
Azərbaycanda təndir çörəyi nə qədər məşhurdursa, Amerikada dinner rolls adlanan bu kökələr eyni dərəcədə məşhurdur. Bunları istədiyiniz kimi yeyə bilərsiniz - isti-isti iki yerə bölüb arasına yağ, bal, cem çəkərək də, sandviç və ya hamburqer çörəyi kimi də istifadə edə bilərsiniz. Və yaxud əsas yeməklərin yanında çörək kimi süfrəyə verə bilərsiniz. Necə dəyərlər, bu qalıb sizin istəyinizə və zövqünüzə. Nuş Olsun!

Klassik Yumru Kökələr (Dinner Rolls)
Williams-Sonoma: Essentials of Baking kitabından adaptə edilmişdir
15 kökə üçün
Xəmir Üçün:
1 paket (2+1/2 çay qaşığı) quru maya (active dry yeast)
1/4 stəkan (60 ml) ilıq su (40-46C dərəcədə)
4 stəkan (və ya gərəkirsə daha da çox) əla növ un
2 çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
1 stəkan süd (250 ml), otaq hərarətində və ya azacıq istidilmiş (soyuq olmasın!)
6 xörək qaşığı (90 q) kərə yağı - əridib soyudun
2 ədəd iri yumurta, otaq hərarətində (soyuq olmasın!)
Üstü Üçün:
1 ədəd yumurta - qarışdırın
Bir qabda və ya stəkanda mayanı suda həll edin. Bir qədər köpüklənməsi üçün 5 dəqiqəlik kənara qoyun.
Ləyənə 3 stəkan un (gerisini sonra əlavə edəcəksiniz), duz və şəkər tozunu qarışdırın.Buraya mayalı qarışıq, süd, yağ və yumurtaları da əlavə edib qarışdırın. Tədricən geri qalan unu da əlavə edin, lazım olduğu qədər, hamısını birdən deyil, çünki hamısı lazım olmaya da bilər. 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir bərk olmamalı, yumuşaq və elastik olmalı, amma ələ yapışmamalıdır. Xəmiri kündələyin. Ləyənin dibini duru yağla bir az yağlayın və kündəni buraya qoyun. Üstünü dəsmalla örtün. Qoyun isti yerdə gəlsin. Bu, təxminən 1 saat yarım, 2 saat çəkə bilər.
Bu zaman 30 x 43-cm ölçüləri olan, kənarları dəyaz formanın dibinə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm).
Gəlmiş xəmiri iki hissəyə bölün, sonra hər hissəni 8 hissəyə. 16 hissə alınacaq. Mən adətən o hissələrdən birini digər 15 hissə arasında bölürəm - beləliklə formada eyni sayıda çörək sıraları alınır. Hissələri kündələyin - əllərinizin arasında yumrulayın. Elə edin ki, kündələrin üstü hamar olsun. Kündələri cərgə ilə, bir-birindən 5 cm aralıqda olmaq şərtilə formaya düzün (şəkilə baxın). Kündələrin üstünə yüngülvari, üstünə basmadan çay dəsmalı örtün. Qoyun yenidən gəlsinlər, təxminən 30-40 dəqiqə ərzində. Kündələr şişməli və yumuşaq olmalıdırlar.
Sobanızı 190Cdək qızdırın.
Kündələrin üstünə yumurta çəkib sobanın orta rəfində üstləri qızaranadək, 20-25 dəqiqə ərzində bişirin. Kökələr isti-isti yeyilir.




40 Comments Add your own
1. Elvira | Noyabr 23rd, 2010 at 11:21 am
Hazir xemirim var indi bu formada bishirerem mende,maraglidi
2. ARZU | Noyabr 23rd, 2010 at 12:18 pm
salamlar herkese.
cox isteyerem mene txofkada hinduska resepti yazasiz
kimde varsa xais direm yazsin
indiden cox tesekkurler!!!
3. yvonne | Noyabr 23rd, 2010 at 1:46 pm
Oy lap istedim ee;)
Axshaminiz xeyir,Feride xanim. resept uchun chox teshekkur.itirmishdim resepti.amma yene de nene bishirirdi.eli oyreshib onun.amma men deqiqiliyi sevirem.1daha teshekkur.ellerinize sagliq!
4. humeyra | Noyabr 23rd, 2010 at 8:12 pm
selamlar.FERİDE xanim,çox maraqli ve deyişik bir şey oldu.mence bu çörekler hem ekonomik hem de pratik.bir sual bu çöreklerin içine sosis ve ya başka bir şey ilave edib bişirmek olar mi?
5. FƏRİDƏ | Noyabr 23rd, 2010 at 9:08 pm
HUMEYRA: Duzu men sosis ve ya basqa bir seyle sinaqdan kecirmemisem, amma mence bir az ag pendir tikesi olsa bir sey olmaz, mesel ucun. Sosis de ola biler. Meslehet gorerdim bir necesinin icini bele doldurub baxin gorun nece alinir. Her ehtimala qarsi.
6. Sevinc | Noyabr 24th, 2010 at 5:13 am
Salam, Feride xanim. Bu reseptinizde Ureyimce oldu. Men Asan basha gelen seyleri cox sevirem. Bu corekler, bir nov, “bulkaya” benzeyir. Sadece sirnisi yoxdur. Bes orijinal “bulka”resepti vere bilersinizmi?
7. FƏRİDƏ | Noyabr 24th, 2010 at 9:28 am
SEVINC: Bulka bir gun olacaq.
8. Gulnar | Noyabr 25th, 2010 at 12:53 pm
salam feride xanim cox sagolun,elleriniz derd gormesin,bulkaya oxsuyur,bunu seher-seher yemek lap lezzetli olar
9. Cahide | Noyabr 26th, 2010 at 12:19 am
Sevgili Feride
Tariflerini çok beğeniyorum.Azericede köke olarak bilinen bu ekmeklere biz poğaça diyoruz.sanırım benimde sitemde en çok yaptığım hamur işlerinden birisi kökedir:)
Ellerine sağlık muhabbetle kal…
10. İradə | Noyabr 26th, 2010 at 6:00 am
Ferife xanım salam .Size teşekkür edirem ki bizlere bele deqiq reseptler oyredirsiniz. Yeni şerhlerden “Banan” lari bishirmishem ve size olduqca minnetdaram. Çox gozel alınır ,xanımlarımıza meslehet gorerdim. Sizden 1 ricam var eger mumkunse “qat-qat” xemirin reseptin oyredesiniz . Evvelceden teshekkürler.
11. Nermin | Noyabr 28th, 2010 at 3:42 am
Salam Feride xanim.Cox gozel gorunushleri var bes cox shit dadmirlarki?
12. FƏRİDƏ | Noyabr 28th, 2010 at 10:31 am
NERMIN: Bu kokeler shirin koke deyil, chore kimi yeyilir. Niye shit alinsin ki?:)
13. xatire | Noyabr 30th, 2010 at 10:44 am
salam,Feride xanim.gozel resepte gore tesekkur edirem.men eyni resepte oldugu kimi bishirdim.amma sizin shekilde gorunduyu kimi olmadi,yumshaq bir qurabiyeye benzedi.bu ne ile elaqedar ola biler?ancaq dadi yaxshi idi.tsk
14. FƏRİDƏ | Noyabr 30th, 2010 at 8:53 pm
XATIRE: Bu kokeler eyni yumru chorek kimi yumusaq olmalidirlar, qurabiyyet kimi deyil. Ola bilsin xemir qati olub, unu cox olun. Sekildeki kimi sismisdi kundeler? Yumusaq kundeler olmalidir.
15. Xeyale | Dekabr 10th, 2010 at 4:54 am
ne gozel gorunur. gorum mende alinirmi
16. svetik | Dekabr 20th, 2010 at 9:44 am
salam Feride xanim. cox sag olun resept ucun. eger mumkunse bulka reseptini de vererdiniz. sag olun.
17. priya | Yanvar 15th, 2011 at 5:25 am
feride xanim elleriniz derd qormesin canim. vallahi insanin oz eliyle hazirladigi yemek daha lezzetli olur. verdiyiniz meslehetler uchun sonsuz teshekkurlerimi bildirirem. chox sag olun.
18. Mehriban | Aprel 21st, 2011 at 9:54 pm
Salam, mən Sizin bu reseptin xəmirini tam olduğu kimi hazirladım, amma son mərhələdə içinə kartof qoyub, pirojki şəklində duxovkada bişirdim.Nəticə mükəmməl idi. Sizə təşəkkür edirəm.
19. ulviyye | May 22nd, 2011 at 12:49 pm
SALAMLAR.YAZDIGINIZ BUTUN RESEPLER COX XOSHUMA GELIR.NECHE VAXTDIR KI KISHMISHLI BULKA HAZIRLAMAQ ISTEYIREM.ANCAQ RESEPTIN BILMIREM.COX XAHISH EDIREM KISHMISHLI BULKUNUN RESEPTINI YAZASININ.QABAQCADAN SAG OLUN.ALLAH RAZI OLSUN.
20. gunka | May 24th, 2011 at 2:48 am
kişmişli bulka reseptini xahiş edirəm yazasınız ALLAH razı olsun biz gənc xanımlara çox kömək edirsiniz
21. Nara | Iyun 3rd, 2011 at 4:54 am
Cox ela bulkidir,amma maqazinde satilanlarin wirinliyini artiq eleseler,Bunun icine kiwmiw de qatmaq olur.Amma isti niye yeyilsin ki,soyuyandan sonra yemek olmaz???Ellerinize sagliq,yazib goyurdum
22. idil | Iyun 23rd, 2011 at 12:11 pm
saytiniz cox gozeldir ailece beyenirik
23. Gulfem | Avqust 23rd, 2011 at 6:20 am
salam Feride xanim cox sag olun sizin sayenizde nese oyrene bilirik geleceyin xanimlari kimi.Size cox cox tesekkur edirik!
24. konul | Avqust 24th, 2011 at 6:45 am
men zebrani bişirdim çox dadli idi . teşekkurler şabalidi sizin dediyiniz kimi temizledim nese alinmadi sebebini dseydiniz memnun olardim
25. Şalala | Sentyabr 21st, 2011 at 1:52 am
Aliniza saglig .Sizin saytla tanişligima cox şad oldum.
26. ŞƏLALƏ | Oktyabr 3rd, 2011 at 1:51 am
salam Feride xanim.klassik yumuru kokeni bisirmrk isteyirem xemir yogurdum amma nedense xemir elime yapisir.bu ne ile elaqedar ola biler?
27. FƏRİDƏ | Oktyabr 3rd, 2011 at 7:30 pm
ŞƏLALƏ - Bir az da un əlavə edin.
28. ŞƏLALƏ | Oktyabr 4th, 2011 at 4:23 am
Feride xanim kokeler ela cixdi tesekkur edirem.
29. Aynur | Oktyabr 11th, 2011 at 2:35 am
salam Feride xanim reseptleriniz cox gözeldir,amma men yumru kökəlerden bişirdim yaxşı köpmedi.Bəlkə süngər biskuvit unundan istifadə edim?
30. FƏRİDƏ | Oktyabr 13th, 2011 at 10:18 pm
AYNUR - köpməməyin səbəbi mayada ola bilər. və yaxud xəmir sərində qalıb.
31. afag | Oktyabr 23rd, 2011 at 1:23 pm
men de bir resept deyim, cox asan terkibi var ve cox dadlidir:
Chin chin
(p.s, cox dadli olur. esasen de televizora baxaraq yemek cox zovq verir)
1 kg un
125 qr seker tozu
yarim stekan sud
2 cay qashigi hind cevizinin toz formasi (nutmeg)
su
duz
bitgi yagi
100 qram kere yagi
1. una bir chimdik duz, hind cevizinin tozu ve otaq temperaturunda olan kere yagini elave edib yaxsica yag hell olana qeder qarishdirin.
2. kenarda sekeri sude elave edib yaxsica qarisdirandan sonra una elave edin. yaxsica qarishdirin.
3. xemir halina getirmek uchun ustune su elave edib yaxsica xogurun.
alinan xemiri kundelere ayirin, yanin. sonra kicik kubik formasinda dograyib ( olcusu 0.5-1.5 sm arasinda deyishe biler) qaynar yagla dolu olan yaga atib rengi qismen qiziliya donene qeder qizardin. kenarda soyudun. sonra hava buraxmayan qaba yigib agzini yaxsica baglayin ki onun xirtiltisi (chipsi kimi) itmesin. ev sheraitinde saxlayin.
nush olsun!
32. züma | Oktyabr 24th, 2011 at 1:34 am
Afag xanim bunun adi yuvarlama olmasin
men de yedim ondan cox lezzetlidi, hetta o geder yemisdim ki axirda üreyim bulanmisdi (yagin dadindan) ellerinize saglig
33. Afaq | Noyabr 21st, 2011 at 11:00 am
salam feride xanim.cox sagolun ellerinize sagliq.zehmet olmasa sulu yemeklerin de reseptini yazardiz .meselen bors ves.
34. aypara | Noyabr 30th, 2011 at 12:17 am
men bunun icine sosis ve holland pendiri elave eledim,cox lezzetliydi. Feride xanim satisda olan iri sirin pambiq kimi bulkalarin reseptini bilmemis olmazsiniz onlardanda gormek istiyerik:)
35. Guler /admin/ | Noyabr 30th, 2011 at 3:29 am
AYPARA, yəqin ki,burger,sendviç üçün olan bulkaları deyirsiz.
36. Natavan | Dekabr 27th, 2011 at 8:41 am
S.aleykum Feride xanim bulokunuzu severek izleyirem.cox sagolun gözel reseptlerinize göre. Bu reseptin shekerini artiq edib bulka elemek olar? Sizden bulka resepti gözleyirik.
37. Zinet | Fevral 25th, 2012 at 4:52 am
Feride xanim hal hazirda biwirirem cox sag olun resepte gore)) inwAllah dadli ve sizdeki kimi olar)
38. feride | Mart 8th, 2012 at 4:51 am
Fəridə xanim salam. Elə sevindim ki sizin bu saytı tapanda:) Yorulmayasiniz. Mən türk saytlarından istifadə edirdim həmişə, bu gün bakı qurabiyəsini hazırlamaq gəldi ağlıma yazdim google-da sizin sayta rast gəldim, baki qurabiyesi yadimdan cixdi, götürüb bu resepti hazirlamağa başladim:) Xəmiri qoymuşam gəlməyə görüm necə olacaq. Çox sağolun bir daha
39. Aygun | Aprel 25th, 2012 at 11:33 am
Salam Feride xanim)Sizin bloqunuzu cox sevirem.Serhleri oxudum.Bulka resepti soz vermisiniz,amma hele de yoxdu.Zehmet olmasa mektebde yediyimiz kismisli bulkanin reseptini yazin.Her sey ucun tesekkur edirem…
40. GULNAR | May 10th, 2012 at 10:23 am
SALAM,MEN SIZIN BLOQUNUZU COX XOSLAYIRAM.YENILIKLERI GOZLEYIREM.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed