Best in the World!
Dadlı yemək reseptləri bloqu

Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)

Westgold

?fqanõstan Novruz Qurabiy?si

Novruz bayramı uzaq Əfqanıstanda da maraqlı qeyd edilir. Araşdırıb öyrəndim ki, bu bayramda əfqanlar ənənəvi olaraq kulche birinje (düyü qurabiyəsi) adlandırdıqları qurabiyə bişirirlər. Adından məlum olduğu kimi, bu qurabiyələr  buğda unundan deyil, düyü unundan hazırlanır. İçinə püstə və hil də əlavə olunur. Bu qurabiyələr olduqca zərif olur. Aşağıda təqdim etdiyim resept inglis dilində əfqan mətbəxinə aid olan internet səhifəsində gördüyüm resept əsasındadır.  Nuş olsun! Novruz Bayramınız mübarək!

Əfqanıstan Novruz Qurabiyəsi

Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)

22 ədəd qurabiyə üçün

Ərzaqlar:

170 qram Westgold kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)

Hazırlama Qaydası:

?fqanõstan Novruz Qurabiy?si

Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.

?fqanõstan Novruz Qurabiy?si

Düyü unu, püstə və hili də əlavə edib kütləni qarışdırın.

?fqanõstan Novruz Qurabiy?si

Yumuşaq amma ələ yapışmayan xəmir əldə etməlisiniz. Xəmir əlinizə yapışırsa, bir az da düyü unu əlavə edin.

?fqanõstan Novruz Qurabiy?si

Sobanı 175Cdək qızdırın.

Listin dibinə perqament kağızı sərin. Alınan xəmirdən xörək qaşığı qədər almaqla, əlinizdə yumrulayıb listə düzün. Ovcunuzla üstlərinə basıb bir az yastıladın (çox yastı olmamaq şərtilə).

?fqanõstan Novruz Qurabiy?si

Qurabiyələrin səthinə çəngəllə naxış vurub, ortasına püstə qoyun.

?fqanõstan Novruz Qurabiy?si

Sobanın orta gözündə 13 dəqiqə və yaxud qurabiyələrin altı lap az qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır.

?fqanõstan Novruz Qurabiy?si

Westgold

Bir cavab yazın

7 Şərh
  1. Salam Feride xanim.sizin haqqinizdan nece cixaciq.))ferqli dadli bir wey isteyirdim ki bisirem.fikirlewdim Feride xanim yeni bir resept qoyarmi yenede sevindirdiz bizi.Feride xanim sizden bir wey xahis edim basdirmanin resepini xahis etsem qoya bilersiz.xalam qizi hamilədir ureyi basdirma isteyir.tapa bilmirik((bilirsiz hansini diyirem kalbasa kimi dogranilir e berk olur.mumkunse resepti yazmaginizi xahis edire .

    • Tam olarak hansı reseptdir başa düşmədim, bağışlayın.

  2. Ellerinize sagliq -qesengde gorunusu var!

  3. Feride xanim basdirma gedir adi .ama burda toyuq basdirmasindan et basdirmasindan sohbet getmir.qelyanaltidir.

  4. Pis oldum.

  5. Duyu unu hazir satilir yoxsa nece duzeldiir eger duzletmek olursa mumkunse deyerdiz nece ?

Bir cavab yazın