Bu ləziz yemək Türk mətbəxinə aid olan zeytunyağlılar silsiləsindən bir nümunədir. Yemək süfrəyə soyuq halda verilir və ana yemək kimi deyil, daha çox operatif yemək kimi yeyilir. Adətən bunun üçün iri şirin bibərlərdən istifadə edilir, amma mini bibərlərlə hazırlanan dolma mənim daha çoc xoşuma gəlir - yeməyi rahatdır, görünüşü isə maraqlı.

Zeytun Yağlı Şirin Bibər Dolması
Təxminəən 10 pay üçün
Ərzaqlar
1 kilo rəngbərəng xırda bibərlər (qırmızı, sarı və narıncı)
İçi Üçün
2 baş soğan - xırda-xırda doğrayın (2 stəkan)
Yarım stəkan zeytun yağı
Yarım xörək qaşığı tomat
Yarım xörək qaşığı qırmızı bibər məti (tomat kimi olur, amma bibərdən hazırlanır - turkçə Bibər salçası adlanır)
1 stəkan + bir stəkanın dörtdə biri qədər yumru düyü - yuyub süzün
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı narın ovulmuş quru nanə
1 çay qaşığı duz
Digər Ərzaqlar
2 stəkan su
Üstü üçün zeytun yağı (zəruri deyil)
Harırlanma Qaydası
Əvvəlcə içi hazırlayın. Soğanı bir tavada yağsız öldürün. Zeytun yağını əlavə edin. Yağ qızanda (soğan sadəcə yumuşalmalıdır, qızarmalı deyil) tomatı və bibər mətini əlavə edib, qarışdırın. Düyü və şəkəri də buraya əlavə edib, vam odda tez-tez qarışdıra-qarışdıra 10-15 dəqiqə bişirin. Əgər düyünün üstü yumuşaq, içi isə bir az diri qalıbsa, deməli iç hazırdır. Tavanı kənara çəkin. Nanə və duz əlavə edib qarışdırın.
Bibərləri yuyun, papaqlarını elə kəsin ki, bibərdən ayrılmasınlar. Bibərlərin toyumlar çox xırda olduğu üçün, onları çıxartmağa ehtiyac yoxdur. Bibərlərin içini bir az duzlayın.
Bibərləri yarısına qədər içlə doldurun (iç bişdikcə, şişəcək). Qapaqlarını örtüb, dərin tayava bir cərgə olaraq düzün. Üstünə su tökün.
Tavanın qapağını örtüb dolmanı orta odda suyu çəkilib yağı qalana qədər bişirin, təxminən 1 saat. Hazır dolmanın düyüsü tam bişməlidir. Kənara çəkin. İstəyə görə, bibərlərin üstünə bir az zeytun yağı gəzdirin. Bu, dolmaya parlaqlıq verir. Tavanın qapağını örtüb, dolmaların tam soyuması üçün, tavanı kənara qoyun. Bu dolma soyumuş halda süfrəyə verilir.



15 Comments Add your own
1. Pervane | May 18th, 2011 at 12:00 am
salam Feride xanim.sizin sayta abune oldugum ucun shadam.yazdiginiz reseptler menim de cox xoshuma gelir.esas da zebra tortu bizim ailenin de sevimli tortuna cevrilib:).minnetdaram.sizden yeni yeni reseptler gozleyirem.ugurlar.:)
2. Pervane_pervane | May 18th, 2011 at 1:29 am
Salam, Feride xanim! Chox xoshuma geldi, maraqli gorunur. Chalishacam bu yaxinlarda tecrubemden kechirim. Size UGURLAR!!!!
3. gulnar | May 18th, 2011 at 2:31 am
qeseng gorunusu var Feride xanim ellerinize sagliq
4. Lale Eliyeva | May 19th, 2011 at 6:30 am
salam Feride xanim…men Turkiye tv-lerinde onun icine fistiq atildigini da gormusdum…onun barede melumat vere bilersiniz???
5. narinc | May 19th, 2011 at 9:30 am
salam Feride xanim .Necesiniz? Zehmet olmasa snikers tortunun kremleri haqqinda melumat vererdiniz.mende 2 ci krem alinmir sudle hazirlanan Size evvelceden minnetdarliqimi bildirirem
6. Feride | May 20th, 2011 at 10:51 pm
LALE - o bir qeder ferqli icdir. cam fistigi ve kus uzumu deyilen erzaqlar qatilir. men o novden hele ki bisirmemisem. bisirende buraya yazaram.
7. gunayrahimova | May 21st, 2011 at 5:43 am
sizin saytdan chox raziyam,Feride xanim,chox maraqli reseptleriniz var,chox ela kulinar olmasamda istifade edirem,zehmet olmasa bizi tez -tez yeni reseptlerle sevindirin,Feride xanim asan ve qesheng 1 rulet resepti bilirsinizse chox xahish edirem yazin
8. nigar | Iyul 12th, 2011 at 11:51 pm
burda basqa turk yemeyi yoxdur meselen borek eger bilirsinizse reseptini deyin rica edirem
9. nigar | Iyul 12th, 2011 at 11:54 pm
FERIDE xanim avropa metbexinden bir yemek resepti bilirsiniz bilirsinizse mene deyin
10. nurane | Iyul 13th, 2011 at 5:20 am
suppper
11. nurane | Iyul 13th, 2011 at 5:21 am
terevezli bishmeni bu gun hazirrladim hami cox beyendi..cox tewekkurler…
12. sabina | Avqust 25th, 2011 at 6:28 am
salam gøzel Feride hanim. men sizin yemek tariflerini cox beyenirem.ve 1 aydir ki, bu sayti bulmusam.cox sevinirem ki Azerbajcan yemek tarifleri ,saytda var.Hec vakt yorulmayasan.Allah seden hemise razi galsin.
13. sevda | Sentyabr 7th, 2011 at 12:44 am
salam men sizin az cookbook saitine demek olar ki her gun baxiram.cox maraqlidir
14. cem | Sentyabr 7th, 2011 at 12:47 am
cox superrrrrrrrrrrrrrr kizlar
15. cem | Sentyabr 7th, 2011 at 12:58 am
men sevda mene bir sirniyyat yazsaydiniz yaxsi olardi .sevirem sirniyyati cox tesekkurler
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed