kataloq

Yulaflı-Kişmişli Qurabiyyə

Bu qurabiyyələr Amerikanın ən məşhur qurabiyyələrindəndir. Hamı tanıyır, bilir, bütün dükkanlarda satılır. Yulaf lopalari Bakıdakı supermarketlərdə satılır. Ruscası ovsyaniye xlopya-dır. Yarma şəklində olanı deyil, lopa şəklində olandan alın, aşağıdakı şəkildəki kimi. Bunu da qeyd edim ki, yulaf mədənin ən yaxşı dərmanlarındandır. Odur ki, bu qurabiyyələri bişirsəniz, həm dadından zövq alacaqsınız,  həm də mədənizə xeyir vermiş olacaqsınız. Nuş olsun!

Yulaflı-Kişmişli Qurabiyyələr
“Essentials of Baking”, Williams-Sonoma kitabından dəyişikliklər etməklə götürülmüşdür

24 qurabiyyə üçün

1  stəkan yarım (325 g) un
1 çay qaşığı qabartma tozu
1  çay qaşığı darçın
1/4 çay qaşığı duz
yarım stəkan  (125 g) duzsuz kərə yağı - doğranmış, otaq hərarətində
1 stəkan (220 g) tünd şəkər tozu (mixəyi rəngdə olur)
yarım stəkan (125 g) ağ şəkər tozu
2 iri yumurta
1 çay qaşığı vanil ekstraktı
1  stəkan yarım (140 g) yulaf lopası
2 stəkan (375 g) qara kişmiş

Sobanı 180C-dək qızdırın. 2 iri dəyaz listin dibinə kalka kağızı sərin.

Bir kasada un, qabartma tozu, darçın və duzu qarışdırın. Kənara qoyun.

Ləyəndə yağ və şəkərləri mikserlə hamar olanadək çalın. Yumurta və vanil ekstraktını əlavə edib, qarışanadək çalın. Kasadakı unlu qarışığı və yulafı da buraya əlavə edib, bütün ərzaqlar qarışanadək çalın (çox deyil). Kişmişi də buraya əlavə edib qaşıqla qarışdırın.

Xörək qaşığıyla xəmirdən götürüb listə bir-birindən təxminən 7 sm aralıqda təpəciklər qoyun. İdeal forması olmasa da olar, çünki bişərkən xəmir onsuzda yayılacaq. Əvvəlcə sobanın orta rəfində bir listi bişirin, sonra isə o birisini. Qurabiyyələr 15-20 dəqiqədə bişəcəklər. Üstlərinə barmağınızla yavaşca basın - əgər üstü bir qədər bərkiyibsə, onda qurabiyyələr hazırdır. Narahat olmayın, qurabiyyələr sobadan çıxdıqdan sonra bərkiyəcəklər. Qoyun onlar listdə bir az soyusunlar, sonra qaba yığın. Bu qurabiyyələrin çölü bir qədər xırt-xırt olur, içi isə yumuşaq. Sabahı daha da yumuşaq olurlar. Üstü ortülü bir qabda saxlayın.

Related Posts with Thumbnails

11 Comments Add your own

  • 1. SEVGI  |  Dekabr 15th, 2009 at 9:38 am

    ne yaxsi ilk serh menden?canim salam. buda gozel bir seye oxsayir. lap yadima xirt -xirtli sirniler dusdu. bundanda bisirib dadina baxaram. bakidan amerikaya salamlar.

  • 2. ulya1  |  Dekabr 15th, 2009 at 11:32 pm

    Salam !Çox gözəl görünürlər.Bişirmək istəyirəm amma iki sualım var. Fəridə xanım tünd şəkər tozunu nə ilə əvəz etmək olar ?Bir də Azərbaycanda yaşayanlardan soruşuram yulaf unu və tünd şəkər tozu biz də marketlərdə satılr? Mən nədənsə tapa bilmədim.Amma də soruşacam.
    Sağ olun.

  • 3. ulya1  |  Dekabr 15th, 2009 at 11:35 pm

    Demək istətirdim amma yenə də soruşacam, texniki səhv oldu

  • 4. Gulgun  |  Dekabr 18th, 2009 at 6:47 pm

    Salamlar. Men ele ne vaxtdir yulafli bir resept oyrenmek isteyirdim. Ancaq , olarmi ki, kismisin yerine qoz, badam ve ya findiq qataq ? Men dogrusu cevizli edecekdim,ancaq , ustunuze sagliq, qrip oldum, qaldi :( Dedim yene de meslehetlesim sonra . Tukenmez hevesiniz ve sebrinizle bizler ucun buraya resept qoymagi unutmadiginiz ucun tesekkurler :)

  • 5. FƏRİDƏ  |  Dekabr 18th, 2009 at 8:10 pm

    ULYA 1: Tund sekeri ag sekerle evez etmek olar, amma eger tund seker tapilsa, effekti daha yaxsi olar. rengi de tund olur, gozel gorunur, hem de dadi yaxsi olur. YULAF marketlerde var, boyuk marketlere baxin. Bakidan refiqem yazdi ki, marketlerin coxunda var. Tund seker de olmamis olaz.

  • 6. FƏRİDƏ  |  Dekabr 18th, 2009 at 8:11 pm

    GULGUN: Beli, kishmisin yerine qoz, badam, findik qoymaq olar.

  • 7. NIGAR  |  Dekabr 20th, 2009 at 6:28 am

    ELEMEK DADINI BILMEK LAZIMDIR YENEDE COX SAGOL EZIYYET CEKIB YAZMISINIZ TSK

  • 8. lale  |  Dekabr 20th, 2009 at 7:21 am

    SALAM,FERIDE XANIM. MEN ISVECDEN SIZE YAZIRAM. ZEHMET OLMASA ,SEKER KIRSANININ INGILISCE ADINI YAZARDIZ DA.

  • 9. FƏRİDƏ  |  Dekabr 20th, 2009 at 10:43 am

    LALE: Seker kirshani seker pudrasidir. Ingiliscesi - POWDERED SUGAR ve ya CONFECTIONER’S SUGAR. pudra kimi olur.

  • 10. AYTEN  |  Dekabr 29th, 2009 at 2:40 am

    FERİDE XANIM oncelılke size Azerbaycanımızın en gözel metbexini bu saytta tanıtdıgınıza gore bir azerbaycanlı olaraq minnetdaram.BU recepti hazırladıq ve çox da gozel oldu.tesekkurler

  • 11. Gunay  |  Dekabr 29th, 2009 at 11:35 pm

    Salam Feride xanim. Men Size urekden minnetdaram. Ne yaxshi ki sizin kimi xanimlar var.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed