kataloq

Zeytunlu Qozlu Qurabiyələr

Bu duzlu qurabiyələri son vaxtlar tez-tez bişirirəm. Düzü, hər bişirdiyimdə o qədər yeyirəm ki, sonra özümü danlayıram ki, niyə yemək görəndə özümü saxlaya bilmirəm:) Neyləyim, qurabiyələrin günahıdır. Çox ləzzətlidirlər. Qurabiyələrin tərkibindəki qoz və zeytun onlara xüsusi dad qatır. Görünüşü isə - iştahaçıcı. Buyurun, hamı mətbəxə!


Zeytunlu Qozlu Qurabiyələr

Fatoş Yağcının ”Çaya Davet” kitabıbdan adaptə edilmişdir

Təxminən 45 ədəd qurabiyə üçün

Xəmir üçün:
3 stəkan yarım un + bir az əlavə (lazım olsa)
Bir çimdik duz
2 çay qaşığı yarım qabartma tozu
1 stəkan duru yağ (tünd iyi olmayan hər hansı bir yağ - zeytun və ya qarğıdalı ola bilər)
125 qram kərə yağı - otaq hərarətində yumuşalmış
2 xörək qaşığı alma və yaxud üzüm sirkəsi
1 stəkan qatıq
1 stəkan xırda doğranmış (amma çox xırda deyil)qoz ləpəsi (şəkildəki kimi)
1 stəkan dənəsi çıxardılmış və halqavari doğranmış qara zeytun

Üstü üçün:
1 ədəd yumurtanın sarısı

Harızlanması:

Sobanı 190Cdək qızdırın. İri listin dibini azacıq yağlayın.

Orta ölçülü qabda un, duz və qabartma tozunu qarışdırın.

İri qabda yağları, sirkə və qatığı qarışdırın. Qoz və zeytunu əlavə edib, yenidən qarışdırın.

Unlu qarışığı da buraya əlavə edib, xəmir yoğurun. Xəmir ələ yapışırsa, bir az da un əlavə edib yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.

Xəmirdən qozdan bir qədər iri parçalar ayırıb, kündələyin.

Topları listə düzün. Üstlərinə yumurta sarısı çəkin. Sobada qızaranadək, təxminən 40 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl soyudun.

Related Posts with Thumbnails

23 Comments Add your own

  • 1. Nezaket  |  Sentyabr 14th, 2011 at 4:31 am

    Salam Feride xanim.Ilk novbede bize bele bir imkan tanidiginiz ucun size sonsuz tesekkurumu bildirirem.Bilmek isterdim ki,zeytunun yerine kismis qoya biliremmi?Zeytun sevmediyim ucun sorusuram.Ellerinize ve ureyinize sagliq.Cox sag olun.

  • 2. ofelya  |  Sentyabr 14th, 2011 at 9:04 am

    Sizin shekilinize baxanda chox yeyene oxshamirsiniz)))…

  • 3. nura  |  Sentyabr 15th, 2011 at 5:09 am

    salam.feride.maraqli reseptdir.mende zeytun sevmirem hec yeye bilmirem. goresen zeytun burda nece dad verirki?yad azeytun evez ede bilecek ne isletmek olar?evvelceden tesekkurrrr)))

  • 4. Könül  |  Sentyabr 15th, 2011 at 8:42 am

    Salam, Fəridə xanım. Çox dadlı peseptlərinizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirəm. Allah bildiklərini paylaşanları sevər. Sizə uğurlar arzulayıram.

  • 5. FƏRİDƏ  |  Sentyabr 15th, 2011 at 5:53 pm

    NURA - Zeytun əla dad verin, qara zeytun olmalıdır amma. Bu reseptdə onun əvəzinə neyləmək olar heç bilmirəm.

  • 6. Sevinc  |  Sentyabr 17th, 2011 at 9:39 am

    Feride xanim,daha gozel bir resept paylasdiginiza gore tesekkur eleyirem,zeytunu cox sevirem,ozde nece,bir sualim var bu resept baresinde,zeytun teze olmalidi yoxsa zeytun tutmasindan istifade elemek lazimdi?

  • 7. ARZU  |  Sentyabr 17th, 2011 at 5:55 pm

    salam feride xanim,her zaman gozel ve deqiq reseptlerinize gore size derinden minettaram.sizden bir xahisim var imkan daxilinde PANCAKEN reseptini bilirsinizse yazmaqinizi xahis ederdim.istesez email adresimede yaza bilersiz!!!!onceden tesekkurler!!!

  • 8. FƏRİDƏ  |  Sentyabr 18th, 2011 at 1:07 am

    SEVINC - Zeytun konservləşmiş (zeytun tutması) olmalıdır. Təzə zeytun yeyilmir.

  • 9. ARZUSH  |  Sentyabr 18th, 2011 at 5:32 am

    Bishirdim ela cixdi, lap shekildeki kimi! Feride xanim sizce bu reseptin shirin varianti nece alinar ?(zeytunsuz)

  • 10. FƏRİDƏ  |  Sentyabr 19th, 2011 at 9:17 pm

    ARZUŞ - Şirin variantı üçün gərək resept başdan ayağa kimi dəyişdirilsın:)

  • 11. arzu  |  Sentyabr 20th, 2011 at 7:48 am

    salam eride xanim.bilmek isteyerdimki PANCAKE resepti olacaq!!!!!

  • 12. FƏRİDƏ  |  Sentyabr 20th, 2011 at 7:54 pm

    ARZU - bir gun olacaq.

  • 13. ARZU  |  Sentyabr 21st, 2011 at 2:25 pm

    salam feride xanim ,cox saq ol ki ,imkan tapib isteyimi cavablandirdiz.TEZLIKLE GOZLEYIRIK!!!

  • 14. AQIDE  |  Sentyabr 24th, 2011 at 1:01 am

    Salam.Resept cox xosuma geldi yoxlayacam bunu.Resepte gore tsk……

  • 15. Arzu  |  Sentyabr 25th, 2011 at 10:23 am

    Salam. Belə bir sayt üçün təşəkkür edirəm. Sizden bir xahişim var. zəhmət olmasa mene tortun üstunü bəzəmək üçün karamelin ev şəraitində hazırlanmasını yazardiz. Təşəkkürlər

  • 16. Gulbahar xanım  |  Oktyabr 1st, 2011 at 8:35 am

    Salam Feride xanim? Necəsiniz? Men özüm də Amerikada NEW-YORKin Brooklin Ocean Avenyu-da yasayiram. Sizin yaşadığınız ünvanı bilmək olar. Sizinlə tanış olmaq istəyirəm.

  • 17. FƏRİDƏ  |  Oktyabr 3rd, 2011 at 7:34 pm

    GÜLBAHAR XANIM - sizə email yazdım, adresiniz düz deyilmiş, geri gəldi. Mən Los Angelesdəyəm.

  • 18. Aysel Eliyeva  |  Oktyabr 4th, 2011 at 2:13 am

    Salam Feride xanim size faceden dostluq gondermishem qebul edinde men sizin reseptlerin vurgunuyammm

  • 19. Tarana  |  Oktyabr 6th, 2011 at 8:03 am

    ellerinize salig

  • 20. gunel  |  Oktyabr 14th, 2011 at 2:56 am

    dadli gorunur

  • 21. Gulnar  |  Oktyabr 18th, 2011 at 1:46 pm

    ele indice bisirdim
    cox xosuma geldi tesekkurler Feride xanim

  • 22. Terane  |  Noyabr 9th, 2011 at 4:32 am

    salam Feride xanim.resept ucun cox sagolun.bu deq yeyirem ve hec xoshuma gelmedi.seker tozu olsa icinde belke yaxshi olar hemde zeytunun yerine kishmisde yaxshi olar

  • 23. lamiye  |  Fevral 5th, 2012 at 6:49 am

    butun reseptler gozeldir.bunun ucun tesekkurler.yeni reseptler gozleyirik.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed