
Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran aldığınızda çalışın onu toz halında deyil tellərini alın. Zəfəran telləri uzun müddət saxlandıqdan sonra belə öz təravəti və ətirini itimir. Zəfəran dəmi adətən plovlarda, bəzi ət xörəklərində, şorbalar və şirniyyatlarda istifadə olunur. Zəfəran dəmini aşağıda izah olunduğu kimi hazırlaya bilərsiniz. Nəzərə alın ki, zəfəranın və suyun miqdarı reseptdən reseptə dəyişə bilər, odur ki, reseptinizdə qeyd edilən miqdarı esas tutaraq bu ümumi qaydadan istifadə edin.
1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin.
2. Zəfəran tozunu kiçik kasa və ya stəkana qoyub, üzərinə qaynar su əlavə edin. Kasanı nəlbəki ilə örtün. Qoyun kənarda ən azı 10 dəqiqə ərzində dəmlənsin. Sonra isə hazırladığınız dəmi reseptdə tələb olunduğu kimi istifadə edin.


14 Comments Add your own
1. tatlar | Noyabr 5th, 2008 at 12:18 am
Sitenizi bir arkadaşın blogu vasıtasıyle buldum ve çok sevindim. Azerbaycan mutfağını çok merak eden birisi olarak sitenizden fazlasıyle yararlanacağımı umarım.
Çok güzel çalışmalarınız var, kutlarım. Sitenizin devamlı takipçisi olacağım. Sevgilerimi yolluyorum, hoşça kalınız..
2. naznaz | Fevral 17th, 2009 at 5:22 pm
feride salam.bu gun birinci defedirki,men senin web site-ni tapmisham.butun reseptlerini chox beyendim,ela!!
men ozum de bishirmeyi chox sevirem,chox isterdimki,seninle emaille elaqe saxlayaq.qabaqcadan teshekkur edirem.sagol
3. FƏRİDƏ | Fevral 18th, 2009 at 12:22 pm
NAZNAZ: Xos geldin bloquma. Beyendiyine cox sevindim, hemise gel:) Elbette, menimle elaqe saxlaya bilersen. Email adresim HAQQINDA seyifesindedir. Helelik.
4. Fəridənin Yemək Kitab&hellip | Mart 5th, 2009 at 12:11 pm
[...] Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll [...]
5. Fəridənin Yemək Kitab&hellip | Aprel 21st, 2009 at 2:37 pm
[...] 1 ədəd baş soğan - nazik yarımhalqalar şəklində doğrayın 1/3 teaspoon zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş duz [...]
6. TUNZALE | Aprel 29th, 2009 at 7:46 am
FERIDE XANIM BU RESEPTLERE GORE COX SAGOLUN.INANIN HER BIRISINI EDIREM.VE RAZI QALIRAM.TESEKKURLER
7. esmer | May 3rd, 2009 at 3:21 pm
ela reseptlerdir….. halal olsun !!!!!
8. Saida | Sentyabr 15th, 2009 at 2:57 am
SALAM Feride xanum,
Ilk once bu cure gozel layihe ile Sizi urekden tebrik edirem.
Incimeseniz zeferana dair ulu nenemden qalan bir meslehet yazmaq isterdim. O her zaman zeferani yalniz (!) gulabda isladib, kenarda saxlayardi. Hem rengi, hem etri inanilmaz gozel olur.
ALLAH komeyiniz olsun. Ugurlar
9. FƏRİDƏ | Sentyabr 16th, 2009 at 12:42 pm
SAIDA: Elbette ki, incimirem:) Cox gozel adetdir. Men bele seyleri oyrenmeyi cox xoslayiram. Nenelerimizden gelen meslehetler deyerlidir. Cox sagh olun.
10. elnure | Dekabr 5th, 2009 at 2:17 pm
sag olun feride xanim.cox savab ish görmüsünüz minnetdaram.axtardigim receptleri tapacagima ümid edirem
11. Rufa | Yanvar 26th, 2010 at 7:38 am
Tesadufen bu sayta daxil oldum ve sizin el qabiliyyetinize heyran qaldim
12. SEVINC | Fevral 12th, 2010 at 8:10 am
Cox tesekkur edirem.Reseptlerinizden ve meslehetlerinizden istifade edirem.Ugurlar size!
13. Revane | Fevral 22nd, 2010 at 4:02 am
Salam eride xanim. Mən duzu Bakida hec vaxt zefaran istifade elememishem. Men Hollandiyadan zeferan almisham şit narinci rengdedir. Burdaki shekilde ise bu zeferan benovsheyi renge oxshayir. İndi bilmek isteyirem ki , esil zeferan ne rangde olmalidir?
Cavabiniza gore evvelceden teshekkur edirem
14. FƏRİDƏ | Fevral 22nd, 2010 at 11:51 am
REVANE: esl zeferan qirmizi ve narincinin qarisi kimi olur. Uclari narinci, ustu ise daha cox qirmizi. Ola biler her yerin zeferani eyni deyil.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed