
Son vaxtlar tez-tez bişirdiyim yeməklərdən olan Yunan üsulu qabaq piroqunun reseptini bu gün sizinlə paylaşıram.
Yadımdadır, uşaqlıqda qonşumuzun həyətində qabaq yetişirdi. Görünüşü bir az xiyara oxşayırdı, amma daha uzun idi. Ona kabaçok deyirdilər, bəlli ki, Rus dilindəki adıdır. Məncə Azəricəsi qabaqdır. Amma balqabağıyıla səhf salmayın. Balqabaq da, zukini qabağı da eyni bitku qrupuna daxildirlər, amma fərqli tərəvəzdirlər.
Qabağın görünüşünü bu KEÇİDDƏ görə bilərsiniz.
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də hatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. Buyurun, nuş olsun.
PS: Bu resepti bloqum vasitəsilə tanış olduğum ve dost olduğum Gülərə həsr etmək istəyirəm.
YUNAN QABAQ PİROQU
Orijinal reseptin müəllifi Dina Nikolaou
Resept bəzi dəyişikliklər edilməklə bu bloqdan götürülmüşdür: Peter’s Kalofagas blog
Ərzaqlar
1/2 stəkan zeytun yağı
1 stəkan xırda doğranmış yaşıl soğan
3 qabaq (kabaçok, zukini) - təxminən 700 qram, kubiklərə doğranmış
5 iyi yumurta
1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır)
1 stəkan un
3 çay qaşığı qabartma tozu (baking powder)
1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz)
1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər)
1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm)
zövqə görə istiot
zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika)
üzərini bəzəmək üçün qabaq dilimləri
Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın.
Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.
Sobanı 180˚C-dək qızdırın.
Dərin bir qabda yumurtaları mikserlə yaxşıca çalın. Üzərinə qatığı əlavə edib qarışdırın. Sonra isə un və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın.

Bu qarışığa pendirləri və bişmiş qabağı əlavə edib qarışdırın. Zövqə görə istiot və qırmızı bibər tozu vurun. Duzu azdırsa, bir az duz əlavə edin.
Doğranmış göyərtini də əlavə edib qarışdırın. Alınan kütləni yağlanmış formaya tökün. Üzərini qabaq dilimləriylə bəzəyin (şəkildə gördüyünüz kimi) və qırmızı bibər tozu səpin.
Sobanın orta yerində təxminən 1 saat ərzində üstü qızaranadək bişirin. Sobadan çıxartdıqdan 15 dəqiqə sonra piroqu kəsin və servis edin. Bu piroq həm isti, həm də soyuq halda süfrəyə verilə bilər.

SOBAYA QOYMAZDAN ƏVVƏL

SOBADAN ÇIXDIĞINDA
11 Comments Add your own
1. Guler | Fevral 26th, 2009 at 2:10 pm
Ezizim,cox sagol. Ellerine quvvet,zehmet cekib qeyd etdiyin,o xususi diqqetin ucun cox teshekkur edirem.
Halaldir sene:)
2. Fəridə | Fevral 26th, 2009 at 2:39 pm
GÜLƏR: Sən sağ ol mənə göstərdiyin dəstəyə görə:)
3. fira | Mart 1st, 2009 at 3:18 am
cox sag ol
4. urks | Mart 16th, 2009 at 7:06 am
acindan olurem bunada baxib vabse zay oldum….
5. denish | Aprel 7th, 2009 at 12:34 am
cox gözəldir,yeni reseptlər gözləyirik sizdən.təşəkkürlər,çoxx sağ olun
6. TUNZALE*93 | Aprel 29th, 2009 at 9:51 pm
FERIDE XANIM GOZEL EL ISLERINIZE GORE COX SAGOLUN.YASINDAN VE CINSINDEN ASLI OLMAYARAQ HER KES SIZI OXUYUR VE BEYENIR.BUNU BILIN.
7. canan | Iyun 7th, 2009 at 5:30 am
mukemmellllller çok sağol
8. FƏRİDƏ | Iyun 9th, 2009 at 9:25 pm
Canan, merhaba. Cok tesekkur ederim. Blogumu begendiyinize cok sevindim.
9. EMNI | Mart 9th, 2010 at 11:15 am
al milllet salam ozum asbazam mene gelen xanimin kefi olacaq he seyi ozum bisirerim 17 yasim var
10. Lale Eliyeva | Aprel 28th, 2010 at 1:29 am
Salam Feride xanim. menim bacim oglunun alergiyasi var, ona terkibinde yumurta olmayan sirniyyatlar yemek lazimdi. Qalmisiq bunun elinde. Usaq da sirniyyat sevendi. cemi 2 resept bilirik. Eger sizde terkibinde yumurta olmayan resept varsa zehmet olmasa yazardiniz. Biz de istifade edek. Onceden tesekkurler.
11. FƏRİDƏ | Aprel 28th, 2010 at 8:01 pm
LALƏ: Gərək reseptlərimə baxım görüm nə tapıram. Belə yadıma gəlmir yumurtasız şirniyyatlar. Amma tapsam mütləq yazaram.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed