Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ədvalı Bananlı-Qozlu Keks

Əlinizin altında yumuşalmış banan varsa, və onu artıq yeyən yoxdursa, mütləq bu keksi sınaqdan keçirin. Bir qədər nəm və sıx olan bu keksə ədvalar xüsusi dad əlavə edir, içərisinə  yeridilən qozlu-darçınlı iç isə keksi daha da zəngilləşdirir. Çaya da, kofeyə də yaraşır.

Asan hazırlanan keksdir. Heç mikserə gərək də yoxdur.

Ədvalı Bananlı-Qozlu Keks
Lisa Yockelsonun “Baking by Flavor” kitabından adaptə edilmişdir

Bir ədəd ölçüsü 22 cm x 12 sm olan keks (kərpic forması) üçün

Qeyd – burada gördüyünüz 3/4 və buna bənzər rəqəmli ölçülər 3dən 4də qədər demək deyil, dörtdə üç deməkdir. Xahiş edirəm bunu nəzərə alaraq digər rəqəmli ölçüləri də özünüz hesablayasınız. Məsəl üçün 1/2 ikidə bir, yəni yarım deməkdir.

Darçınlı Qozlu İç Üçün:
3/4 stəkan xırda-xırda (amma çox xırda deyil) doğranmış qoz
1 xörək qaşığı açıq rəng qəhvəyi şəkər tozu
3/4 çay qaşığı darçın

Ədvalı Bananlı Keks Qarışığı Üçün:
2 stəkan (300 qram) un
1 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 çay qaşığı darçın
3/4 çay qaşığı yel cevizi tozu (muskatniy orex)
1/4 çay qaşığı zəncəfil tozu
1/8 çay qaşığı mixək tozu
115 qram duzsuz kərə yağı – əridib soyudun
2/3 stəkan +  plus 2 xörək qaşığı şəkər tozu
2 ədəd iri yumurta
1 + 1/2 stəkan əzilmiş yetişmiş banan (püre kimi əzin)
1 + 1/2 çay qaşığı xalis vanil ekstraktı
3/4 stəkan doğranmış qoz ləpəsi

Lazım Olan Mətbəx Ləvazimatı:
22 x 12 x 7 sm-lik kərpic keks forması

Hazırnanma Qaydası:

Sobanı 175C-dək qızdırın. Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Üstünə un səpin. Kənara qoyun.

Darçınlı-qozlu içi hazırlayın: Bunun üçün qoz, qəhvəyi şəkər və darçını bir kasada qarışdırın. Kənara qoyun.

Ədvalı-bananlı keks qarışığını hazırlayın: İri qabda un, qabartma tozu, duz, darçın, yel cevizi, zəncəfil və mixəyi qarışdırın. Ayrı qabda əridilmiş yağı, şəkər tozu, yumurta, əzilmiş banan və vanil ekstraktını qarışdırın (mikser gərəkmir). Bu qarışığı unlu qarışığa əlavə edin. Buraya qozu da əlavə edib, qarışdırın. Hazır kütlədə un lopaları qalmamalıdır.

İndi isə alınan kütlənin yarısından bir az çoxunu hazırladığınız keks formasına yayın. Ortasında təxminən 3 mm dərinlikdə “səngər ” açın. Hazırladığınız darçınlı-qozlu içi buraya yayın. Geri qalan bananlı keks qarışığını için üstünə töküb yayın. Nazik bıçaqla keksi 5-6 dəfə yüngülvari qarışdırın ki, qozlu iç keksə yeridilsin. Diqqət! Bu zaman bıçaq keksin kənarları və dibinə dəyməməlidir!

Keksi 55 dəqiqə ərzində, və yaxud şişənə kimi bişirin. Hazır keksin ortasına kibrit batırıb çıxartdığınızda, kibrit təmiz və üstündə bir neçə nəm qırıntı olaraq çıxmalıdır. Keksi formada 5-6 dəqiqə soyudun, sonra isə tamamilə soyuması üçün formadan çıxardın. Keksin yumuşaq olması və dadların bir-birini daha yaxşı tutması üçün, onu iri mətbəx streçinə bükün və 3 saatlıq kənara qoyun. Dilimləyib süfrəyə verin.

Bir cavab yazın

27 Şərh
  1. Çox sağ olun. Mütləq hazırlamağa çalışacağam.

  2. GORUNUSU GOZEL OLMASADA DADI EMENEM KI COX DADLIDIR ELLERINIZE SAGLIQ……….HAZIRLAYACAM……

  3. ILAHE – Görünüşündə dəqiq olaraq nəyi bəyənmədiniz?:))

  4. Salam Feride xanim. zehmet olmasa mene leconun hazirlanmasi qaydasini terif ederdiniz.tewekkurler

  5. ia piwu no otvetov na svoi voprosi nepolu4au.skajite po4emu na enq poyavliautsia druqie resepti ,a kak perevodiw na az to etix reseptov nemoqu nayti podskajite kak bit?

  6. NIGAR – ya vrode otvetila na vasi voprosi. oni je ne pod etim reseptom. mnogiye resepti yest kak in na angliyskom, tak i na azerbaycanskom yazikax. posledniye ya ne uspela perevesti, poetomu ix poka net. skoro budut.

  7. Dadli reseptlere gore tesekkDrler.Feride xanim eger Schwarzwälder Kirschtorte (Торт «Черный лес» (Шварцвальдский вишневый торт)) bu tortun orijinal resepti varsa onu da sayta qoya bilersiniz.Evvelceden tesekkurler.

  8. gorunus gozel olmasada dadli bir seye benzeyir

  9. Salam men burda yeniyem cox saqolun burdan cox sey oyrendim

  10. Feride xanim daha gozel bir resepte gore cox sagolun,bir sey sorusmali olacam, burda-bakida vanil ekstrakti tapa bilmirem onun evezine vanil tozunun miqdarini deye bilersiz?

  11. SEVINC – Bir cimdik vnil tozu.

  12. Salam Feride Xanim,Necesiz?Men burda Kesmikli Pirogun Reseptini axtariram,amma tapa bilmirem.”2 ay bunnan qabag var idi bishirmishdik,indi yoxdu,mümkünse yazardiz,sagolun ugurlar…

  13. salam feride xanim.oglumun ad gunudu gozel xorek ve salat resepti yazarsiz 1 yawi olur

  14. bagislayin ferida xanim, qab mutleq kerpic formasinda olmalidi?
    evvelceden sagolun

  15. bagislayin Feride xanim, olarki qabi basqa formada olsun?

  16. ALİCE – Bu keks hündür qabda bişşə daha yaxşı olar. Baxır ki sizin formanız necədir.

  17. Salam, çox təşəkkür əla reseptlər üçün! Bir sualım var, keks qabın dibinə yapışmasın deyə nə etmək olar??

  18. GÜNEL – Reseptdə də yazmışam – Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Üstünə un səpin. Kənara qoyun.

  19. Çox gözəl görünüşü var.Lap gəl-gəl deyir.Əllərinizə sağlıq Fəridə xanım.bir dənəsiz!

  20. Vanil ekstrakti citimartda satilir ancaq. Ordan tapa bilersiz, 1 susesi 1 manat.

  21. yel cevizi bizim bildiyimiz qozdan neyle ferqlenir?bilen var?

  22. yel cevizi yeni muskatniy orex, sora yulaf, ve tund seker sizin reseptlerde var bunlari hardan tapa bilerem. Bire rseptlere gore cox sag olun bir necesin etmisem artiq evde her kes beyenib cox sag olun))

  23. UMİDE – Bakıdakı böyük supermarketlərdə var. Məsəl üçün orada olanlar New Word, Citimart kimi yerləri tövsiyyə edirlər.

  24. Beh beh seher seher 1 st cayla 1 kusok bu keksden vur bedene get ishe

  25. Men hazirladim heqiqeten de cox yumshaq ve dadli alindi, baxmayaraq ki, bezi mehsullari istifade etmedim 🙂 Cox sag olun, resept ucun, Feride xanim

Bir cavab yazın