kataloq

Yulaflı-Kişmişli Qurabiyə

Bu qurabiyyələr Amerikanın ən məşhur qurabiyyələrindəndir. Hamı tanıyır, bilir, bütün dükkanlarda satılır. Yulaf lopalari Bakıdakı supermarketlərdə satılır. Ruscası ovsyaniye xlopya-dır. Yarma şəklində olanı deyil, lopa şəklində olandan alın, aşağıdakı şəkildəki kimi. Bunu da qeyd edim ki, yulaf mədənin ən yaxşı dərmanlarındandır. Odur ki, bu qurabiyyələri bişirsəniz, həm dadından zövq alacaqsınız,  həm də mədənizə xeyir vermiş olacaqsınız. Nuş olsun!

Yulaflı-Kişmişli Qurabiyələr
“Essentials of Baking”, Williams-Sonoma kitabından dəyişikliklər etməklə götürülmüşdür

24 qurabiyə üçün

1  stəkan yarım (325 g) un
1 çay qaşığı qabartma tozu
1  çay qaşığı darçın
1/4 çay qaşığı duz
yarım stəkan  (125 g) duzsuz kərə yağı - doğranmış, otaq hərarətində
1 stəkan (220 g) tünd şəkər tozu (mixəyi rəngdə olur)
yarım stəkan (125 g) ağ şəkər tozu
2 iri yumurta
1 çay qaşığı vanil ekstraktı
1  stəkan yarım (140 g) yulaf lopası
2 stəkan (375 g) qara kişmiş

Sobanı 180C-dək qızdırın. 2 iri dəyaz listin dibinə kalka kağızı sərin.

Bir kasada un, qabartma tozu, darçın və duzu qarışdırın. Kənara qoyun.

Ləyəndə yağ və şəkərləri mikserlə hamar olanadək çalın. Yumurta və vanil ekstraktını əlavə edib, qarışanadək çalın. Kasadakı unlu qarışığı və yulafı da buraya əlavə edib, bütün ərzaqlar qarışanadək çalın (çox deyil). Kişmişi də buraya əlavə edib qaşıqla qarışdırın.

Xörək qaşığıyla xəmirdən götürüb listə bir-birindən təxminən 7 sm aralıqda təpəciklər qoyun. İdeal forması olmasa da olar, çünki bişərkən xəmir onsuzda yayılacaq. Əvvəlcə sobanın orta rəfində bir listi bişirin, sonra isə o birisini. Qurabiyyələr 15-20 dəqiqədə bişəcəklər. Üstlərinə barmağınızla yavaşca basın - əgər üstü bir qədər bərkiyibsə, onda qurabiyyələr hazırdır. Narahat olmayın, qurabiyyələr sobadan çıxdıqdan sonra bərkiyəcəklər. Qoyun onlar listdə bir az soyusunlar, sonra qaba yığın. Bu qurabiyyələrin çölü bir qədər xırt-xırt olur, içi isə yumuşaq. Sabahı daha da yumuşaq olurlar. Üstü ortülü bir qabda saxlayın.

Related Posts with Thumbnails

26 Comments Add your own

  • 1. SEVGI  |  Dekabr 15th, 2009 at 9:38 am

    ne yaxsi ilk serh menden?canim salam. buda gozel bir seye oxsayir. lap yadima xirt -xirtli sirniler dusdu. bundanda bisirib dadina baxaram. bakidan amerikaya salamlar.

  • 2. ulya1  |  Dekabr 15th, 2009 at 11:32 pm

    Salam !Çox gözəl görünürlər.Bişirmək istəyirəm amma iki sualım var. Fəridə xanım tünd şəkər tozunu nə ilə əvəz etmək olar ?Bir də Azərbaycanda yaşayanlardan soruşuram yulaf unu və tünd şəkər tozu biz də marketlərdə satılr? Mən nədənsə tapa bilmədim.Amma də soruşacam.
    Sağ olun.

  • 3. ulya1  |  Dekabr 15th, 2009 at 11:35 pm

    Demək istətirdim amma yenə də soruşacam, texniki səhv oldu

  • 4. Gulgun  |  Dekabr 18th, 2009 at 6:47 pm

    Salamlar. Men ele ne vaxtdir yulafli bir resept oyrenmek isteyirdim. Ancaq , olarmi ki, kismisin yerine qoz, badam ve ya findiq qataq ? Men dogrusu cevizli edecekdim,ancaq , ustunuze sagliq, qrip oldum, qaldi :( Dedim yene de meslehetlesim sonra . Tukenmez hevesiniz ve sebrinizle bizler ucun buraya resept qoymagi unutmadiginiz ucun tesekkurler :)

  • 5. FƏRİDƏ  |  Dekabr 18th, 2009 at 8:10 pm

    ULYA 1: Tund sekeri ag sekerle evez etmek olar, amma eger tund seker tapilsa, effekti daha yaxsi olar. rengi de tund olur, gozel gorunur, hem de dadi yaxsi olur. YULAF marketlerde var, boyuk marketlere baxin. Bakidan refiqem yazdi ki, marketlerin coxunda var. Tund seker de olmamis olaz.

  • 6. FƏRİDƏ  |  Dekabr 18th, 2009 at 8:11 pm

    GULGUN: Beli, kishmisin yerine qoz, badam, findik qoymaq olar.

  • 7. NIGAR  |  Dekabr 20th, 2009 at 6:28 am

    ELEMEK DADINI BILMEK LAZIMDIR YENEDE COX SAGOL EZIYYET CEKIB YAZMISINIZ TSK

  • 8. lale  |  Dekabr 20th, 2009 at 7:21 am

    SALAM,FERIDE XANIM. MEN ISVECDEN SIZE YAZIRAM. ZEHMET OLMASA ,SEKER KIRSANININ INGILISCE ADINI YAZARDIZ DA.

  • 9. FƏRİDƏ  |  Dekabr 20th, 2009 at 10:43 am

    LALE: Seker kirshani seker pudrasidir. Ingiliscesi - POWDERED SUGAR ve ya CONFECTIONER’S SUGAR. pudra kimi olur.

  • 10. AYTEN  |  Dekabr 29th, 2009 at 2:40 am

    FERİDE XANIM oncelılke size Azerbaycanımızın en gözel metbexini bu saytta tanıtdıgınıza gore bir azerbaycanlı olaraq minnetdaram.BU recepti hazırladıq ve çox da gozel oldu.tesekkurler

  • 11. Gunay  |  Dekabr 29th, 2009 at 11:35 pm

    Salam Feride xanim. Men Size urekden minnetdaram. Ne yaxshi ki sizin kimi xanimlar var.

  • 12. ulker  |  Dekabr 16th, 2011 at 4:07 am

    hamiya salamlar.men bu qurabiyeni bisirdim.dadi cox gozel alindi.amma bir az quru cixdi hemde qurabiyeler cox sisib dagildi.birde mene ele gelirki 1 stekan pesok bes eder.bele cox sirin olur. yenede cox sagolun.yeni reseptlerinizi gozleyirem.helelik…..

  • 13. natevan  |  Fevral 2nd, 2012 at 4:57 am

    SALAM.FERIDE XANIM YULAF LOPASI BIZLERDE TESADUFEN QERKUKLESE DEYILMIR KI ? SATILIR,AMMA SEHERLER SUDLE BISIRILIR,ONA COX OXSAYIRE.MEN RUSIYADA YASAYIRAM ORADAN ALMISDIM ONDAN YADIMDA QALIB

  • 14. FƏRİDƏ  |  Fevral 2nd, 2012 at 11:06 pm

    NATEVAN - Gerkulesi o qədər yaxşı bilmirəm, orada deyiləm çünki. Ruscası Ovyaniye Xlopyadir.

  • 15. natevan  |  Fevral 3rd, 2012 at 12:14 am

    FERIDE XANIM COX SAG OLUN.MEN DEYEN YEQIN O OLMAZ,CUNKI RUSIYADA OLANDA ALDIM USTUNE GERKULES YAZILMISADI.

  • 16. Guler /admin/  |  Fevral 3rd, 2012 at 2:18 am

    NATƏVAN,bəli, “Qerkules” brendi altında yulaf lopası satılır. Üzərində Ovsyaniye Xlopya yazılandır. İstifadə edə bilərsiniz.

  • 17. natevan  |  Fevral 3rd, 2012 at 2:44 am

    COX SAG OLUN.BU SIRNIYYATI MUTLEQ BISIRECEYEM.BURADAN ALMALI QURABIYENI VE YULAFLI ,KISMISLI QURABIYENI MUTLEQ BISIRECEYEM.SIRIN SUDLU COREYI ISE FEVRALIN 9 ZU QAYNANAMIN ILIDIR.ILK KES ONDA BISIRECEYEM INSALLAH.UMUD EDIREM BISIRMEYI BACARARAM.QALAN SIRNIYYATLARIDA VAXT TAPDIGCA BISIRECEYEM.

  • 18. natevan  |  Fevral 3rd, 2012 at 3:21 am

    BAYAG YAZMAGİ UNUTDUM.QIZIMIN AVQUSTUN 11_I AD GUNUNDE ”HIL VE LIMONLU SIRIN BULKA”NI BISIRMISDIM.HERKESIN COX XOSUNA GELMISDI.RESEPTINIDE YAZIB GOTURDULER.COX SAG OLUN

  • 19. Lale  |  Aprel 6th, 2012 at 7:39 am

    salam Fderide xanim. eger bu qurabiyeye yulaf elave etmesem olar? cunki misirde yulaf yoxdu. teshekkur edirem

  • 20. Gunes  |  May 23rd, 2012 at 4:39 am

    NATAVAN XANIM DUZ TAPMISINIZ ОВСЯНЫЕ ХЛОПЪЯ ГЕРКУЛЕС.DIR. AZERBAYCANCA YULAF LOPALARI ADLANIR.

  • 21. afa  |  Iyul 2nd, 2012 at 9:34 am

    Feride xanim salam. Gozel saytdir elinize saglig.Bu kurabiyelerden bisirmisem,cox dadlidilar.Ugurlar.

  • 22. VEFA  |  Sentyabr 23rd, 2012 at 3:18 am

    COX GOZEL GORUNURLER MEN DE BISIRMEK ISTEYIREM YAXSI ALINSA YAZACAM.EVVELCEDEN TESEKKUR EDIREM.

  • 23. ayten  |  Sentyabr 30th, 2012 at 12:25 am

    feride xanim men bu resepti hazirladim , amma kismis yerine qoz tokdum hami beyendi coooox sag olun.

  • 24. Nərmin  |  Noyabr 21st, 2012 at 3:07 pm

    Mən digər reseptlərə uyğun yulaflı peçenye bişirsəm də onların içində sizin resept ən dadlısı və gözəli oldu, mən özüm,yoldaşım və yaş yarımlıq oğlum çox bəyəndiik.Təşəkkürlər.Əməyinizi qiymətləndiririk:)

  • 25. Guler/admin  |  Noyabr 23rd, 2012 at 5:52 am

    Çox sağ olun, NƏRMİN xanım, xoş sözlərinizə görə. Nuş olsun!

  • 26. Kubra  |  Dekabr 24th, 2012 at 2:28 pm

    Salam Feride xanim men bunu hazirladim 30 deqiqeye biwdi ve cox quru oldu. Ama 2 ci defe yene hazirlayacam.Daha yaxwi alinsin deye. Lezzetlidi,tam menim zovqume uygun. Thanks

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed