,10 dəqiqə,qızaranadək bişirilir. Zövqə görə duz,istiot vurulur.

Xəngəlin bişirilməsi:

Böyük qazana 15 fincan su tökülür,1 xörək qaşığı duz qatılır və qayanamağa qoyulur. Su qaynadıqda qurumağa qoyulmuş xəngəllər az-az,ehmalca suya salınır. Yapışmasın deyə böyük kəfgir qaşıqla arabir qarışdırılır. Təxminən 5 dəqiqə,yumşalanadək xəngəllər bişirilir. (Diqqət yetirmək lazımdır ki həddən artıq çox bişməsin,yoxsa xəşilə dönər) Bişmiş xəngəllər kəfgir qaşıqla götürülüb (yaxud aşsüzəndən süzülüb) geniş boşqablara düzülür. Üzərinə zövqə görə əridilmiş yağ tökülür,qızardılmış qiymə ət qoyulur. Sarımsaqlı qatıqla birgə süfrəyə verilir.

Tamlı olması üçün ətli qiyməni hazırlayarkən sonda bəzən isti suda isladılmış zəfəran da qatırlar.

Bir cavab yazın

28 Şərh
  1. Salam,Feride xanim.Resept ucun cox sag olun.Men ozumde yaxsi kesib hazirlayiram.Amma erinende hazirini aliram.Suyunada mutleq kartof atiram.Cunki super olur.

  2. Bəzən xingalın yuxasını sacda pörtlədib,kəsərək də saxlayırlar.

  3. Biz də belə hazırlayırıq.Biz fəngəli qatıqla yeyirik.Bəzi rayonlarda isə qurutla yeyirlər.

  4. Farida xanum,chox sagolun dadli resepte gore! Ellerinize sagliq!

  5. Salamlar.bele hazirlayanda biraz gec quruyur.xemiri yaydiqdan sonra iri bir tavada biray biwirib metbex qaycisiyla dograyiram

  6. Salam. Cox sagolun ama men nedense qurutla sevirem xengeli. Chunki həm hezm olunmaq baximindan hemde dad baximindan qurut yaxshidi. Birde bir shey var xengelden sonra kop vermesin deye evveller xengelin suyundan yarim stekan icirmishler. bashqa ne icsen xengelden sonra kop verir. Rayon yerlerine getsez indide yashli insanlar xengeli ya sulu yeyir yada suyunu sonradan icir. Men ozumde yoxlamisham heqiqeten duz deyirler.

  7. salam feride xanim cershenbeniz mubarek nece bele bayramlara cixasuz.sufrenizden ruzi-bereket eskik olmasun.

  8. Salam.Feride xanim sizi ve xalqimizi il axir cershembe munasibetile tebrik edirem.her kesin bayrami mubarek olsun.Nece gozel illere.Inshallah gelen il bu bayrami Qarabagimizda kecirek.AMIN.

  9. Gece vaxti lap wiwdim:-)

  10. salam canim feride.necesiniz?coxdandir size yazmiram.amma bu gun yaziram.elektron poctumda problem var yaza bilmedim size.amma bloqa mutleq yaziram.canim sizi men azerbaycan qadini jurnalinda gordum.o deqiqe tebessumunuzden ve qarwinizdaki narlardan tanidim.cox wad oldum.canim balalarini allah saxlasin.bed nezerden qorusun.oqlunu yeyerem/ cox wirin uwaqdir.opurem canim saq ol.bakidan long bice sevgi ve sayqilarla SEVGI

  11. Hal hazirda bir bosqab olsa pis olmazdi…
    Lezzetli gorunur. Bu gozel goruntu ucun cox sag olun..

  12. Salam Feride xanim. Bu bizim zonanin en mehsur yemeyidir.en eziz qonagimiza yarpaq xengeli bisiririk. Ele bir Qazax zonasindan olan adam tanimiram ki, bu xengeli sevmesin-amma tebii ki, qurutla.Bisiren elleriniz var olsun

  13. eslinde xengel yox, orfoqrafiya lugetinde xingaldi. prosta rayonlarimizin coxusunda xengel adlanlandirdiglarina gore hami xengel yazir. amma shexsen men bir bakili olaraq hemishe xingal deyirem. cunki bizde bunun adi ele xingaldi 🙂

    • yerli bacim mende gozumu acannan bizde adi xingaliydi . heyif ki baki daha evvelki baki deyil 🙁

  14. Halal olsun seni dogan anaya vallah ,cox super mahsallah

  15. Birazdan hazirlayacagam 🙂 Chox sagolun var olun.

  16. Beh beh olsada yesek

  17. Salam. Vallah xengel reseptlerine baxdim. Amma insafla danisaq Qazax rayonunda bisen qurudlu xengele hec bir xengel catmaz.

  18. Xengeli Xanliqlat zamanindan Xan meclisleri ucun hazirlayirdilar.XAN GEL adi burdan yaranib.Xengel ucun kundelenmis xemir oxlov ile yayilir ve dortkunc dogranir,daha sonra qaynamis suya tokulur.Xemir bisdikten sonra suzulur ve Sini-nin uzerine cekilir.Uzerine suda bismis Kartof,Nehre Yaginda qizartmamaq sertile qismen bismis ince dogranmis Sogan ve hemin yagda bismis Kend Toyugu ,daha sonra Xengelin vazgecilmez dadini veren Qurud elave olunur…….NOT:Xengel yayilmis ve dortkunc dogranmis xemirle hazirlandigi ucun,”Makaron veya Yarpaq Xengeli” veya Ruslarin Gurculerin deyimi ile “Xinqal” kimi tanimlamalar neinki dogru deyil,hetta bu kimi ifadeler Cehaletdi.Oz Metbeximize,medeniyyetimize ve kecmisimize sahib cixaq.Saygilarimla

  19. Sağ ol Göyçəli.Bu yeməyin adı XƏNGƏL-dir. xəmir+yağsoğan+qurud

  20. Salam Feride xanim, nece vaxtdi size yazmaq isteyirem amma vaxt elemirem. Son gunlerde sizin reseptlerden bol-bol istifade etmiwem, amma tesekkur ede bilmediyim ucun icim cox narahat idi.
    Bu gunlerde ilk defe xengel biwirdim, yaninda ayrica bol sogancasi ile,eti ve sarimsaqli qatigi ile. Wukur, cox gozel alindi ve bu isde sizin buradaki meslehetler mene cox komek oldu. Teshekkur.
    Bundan bawqa bulqur plovu, qaymaq kremli tort, kartoflu piroq da biwirdim. Hamisi ela idi.
    Sizin naneli merci sorbasi, toyuq cigirtmaniz, pendirli borucuqlar, sobada perajki ise artiq sufremizin daimi “sakinleridir”:) Hamisi ucun cox cox sag olun!
    P.S. bu deqiqe size yaza yaza sizin bulqurlu kroketlerden yeyirem… mmmm)

  21. Hi! Would u be kind enough to give this recipe in English please? Thank u!

  22. Salam,yarpaq xengelein ustune qurut tokende daha dadli olur.Tewekkur ve helelik

  23. Salam,yarpaq xengelin ustune qatigin evezine qurut tokende daha dadli olur.Tewekkur ve helelik

  24. əladır. 🙂

Bir cavab yazın