kataloq

Yerkökü Salatı

Yerkökü Salatı (Havuç Salatası) Türk mətbəxinə aiddir. Təcili qonağım gələndə adətən bu salata müraciət edirəm. Olduqca asan və tez hazırlanan salatdır. Əsası da odur ki, xeyirlidir.

Mən bu salata xırda doğranmış qoz və kişmiş da əlavə edirəm. Çox ləzzətli olur. Sizə də məsləhət görürəm.

YERKÖKÜ SALATI (Havuç Salatası)

2-4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

4 ədəd yerkökü
2 xörək qaşığə zeytun yağı
1 stəkan qatıq (çox turş olmasın)
3 diş sarımsaq
zövqə görə sarı kişmiş
zövqə görə xırda doğranmış qoz
zövqə görə duz
zövqə görə istiot

1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.

2. Tavada zeytun yağını qızdırın.  Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) buşirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun.

3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.

4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin.

NUŞ OLSUN!


Related Posts with Thumbnails

21 Comments Add your own

  • 1. Nazrin  |  Mart 17th, 2009 at 9:48 am

    salam cox yaxsi salatdir

  • 2. Fəridə  |  Mart 17th, 2009 at 12:03 pm

    NAZRİN: Nuş olsun!

  • 3. konul  |  Aprel 12th, 2009 at 2:34 am

    Feride icaze versen mende nece hazirladigimi sene deyerdim men bashqa cur hazrilayiram bu salati…yer kokunu senin kimi surtkecden kecirirem birde toyugun dosh etini evvelceden bishirib didirem onlari bir yerde mayanezle qatiram cox dadali olur elbetde ki duz istiiot da vurulur zovqe gore.bezi adamlar bunu soganda vururlar men xoshlamiram deye vurmuram
    umud edirem xoshunuza geler))))

  • 4. FƏRİDƏ  |  Aprel 13th, 2009 at 10:11 am

    KÖNÜL: Çox sağ ol reseptinə görə. Ləzzətli olduğundan əminəm. Mütləq sənin versiyanı düzəldəcəm. Çox sağ oı.

  • 5. sladkayewka  |  Aprel 19th, 2009 at 7:07 am

    deymez Feride.gikrini deyersen hazirlayandan sonra
    men dediyim salati cox vaxti magazada satilan hazir duzlu istiotlu rendlenemish yer koku ile duzeldirler
    men amma ozum eleyirem
    nush olsun)))

  • 6. Gunel  |  Iyun 29th, 2009 at 12:07 am

    slm Feride xanim necesiz?men dunen bu salati da hazirladim.cox xoshuma geldi,ela dadirdi.sadece olarag men 1dish sarimsag atmishdim,cunki sarimsagi elede semirem:Dminnetdaram,sagolun:)

  • 7. Ulya  |  Sentyabr 6th, 2009 at 2:46 am

    Salam Feride xanim,sizin el islerinizi cox beyendim.sag olun,ellerinize sagliq!Size e-mail vasitesile sekilli mektub nece gondere bilerem,zehmet olmasa e-mail verin(belke de var,men yaxsi fikir vermemisem)hormetle ULYA

  • 8. Fəridə  |  Sentyabr 8th, 2009 at 6:08 pm

    ULYA: Email adresim HAQQINDA sehifesinde var.

  • 9. XEYALE  |  Oktyabr 8th, 2009 at 2:24 pm

    Salam, Feride xanim. Bura evezolunmazdir.Sag olun ki,bele resepler vermekle bizlere komeklik edirsiniz. Men salat reseplerinin sayinin cox olmasini isterdim.Salat hazirlamagi cox sevirem.Ozumden de fantaziyalar da edirem. Bize qonaq gelende ilk novbede menim hansi salati hazirladigim onlar ucun maraqli olur. Ve men hazirladiglarim haqqinda terif esitmeyi cox xoshlayiram. Size ugurlar.

  • 10. FƏRİDƏ  |  Oktyabr 11th, 2009 at 8:51 am

    XEYALE: Cox sag ol. Salatlar olacaq.

  • 11. Gunay  |  Oktyabr 22nd, 2009 at 5:54 am

    mende Konul xanimin fikri ile raziyam ele bilirem onun eledi daha lezzetli olar

  • 12. reyhane  |  Noyabr 29th, 2009 at 12:32 am

    salam

  • 13. reyhane  |  Noyabr 29th, 2009 at 12:34 am

    men butun azerbaycan xalqinin qurban bayramini tebrik edirem.ruzi bereket hec vaxt evimizden eskik olmasin amin

  • 14. reyhane  |  Noyabr 29th, 2009 at 12:36 am

    feride xanim sizden sezar salatinin resseptini xahis edirem.qabaqcadan saq olun.

  • 15. NAZLI  |  Dekabr 30th, 2009 at 4:36 am

    Hmmm maraqli imis,twk.

  • 16. Sevinc  |  Yanvar 16th, 2010 at 12:48 pm

    men de kok salati hazirlayiram cox dadli olur!qoy resepti deyim!koku rendeden kecirirem,sarimsaq vururam,duz,istiot,nar ve mayonez!1 gun qalsa soyuducuda laap elaa olur!nuw olsun!!!

  • 17. Sevinc  |  Yanvar 16th, 2010 at 12:48 pm

    unutdum bir de wuyut vururam!

  • 18. Pəbiş  |  Yanvar 26th, 2010 at 10:06 am

    Mən sizə elə tortlar,elə salatlar düzəldərəm ki ,hamınızın ağzının suyu axar.

  • 19. Nusabe  |  Fevral 19th, 2010 at 8:26 am

    Mence cox maraqli reseptdi. Hokmen bu saladi etmeye calisacagam. Tesekkurler.

  • 20. Gullu  |  Iyun 10th, 2010 at 5:19 am

    ooooo super coxdaniydi ki bele bir vveb unvani axtarirdim ellerinize sagliq :)

  • 21. lala  |  Iyun 12th, 2010 at 12:40 am

    superdiler cox sagolun

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed