Best in the World!
Dadlı yemək reseptləri bloqu

Zukini Qabağı Salatı

Bu salat Türkiyənin Ege bölgələrinə aiddir. Birinci dəfə rəfiqəm Cananın süfrəsində görüb, dadını çox bəyənmişdim. Ondan sonra tez-tez hazırlamağa başladım. Ləzzətli və yüngüldür. Tərifləmək kimi olmasın, amma dadına baxan reseptini istəyir. Siz istəmədən, mən resepti sizə yazıram. Yaxşı qızam da:) Nuş olsun!

Yumru-yumru doğranmış zukinini listə yayın.

Sobada qızardıb, sarımsaq və qatıq əlavə edin.

Zukini Qabağı Salatı

Təxminən 8 pay üçün

Ərzaqlar:

6-7 ədəd sarı və ya açıq yaşıl qabıqlı zukini qabağı (kabaçok)
2 xörək qaşığı un
2 xörək qaşığı zeytun yağı
Təxminən 2 stəkan qatıq
2 diş sarımsaq – təmizləyib, əzin
Zövqə görə duz

Üstü üçün:
Zeytun yağı və şirin bibər tozu və ya narın quru nanə


Hazırlanma Qaydası:

Sobanı 205°Cdək qızdrın.

Zukinini soymadan yumru-yumru döğrayın. 2 iri listə qoyun. Hər listə 1 xörək qaşığı un, bir az duz, və bir 1 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırın. Zukiniləri listə bir lay şəklində yayın.  Sobada yumuşalanadək, təxminən 20 dəqiqə bişirin, sonra sobanın qızartma (BROİL) düyməsini seçib, zukiniləri üstləri qızaranadək bir neçə dəqiqə bişirin. Sobadan çıxardın.

Zukinilər listdə soyuduqdan sonra, onları bir qaba boşaldın. Əzilsələr, narahat olmayın, belə də olmalıdır, çünki bişmiş zukini yumuşaq olur. Üstünə sarımsaq və qatığı əlavə edib, yavaşca qarışdırın. Soyuducuya qoyun.

Süfrəyə verməzdən əvvəl üstünə bir az zeytun yağı gəzdirib, bibər tozu səpin. Bibər tozunun yerinə, quru nanə də səpmək olar.

Bir cavab yazın

18 Şərh
  1. Cox sag ol Feride resept ucun.Lahmacunu bishirdim ve ela alindi.esl xaricde yashiyanlar ucundur bu sayt.teshekkur edirem

  2. hele merci supunu demirem.Mende hec vaxt alinmirdi, nehayet ki alindi:)))))) Immmmm dadindan doymag olmurdu. teshekkurler coxlu……

  3. Chox lezzetli gorunur mmmmmm…Teshekkurler:))

  4. Salam Feride xanim. sizi cox cox tebrik edirem yeni verlisiniz munasibetile. uca Allah hemise size yar olsun ve sizi qorusun. hemcinin siz muqeddes Ramazan munasibetile de tebrik edirem. Feride xanim men sizin pizza reseptlerinizle tanis olmusam ancaq size sual vermek isteyirem ki, orada xemir prosesi uzundur. xemiri hazirlayib hemin gun bisirmek olarmi? yaxud size eziyyet deyilse basqa pizza reseptleri yerlesdire bilersinizmi? men bu yaxinlarda aile quracam nisanlim pizzani cox xoslayir. ona asan ve lezzetli pizza hazirlamaq isteyirem sizin komeyinizle. cox tesekkur edirem size.

  5. Maraqli reseptdi.mutleq hazirlayacam.Feride xanim,brakkoli keleminden yemek reseptlerine boyuk ehtiyacimiz var.mumkunse nezere alin

  6. GULNARE – hemin gun bisirmek olar. Basqa pizza reseptleri olacaq.

  7. tesekkur edirem Feride xanim cox sag olun

  8. salam Fəridə xanım Zukini nədir. maraqlıdır
    yazın əvvəlcədən təşəkkür edirəm

  9. GÜNAY – Zukini kabaçokdur. Tünd yaşıl və ya açıq yaşıl rəngdə qablğı olur.

  10. HMMM ÇOX GÖZƏL GÖRÜNÜR DADIDA ELƏ OLAR.FƏRİDƏ XANIM YORULMAYASINIZ.

  11. feride xanim,verliw elaydi.tebrik edirem.ugurlarinizin davamli olmasini dileyirem.opurem sizi

  12. zikini nedir?Azerbaycanda adi nedir?var?

  13. İLAHŞKA, zukini- kabaçokun bir növüdür.

  14. kabacokun yerine badimcan isletmek olar?soyuducudan cixarib isitmek lazim deyil?cox sagolun

  15. Salam Feride xanim men size yeni qosuldum xanim mene ingilis bloqunuzdaki Olive Walnut Mini Breads( Zeytun Ceviz Mini ekmekler) bu reseptin azeri versiyasin isteyirem mumkunse cavab yazin.saytdakilarida salamlayiram

  16. Dunen bundan da hazirladim, duzu fikirleshirdimki qonaqlar terefinden en az beyenilen bu olacaq, demek olarki ancaq qabaqdir, hetta elediyim vaxt bu resepti de etdiyime hardasa peshman olmushdum, amma sufrede choox beyenildj, hami reseptini istedi:)) ozum de daddim, ela idi, bele olacagi hech aglima da gelmirdi, elinize, ureyinize sagliq)

Bir cavab yazın