Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ətli Blinçik

Qızımın ən çox sevdiyi qəlyanaltılardan biri blinçikdir. Hərdən blinçiklərin içini ya ətlə ya da şirin kəsmiklə doldururam. Çox ləzzətli olur. Bu gün sizə ətlə doldurulmuş blinçikin reseptini yazıram.

ƏTLİ  BLİNÇİK

16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün

Ərzaqlar

Blinçik Üçün:

2 yumurta
1 xörək qaşığı şəkər tozu
bir çimdik duz
2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
1  1/5 stəkan un
2 xörək qaşığı duru yağ

İçi Üçün:
500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
duz
istiot
qızartmaq üçün duru yağ

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Mən ət-soğan  qızardıqdan sonra onu ət çəkən maşından keçirirəm ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).

İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün (mən blinçikləri kiçik edirəm, ona görə də az xəmir tökürəm). Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi,  o  biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri  bir-bir bişirib bir qabda üst-üstə yığın.

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün (şəkildə gördüyünüz kimi)

İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin. Nuş Olsun!

Bir cavab yazın

198 Şərh
  1. şükür acıldı.Bilmirəm niyə amma blinçikin resept hissəsi açılmırdı.mütləq bu resepti istifadə edəcəm.Çox sağ olun Fəridə xanım.

  2. Fəridə xanım,ümumiyyətlə blinçikin xəmirinə şəkər tozu vurmasam olar?

  3. AYNUR: Seker qatmasan da olar. Bir az sirinteher olmasi ucun seker qatilir, amma istemeyen qatmaya da biler.

  4. çox sağ olun diqqətiniz üçün.Allah razı olsun!

  5. SALAM.FERIDE XANIM.NECESINIZ.KOMPUTERIM FARMAT OLUNDUGUNDAN,HEMDE BILMIREM NEDENSE XARAB OLMUSDU DEYE SIZE SERH YAZA BILMIRDIM.BU GUNDEN YAZACAM.

  6. cox sagolun Feride xanim menim de en sevimli qelyanaltimdir.

  7. salam feride xanim necesiniz?bilincik cox dadliya oxsayir.inaniram menimde qizim bunu sever derhal pisireceyem.

  8. blincikä ag ciyär icliyi dä goymag olar Färidä xanim.Män hämishä ag ciyärlä ediräm blinciki cox dadli olur.

  9. Salam Feride xanim!inanirsiz ureyimden ne yemek kecirse,acib bu bloqda tapiram,blincikden otru ureyim gedir coooox sevirem mama evde blincik bishiren gunu bayram edirem,indi ise ozum bishirmek isteyirem,ne qeder de olmasa boyumushuk axi…opurem sizi,ugurlar!

  10. TUNZALE: Agh ciyer hec aghlima gelmemisdi. Maraqli versiyadir. Mutleq bir gun “prob” ederem. Cox sagh olun.

    GUNAY20: Blinchik bisirmek olduqca asandir, bu reseptden istifade edin, goreceksiniz.

    • biz qara ciyerle edirik cox dadli olur qaynadib et ceken masindan kecirib icine yag sogani ayrica tavada edib qatiriq cox dadli olur

  11. he eledirki var cetin deyilmish, sizin gosterdiyiniz qayda ile bishirdim ve cox beyenildi.

  12. Salam Farida xanim.man sizin saytla yeni tanis oldum,cox gozaldir.turklar demiskan “allariniza sagliq” 🙂
    manda blinçiki hardasa bela hazirlayiram,ici belada gozal olur,ama man icini basqa usulnan ediram,onda daha gozal alinir.Istasaniz yoxlayarsiniz.hamin ic bela hazirlanir;
    Yarim kq. az piyli qoyun ati suda soyutma bisirilir.Sonra həmin bu ət ət masinindan kecirilir.Daha sonra isə iki ədəd ortaboy bas sogan xirda dogranilir va tavada yagda qizardilir.Soganlar qizaran kimi uzarina at masinindan kecirilmis at əlavə edilir,duz vurulur va qarisdirilaraq qovrulur.Sonra qazdan dusurulur,uzərinə istiot,xirda dogranmis suyud əlavə edilir va qarisdirilir.soyuduqdan sonra ic blinçiklərə doldurulur va qizardilir.
    bunu prob edin,əminəmki,çox xosunuz galacak.Allah amaninda.

  13. MALAK: Cox sagh olun serhinize gore. Reseptiniz de cox maraqlidir. Men de herden suda qaynaridam eti, sonra qizardiram, amma qoyun etini deyil, mal etini. Qoyun eti lap lezzetli olar. Cox sagh olun. Mutleq “prob” edecem.

  14. chox sag olun bu resepti kimden sorushurdumsa hami birteher orta olchulu cavab verirdi deye men de hech vaxt bishirmirdimşamma bu resepti tapdim sizden chox sag olun.mutleq prob edecem.teshekkurler

  15. SALAM FERIDE XANIM RESEPTE GORE SIZE COX TESEKKUR EDIREM SIZ BU RESEPTI VERMEKLE COX BOYUK YAXSILIQ ELEDINIZ MENE YENIKI MENI QARDASIMIN DILINDEN QURTARDINIZ SIZE COX TESEKKUR EDIREM SAGOLUN.

  16. feride xanim thanks for everythink

  17. Farida xanim,sizdan bir sey sorusmaq istyriam,ama bilmiram hara yazim,ona gorada bura yazacam.Baliq filsi qizartmasinin yaninda sizca na vermak olar sufraya,mana sabahadek tacili cavab lazimdir,agar mumkunsa.

  18. birdaki kasmik,yani tvoroqla dolduranda blinciki tvoroqlu ici neca hazirlayirsiz?

  19. MALAK: Bagisla gec yaziram cavabini. Baliq qizartmasinin yaninda kartof puresi yaxsi olar. Tvoroqlu blinchike tvoroq + zovge gore seker tozu.

  20. Farida xanim salam. Man sizin saytla yeni tanis oldum, cox gozaldir. Resepleri gozel achiqlamasi ile teqdim etmisiniz. Ruslarin “Qotovim doma” sayti yaxshi idi. Ancaq Azerbaycan dilinde bele saytin olmasi uchun Size teshekkur edirem.

  21. Salam Feride xanim,

    Bu hisseni basha duhmedim:
    1 1/5 stəkan un , yeni 1 stakan + 1/5 stakan un?
    yoxsa yalniz 1/5?

    Onceden teshekkur edirem,

    Nargiz

  22. NARGIZ: yani ki, 1 stakan + 1/5 stakan un. yalniz 1/5 stekan deyil.

  23. Salam Feride xanim necesiniz? men etli bilinciki hazirladim cox dadli alindi.Size boyuk tessekurumu bildirirem..

  24. cox saq olun ki reseptleri hazirlayib bizimle bolusursuz.size ugurlar!

  25. CINARA: Nush olsun:)

  26. Salam siz gobelekli blincik terifi bilmirsiz?

  27. Salam. Ətli blinçik çooooooooox dadlı alındı.Feride xanım yazılarımdan bezməmisiniz ki ? Sag olun.

  28. Salam Fridə xanım mən bilinçik bişirə bilirəm amma onu bükmək mənim üçün həmişə əziyyətli olub sizin üsulunuz çox asandır çox sağolun.

  29. Salam Feride xanim, cox sag olun bu sayta gore. Bir fakti nezrrinize chatdirmag istiyerdim. Coxlari ele bilir blinchik sirf rus yemeyidir. Eslinde Seki-Zagatala zonasinda bu yimeyi sac uctunde bishirirler. Adina da ” MAXARA” deyirler. Reseptler bir az ferglense de eyni yemekdir. Maxara cigara kimi nazik olur.

  30. INCI: Cox sag ol. Beli, tamamile dogru soyleyirsen. Men Shekide maxara yememisem, amma Zagatala-Balakende ne qeder istesen. Dayimin yoldasi Balakende en yaxsi maxara bisirenlerdendir:) Sac ustunde bisen maxaraya tava ustunde bisen blinchik catmaz elbette ki.

  31. Maxaranin goruntusu de blincikden ferqli ve istahacici olur. Gunes kimi shualari olur:)

  32. Salam Fəridə xanim.Mən sizin səhifənizi cox bəyəndim.Fəridəxanim siz mənə qoz şirniyyatinin reseptini yaza bilərsiniz?Qabaqcadan təşəkkür edirəm.

  33. Bir daha salamlar Fəridə xanım.Mən zebra tortunu eynən sizin yazdığınız kimi bişirdim ammaəslinə qalsa heç də zebraya oxşamadı.Yəni şəkildəki kimi alınmadı.

  34. REFIQE: Ola bilsin ki, xemirler cox sulu idi. BIlmirem niye alinmadi sizde.

  35. Fəridə xanım təşəkkür edirik.Fəridə xanım biz sizdən qoz reseptini istəmişdik.
    .Yəqin ki,bundan əvvəlki Email’imizi oxumamısınız.
    Hə birdəki xəmirlər elə də çox sulu olmamışdı.Normal keks xəmiri kimi olmuşdu.Eybi yox bir də bişirərik.Sizdən yeni-yeni reseptlər gözləyirik.Sağ olun.

  36. REFIQE: qoz formam olmadigina gore, qoz sirniyyatini bisire bilmirem. onun ucun xususi qoz formasi lazimdir cunki, elbette, o sirniyiyati nezerde tutursanizsa.

  37. Fəridə,bir detalı nəzərə çatdırım.
    Xanım qoz şirniyyatı dedikdə nəyi nəzərdə tuturdu, onu dəqiq qeyd etsin. Qoz formalı,içinə karamel yaxud ağ krem doldurulan,yoxsa şəkərlə qozun qarışığından olan çox şirin,kökə formalı şirnini?
    Bunlar tam fərqli şirniyyatdır.İkincisinin tərkibində şərbət olur diyəsən,çünki həddindən artıq şirin və tutumlu şirniyyatdır.

  38. Fəridə,bu reseptdə blinçikin xəmirinə süd əvəzinə təkcə su vurmaq olar yoxsa süd mütləqdir?
    Bir də,bəzi reseplərdə soda da olur.Bilmək istərdim bu nə üçündür, sodanın nə əhəmiyyəti ola bilər?

    Maç-maç 🙂

  39. GULƏR BİZ QOZ ŞİRNİYYATI DEDİKDE QOZ FORMASINDA İCİNE QAYNADILMIŞ ŞİRİN SÜD QOYULAN QOZ ŞİRNİYYATINI NƏZƏRDƏ TUTMUŞUQ.BUNUN ÜÇÜN XÜSUSİ QABLAR LAZIMDIR.

  40. Guler ve Refiqe xanimlar: mesele deyesen aydinlasdi, cavabima ehtiyyac yoxdur. beli, o ici qatilasmis sudlu kremle doldurulan qozlar nezerte tutulur. coxdandir yememisem onlardan.

    GULER: Yarisi sud, yarisi su elave etmek olar. Yalniz su olsa dadi yaxsi olmaz.

  41. Feride xanim, butun reseptlerinize gore tesekur edirem. Duzu men xoreklerden cox salatlari hem sevirem,hemde salatlara cox ustunluk verirem. Menim bilmediklerimden,sizin yazdiginiz salatlarin ekseriyyetini yeni il bayraminda hazirlamisdim. Cox dadli idi,herkesin cox xosuna geldi. Yeni salat reseptlerini mumkun olsa menim Email adresime gonderersiniz. Onceden tesekkurler!

  42. Salam Feride xanim, reseptleriniz cox xosuma geldi:)
    size teshekkurumu bildirirem

  43. En cox sevdiyim yemeklerdendi. Amma hec vaxt ozum hazirlamamisam. Sizin reseptinizden sonra yaman hevese geldim. Baxaq gorek nece alinacaq. Tesekkurler size.

  44. Salam Feride xanim . Blinciki eledim cox super cixdi. Bir az icinin duzu az idi)))) o da menim gunahimdi. Sizden Vineqredin reseptini sorushmaq isteyirem. BIr de ki siz Napaleon tortunu adi xemirden yazmisiz. Belke onun qat qat xemirle olanin reseptini bilesiniz? Eshitdiyime gore o daha lezzetli olur. Indiden s tesekkerumu bildirirem))

  45. salam.bilincikin reseptini anama verdim,ve hazirladi,cox gozel alindi,evde hami beyendi. cooooooooox sag ol Feride xanim,anamda oz tesekkurunu size bildirir

  46. salam FERIDE XANIM. blinciki anam hazirladi. COX xosuma geldi. TESEKKUR EDIREM!

  47. Salam Feride xanim! Pashteti çox sevirem,lakin mene çox çetin gelirdi onu hazirlamaq.Siz onu ele sade etrafli yazmisiniz ki men artiq çekinmeden onu tez-tez hazirlamaqa qerar verdim.Teshekkur edirem Feride xanim.,ellerinizden opurem.

  48. man bahreynda yashayan azari turkuyam yemaklarinizi cox bayandim

  49. FARIDA xanim tiramisonun bir neca novu var manda. maskarpone pendiri ila bashga shanti krem ila va s sizin yazdiginiz usulu bilmirdim tacrubadan keciracam.cox sevinardim gush sudu tortunun tarifini yazsaz.anamin oyratdiyi 4 leposhka acib arasina krem cakilan novu var amma man moskvada rusiyada dukanlarda satilan asil gush sudu tortunun reseptini axtariram.yazsaydiz cox xoshbaxt olardim.sizi opuram bahreyndan azarbaycana salamlar

  50. salam menim sizden bir xaisim var zehmet olmazsa deyerdiniz sudun yerine su elave etmek olar? yeni iki stekanida su sudun evezine xaish edirem cavab yazin.

  51. MEHRIBAN: Yarisi su, yarisi sud ede bilersiniz. Tekce su olsa alinmaz. Dadi da pis olar.

  52. makaron salati:
    makaron qaynadilir.
    boyuk qaba qoyulur.
    uzerine mayonez surtulur ve qarisdirilir..
    ele lezzetli olur ki……………
    mutleq deneyin!!!!!!!!!!!!

  53. “cay salati”
    terkibi:
    xiyar darcin
    pomidor smetan
    sogan mayonez
    biber quru(yas) cay
    yumurta kok ; zeferan ; murebbe su ;SUD ;CEREZ
    keklikotu lubulub her sey qarisir.
    goyerti denemek tehlikelidir. makaron DIKKAT!!!!!!!!!!!

  54. FİDAN SALATI
    4 ədəd kök.2yumurta.toyuq filesi.qoz.xiyar.smetan.moyonez.
    HAZIRLANMASI
    kökü yumurtanı və toyuq filesini qaynadırıq.Sonra bunları dayaz qaba tyorkadan keçiririk.Bunların arasına moyenez və ya smetan çəkirik.Duz istiotunu bunların üzərinə tökürük.Sonra xiyarı tyorkadan keçiririk və üzərinə qoz qoyuruq

  55. Lalə xanım makoron salatının üzərinə ketçap töksək necə olar.

  56. Salam FERIDE xanim necesiniz.Men gulnaram sizin saytinizi cox beyendim.Bir xahisim var,menim ucun sayta yay salatlarini reseptlerini yazasiniz.Zehmet olmasa.Cunki 3 gun sonra qizimin ad gunudur o xahis edib.Her seye gore tesekkurler FERIDE xanim!!!

  57. sakarya

  58. Salam, Fəridə xanım nəsiniz? Blinçik superdi.Vaxtım olsa hər həftə bişirib yeyərəm.Hələlik.

  59. Salam menim de xoshuma geldi super idi nene alladinin resepti lazimdir amma duzgun olsun

  60. Men yemekler hakkinda deyil cunki yemeklere soz ola bilmez izahi da cox asan yolla verilib, ama sizin sayt hakkinda demek isteyirem ki her bu sayta geldiyimde Bakiya getmish kimi oluram. hem hesretimi goturur hem de hasret getirir. Ama yene de sag olun. Ne yaxshi ki varsiniz…..

  61. salam ! feride xanım sizin gönderdiyiniz reseptlere baxdım cox gözeldi hetdda ballı bulkanı bele hazırladım qızımın ve anamın cox xoşuna geldi size sağol deyirem alnınızdan öprem esl azerbaycan xanımısınız .sizden salyonu xemirin reseptini isterdim eger mümükünse.

  62. Salam Feride xanim, sizi qarsidan gelen yeni il munasibetile tebrik edir, fealiyyetinizde ugurlar arzulayiram. Sizdn xhisim bilinciki ressepti ve hazirlanma qaydasi olacaq. Eyer zehmet deyilse mene yazardiniz. Indeden tesekkurler edirem.

  63. AYTAC: Cox sag olun. Men de sizi tebrike direm. Blincik resepti saytda var – etli blincike baxin.

  64. AYTAC: Daha dogrusu burada var resepti, yuxarida. Siz axi serhi ele bu reseptin alinda yazmisiniz:)

  65. Salam ela reseptleriniz var. Yeni aile quran cavan xanimlara bunlari bilmek cox vacibdir.

  66. oyyy ayallla ölüremmmm eee bununçn

  67. salam.men icerisinde qaynadilmiw sirin sud olan qozun reseptini oyrenmek isteyirem,eger bilen varsa deqiq yazsinda)please)amma deqiq olsun..

  68. salam Feride xanim. blincikin xemirine soda lazim deyil?

  69. GUNLARE: Xeyir, soda lazim deyil.

  70. oldu. cox sag olun))))

  71. Feride xanim! Men “Mujskoy ideal tort”unu cox sevirem. onun reseptini elde etmeye mene komek ede bilersiiz? cox xais edirem.

  72. coxdandir hazirlanma qaydasini axtarirdim…tewekkurler))

  73. salam farida xanim. olmazki stakanla deyil gramla deyasiniz unun gadarini?cox sag olun

  74. XALIDA – bir stekan un = 150 qram.

  75. tvaroqnan hazirlanan blincik de cox dadli olur.esas da pehriz saxlayanlar ucun cox xeyirlidi

  76. seker tozu blincikde yaxsi alinmir cunki,etle seker tozu uygun deyil.iyrenc olur

  77. Feride xanim mende bele biwirirem. eziyyete gore cooox tewekkur.

  78. salam feride xanim men blincikleri hazirladim.amma nedense qizaranda acilirdi.onlarin bukulen hissesini birinci tavaya qoysamda acilir.dedim belke icini cox yigiram azaltdim yene acildi.bilmirem ne edim?

  79. MEHRIBAN – Blinçikləri çox bişirməyin içini doldurmadan əvvəl. Onda çox açılmaz.

  80. cox sagolun Feride xanim bu defede ele prob ederem.birde mən kələkoş-u bişirdim .orda şerhler bolmesi olmadığı üçün sizə burda nəticəni yazmaq istədim.nəticə super mənim və ailəmin xoşuna gəldi.hazirlayib bizə təqdim edən əlləriniz var olsun.
    Sizdən bir xahişim var. mümkünsə türklərin kuru fasuliyye receptini bizlərə şəkilli təqdim edərdinizdə.

  81. farida xanim salam blinciklari eladim cox gozal cixdi.manda hamisa problrmlar uza cixirdi blincika gora.allariniz var olsun

  82. Salam,Feride xanim,saytiniz chox xoshuma geldi,blinchik resepti de lap yerine dushdu,menim evvel bishirdiyim blinchikler bukende qirilirdi,bilmirem yeqin neyise az,ya da chox edirdim.Sizin resepti sabah mutleq prob edecem,eminem ki yaxshi chixar,sabah gunorta novbedeyem yeqin ki ac qalmayacam:-)))Teshekkurler!

  83. Blinchiklerim ela chixdi:-))Amma eti soganla qovurduqdan sonra yeniden et mashinindan kechirmek daha yaxshi olardi,onda daha zerif alinar,siz bunu qeyd etmishdiz:-)

  84. salam,Feride xanim badamburanin reseptini yazsaniz cox wad olardim,indide tewekkur

  85. men bawa duwmedim 1 1/5 un ne demekdi feride xanim cvb yazin

  86. SEVA – Bir stəkan və bir stəkanın beşdə biri qədər un deməkdir.

  87. Uzr isteyirem, Feride xanim, sogan etle birge chekilir ya xirda dogranir?

  88. PƏRVANƏ – Soğan xırda doğranıb ətlə bərabər qızardılır. istəsəniz, sonra bu qarışığı ət maşınından keçirin.

  89. Feride xanim, menim blinchiklerimin qiraqlari quruyur. sizce neden olar? bir de shekildeki kimi olmur, bir az yanan fason olur. bbutun suallarimi cavablandirmaginizi xahish edirem. eziyyet verdiyim uchun bagishlayin

  90. Salam Feride,

    Ishin avand olsun.
    Sene 1 sualim var movzu ile baghli.
    Blinchikin alinmamainda soyuducudan derhal chixarilib istifade edilmish sudun ehemiyyeti ne qederdir?

    Onceden teshekkurler

  91. VƏFA -problem olmaz.

  92. feride xanim size ne qeder tewekkur etsem azdir inanin men her biwirende yapiwirdi amma sizin recepte nece yazilib ele eledim cox gozel cixdi yaxwiki sizin bu sait var allah hemiwe var etsin.oxucu sayiniz bitmez tukenmez olsun.opurem sizi

  93. FERiDE xanim men qizimin ad gununde blincikin ici dagilmasin deye 2 eded orta boy kartof qaynatdim mohkem ezib ice qatdim.dagilmadi lezzetli oldu.bezen xanimlar bilmeden blincikin icini duzlu etse yumru duyunu yaxsica bisirib ice qatsinlar.tesekkurler

  94. Aq ciyerden hazirlanan bilincikde super olur

  95. cox sagolun.reseptdeki olculeri deqiq verdiyiniz ucun.ilk isim bunu hazirlamaq olacaq.bir daha tesekkurler….

  96. MENIM QIZIMINDA EN COOX SEVDIYI QELYANALTIDI, HAZIRLADIM COXXXX GOZEL ALINDI TEWEKKURLER SIZLERE….MEN YARIM ST WEKER ELAVE ETDIM COX GOEL OLDU UWAGLARIM SADECE BLINCIKLERI YEDILER)))))

  97. cox sag olun

  98. Ellerinize sagliq:)

  99. cox tesekkur edirem

  100. bende blincik oldu cox sag olun

  101. Tewekkur edirem size Feride xanim…Minnetdaram…ELLERINIZE SAGLIQ INSALLAH…

  102. Ezizlerim haminiza salamlar.reseptler chox xosuma geldi.aranizda eklerin deqiq reseptini bilen varsa yazin.chox saq olun

  103. Salam Pervane xanım.Mənim bildiyim Ekler pirojnasının resepti belədir.bəyənsəniz hazırlayarsınız.En azından kömək etmək istədim.Sag olun.

    Ekler pirojnası

    Tərkibi:

    1 st.un
    120 qr kərə yağlı marqarin
    4 yumurta
    1 st.su
    duz
    şokolad sosu

    Hazırlanması:

    Bir qaba su,marqarin və duz qoyulub qaynadılır.
    Sonra qazın altını daha zəif edərək un əlavə edilir və durmadan qarışdırılır.Tam qarışdıqdan sonra ocağın üstündən götürülür.
    Xəmirin 5 dəqiqə soyuması lazımdır ki,yumurtalar içində çırpılarkən bişməsin.
    Sonra yumurtalar əlavə edilərək qarışdırılır.
    Xəmirdən mətbəx şpritsinə doldurularaq yağlanmış duxovka listinə düzülür.
    Bu xəmirdən hazırlanmış eklerler əvvəlcə 200 dərəcədə 10 dəqiqə,sonra 180 dərəcədə yenə 10 dəqiqə bişirilir.
    Sonra eklerlerin üzəri,ya da içərisi zövqə görə şokalad sosu ilə bəzədilir.
    NUŞ OLSUN PƏRVANƏ XANIM…

  104. Ezizim kemale xanim,chox tesekkur edirem.mutleq bisirecem.yene de minnetdaram.

  105. oooy elleriniz dert gormesin Azerbaycanli olaraq bele sayt gormeyime cox sadam fexr edirem facebook da hamiya gondermisem her kes destek olsun size siz laziminiz cunki bize var olun

  106. SALAM FERIDE XANIM.MENDE SIZI COX COX DADLI BIR PIROQ RESEPTI YAZIRAM,UMUD EDIREM BEYENERSINIZ. 1 ST SMETAN+250 QR KERE YAGI+2 ST PESOK+4 ST UN+QABARTMA TOZU+VANIL+QOZ(ISTEYE GORE QOZUN YERINE KISMISDE QOYMAG OLAR).BU RESEPT IRI LIST UCUNDUR,EGER LISTINIZ BALACADIRSA BUNUB YARISINI ELEYIN

  107. Salam xanımlar.Bir şey deyil Pərvanə xanım.Bəyəndiyinizə sevindim.Nuş olsun!!!

  108. Salam Fəridə xanım. Sualım var sizə: Blinçiklərin özünü bişirərkən hər dəfəsində tavaya yağ tökülməlidi, yoxsa birincidə tökürük vəssalam.

  109. NÜBAR, blinçiklərin xəmirini bişirərkən birinci dəfə üçün tavaya azca yağ çəkilməlidir,sonra isə ehtiyac olmayacaq. Teflon tavalara onsuz da xəmir yapışmır. Əgər ehtiyac olsa daha sonra yenə az miqdarda yağ çəkmək olar ki xəmir yanmasın. Duru yağdan istifadə etmək olar. Hətta bəzən evdar xanımlar yağı kəsilmiş kartof dilimi ilə yüngülcə tavaya yayırlar.

    Hazır blinçiklərin içi doldurulduqdan sonra tavaya yağ töküb qızarda bilərsiniz. Əgər yağlı olmasını istəmirsizsə qızartmağa ehtiyac yoxdur.

  110. cok tatli alindi.tesekkur ederim!

  111. Salam, Fəridə xanım. Bu reseptlər üçün sizə nə qədər təşəkkür etsəm azdır. 1 həftə olar ki səhifənizlə tanışam. Paxlava blinçik və Ordubad üsulu maş şorbası bişirmişəm. Hamısı da çox ləzzətli alınıb. Böyük iştahla yemişik. Allah canınınızı sağ eləsin. Sizdən çox razıyıq

  112. feride xanim men 2pors blincik etmisem ama artiq gecdi blincik xemrini sabaha saxlamaq olar?mene tez cavab vere bilersiz?xahis edirem

  113. AysELNUR EA – Bəli olar. Bir gün olar.

  114. cox sag olun:)

  115. salam feride xanim men blincik bisirdim haminin xosuna geldi tesekkur edirem

  116. indi blincik biwirecem.dedim burdaki resepte de baxim.deqiq ilsun.Allah Feride xanimdan razi olsun.

  117. Axirki alindi i coohx dadli cixdi Malacsi mene:) Twwwkkkrr sizede)

  118. xosuma geldi .anama dedim yeqin pisireceyik.

  119. Blinçik ən çox sevdiyim yeməkdir. Bişirməyi də burdan öyrənmişəm . Çox yaxşı alındı. Mən yağda qızartmadım, çünki ət onsuz da yağlı olur. Təşəkkür

  120. cox xoslayiram ve buradan oyrendim tesekkurler

  121. Cox sagolun Pervane xanim resept ucun.bu gun bu resepti etmek isteyirem inwAllah yaxwi olar.sizden xahiwim bildiyiniz bele hem asan hem de gozel reseptleri bizden esirgemeyin.TEWEKKURLER…

  122. Hele indi hazirlayiriq.Insallah dadli alinar. Tesekkurler…

  123. Eziz Feride xanim sizin reseptleri chox beyenir ve tez tez bishirirem ve size dua edirem.Heyat yoldashimin en chox sevdiyi ise lahmacundur en azi heftede 2 defe bishirirem.Size bir meslehet vermek isterdim(eger qebul etseniz ) sizin blinchikin resepti ele menim bishirdiyim reseptdir,amma bir ferq var men onun etine xirda dogranmish shuyud ve suda bishmish yumurtani xirda dograyib elave edirem.Inanin sade qiymadan yuz defe artiq lezzetli olur.Size de meslehet gorurem.
    Yene de size oz ve yoldashim adindan derin minnetdarligimizi bildirirem.Ottavadan hormetle Vusale.

  124. salam Ferdiə xanım, bu gün işdən gedende ilk işim bunu bişirmek olacaq

  125. Salam. Haminizin orujlug bayraminizi tebrik edirem. zehmet olmasa halvanin reseptini de yazardiz. Evveljeden teshekkur edirem.

  126. Salam Fəridə xanım. Mən bildiyim reseptdə 1 xörək qaşığı sirkə də var. Bunu əlavə edib-etməməyimin fərqi olar?

  127. Etsiz hecnesiz de daddi olur

  128. PƏRVANƏ – sirkəli blinçik haqda birinci dəfədir ki, eşidirəm.

  129. biz ici bashqa cur edirik cox dqadli olur. deyim prob eliyersuz. mal etini, 2 yumurta bunlarin ikisini de qaynadir, 1 bash sogani ise yag-sogan eliyib hamisini bir yerde (3nu de) et mashinindan cekirsiz. sonra zovqe gore duz, istiot. qatishdirib xemirin icine qoyub bukursuz/

  130. cox eladir

  131. cox eladir istifade ederem

  132. Salam.mene icine qaynadılmış şirin süd qoyulan qoz şirniyyatının resepti lazımdı.zehmet olmasa mene deyerdizde

  133. salam feride xanim.blinciki cox sevirem.burda gorende de cox sevindim.sizin sayenizde coxlu yemekler oyrendim.size cix minnetdaram.sizden cox xahis eleyirem yeni reseptler qoyub bizi sevindirin.5ildi uje aileliyem.ama sizin sayenizde teze teze yemekler oyrenirem.usaglarmi yoldasmi sevindirirem.sagolun

  134. Salam Fəridə xanım.
    Blinciklərinizdən bişirdim ,cox dadlı alındı.
    Əllərinizə sağlıq !!!
    Hec iclikdən istifadə də etmədən cox dadlı olur,xama və ya cemlə də yemək cox ləzzət verir.
    Sağ olun!

  135. Hmm dadli olur

  136. cox sagolun

  137. Salam,Feride xanim!Yazmisiniz ki,blincik az kalorili olsun deye yagda qizartmasaniz da olar.Bes onda quru olmaz?Hem de ciy?

  138. GÜLƏR – blinçik bişdikdən sonra içinə içlik qoyursunuz. Ondan sonra doldurulmuş halını qızartmaq da olar, qızartmmaq da. Mə adətən qızartmıram.

  139. salam Fəridə xanım .əgər blinçiki 70 dənəsin hazırlamaq istiyirikse onda içinə ərzaqlar nə qədər əlavə edirik indidən sağ olun

  140. Güllü, yuxarıdakı reseptə görə özünüz içlik üçün lazım olan ərzaqların miqdarını təyin edə bilərsiz. Blinçikin ölçüsünü də nəzərə alın.

  141. Blinciki chox sevirem, bir gun imkan olsa hazirlayacam.

  142. SALAM FERIDE XANIM. MEN BLINCIKIN XEMIRINE WEKER TOZU QATMIRAM, YENE DE YAXWI ALINIR. AILEMIZDE HER KES XUSUSILE QARDAWIM BLINCIKI COX SEVIR. ELLERINIZE SAGLIQ. COX SAG OLUN.

  143. Salam Feride xanım.Mene lavaş ile bilinçikin hazırlanma qaydası lazımdır!-Qabaqcadan sizə təşəkkür edirem

  144. salam Feride xanim men bilinciki eliyirem ancaq o tavaya yapisir ve qopmur buna sebeb nedi?

  145. Cox sagolun Feride xanim.heqiqeten cox dadli alindi )))

  146. SƏFA, blinçiki bişirdiyinizi tavanın yapışmayan – teflon yaxud keramik olması məsləhətdir. Digər tavalarda yapışa bilər. Bişirərkən azca da olsa tavanın dibinə yağ sürtmək lazımdır. Tava həddən artıq isti yaxud soyuq olmamalıdır. Bunlar da blinçikin tavaya yapışmasına səbəb olur.

  147. feride xanim size cox tesekkur edirem sizin zebra,soci paxlavasin bisirdim cox lezettli alindi.ele insanlar var ki,cox vaxt nese qatirlar dimirler ama sizin reseptler duzdu.

  148. Twk cok guzel gozukuyo

  149. salam Feride xanim.men blincikI bir defe yemisem.ama nece bisirdiklerini bilmirdim.sizin sayenizde oyrendim.resepye baxa baxa her weyi hazir elemisem.indi artiq blincik bisirmeyin vaxtidi.coox sag olun FERIDE xanim.opurem sizi.

  150. salam feride xanim cox xahiw edirem sizden mene kesmikli blincik reseptini yazasiniz yoldawim isteyir menden mende bilmitrem
    tewekkur edirem

  151. Salam Fəridə xanim blinç ik məndə heç cür alınmır

  152. bu internet seifesi olmasaydi men neyniyerdim lazim olanda bütün menyulari burdan tapiram

  153. bu arada ferida xanima tesekkür edirem blincik receptine göre Allah ondan razi olsun

  154. cox sag olun,sexsen men bu rdan cox sey oyrenirem

  155. Salam Feride xanim! Saytla 2 gundur ki tanisham,2 resepti Gilemeyveli Keks ve Blinciki artiq hazirladim. Keks bundan oncede hazirlamisham. Amma Sizin Keks reseptiniz chox eladir. Keks sadece “tayit na qubax” Amma blincik hech vaxt hazirlamamisham sebeb ise qorxurdum ki alinmasin Lakin Dunen heyatimda birinci defe idi ki Blinchik hazirlayirdim ve alindi . Chox sevindim. Sizede derin Teshekkurumu bildirirem! Ugurlar Size ! Inshallah bacardigim qeder Sizin reseptlerden faydalanacam!
    Teshekkurler!

  156. salam Feride xanim, etli bilincikin hazirlanmasini da eynile nene gondere bilersinizmi? sizlere cok tesekkur ederim. Ellerinize ve ruhunuza saglik. tesekkurler canim

  157. Coox tesekkurler.Bu sayt menimde coox xosuma gelir.

  158. yemekler cox gozeldi

  159. supeeeeeerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))))) bibim biwirdi cooooooxxxxxxxxxxxxxxxxxxxxxxx dadiydi))))))))))

  160. Salam resepte gore coooooxxx sag olun.ama men icliyi borani ile hazirladimm.cooooooxxx dadli olduuu.evde hami beyendi.

  161. Feride xanim siz blincikden Basqa hence ede bilmirsiniz?

  162. Hər vaxtınız xeyirli olsun qizlaar ))
    Fəridə xanım çox sağolun ki, bildiklerinizi bizimlə bölüşürsüz…
    Minnətdaram….

    mən blinçik bişirməyi baçarmıram ama bu gün mütlət bişirəcəm

    burdan ballı tortu öyrəmdim çoooooooooooox ləzzətli olmuşdu …

    yeni reseptlər gözlüyürəm……..))))

    HƏLƏLİK :*

  163. mende hazirladim .ve coooox dadli oldu.axtardigim yemeklerin bir coxunu burdan tapiram…ellerinize ,emeyinize sagliq))

  164. cox gozel bilinciqdi dadlidi bisirdim yedim baxdim menim 11 yasim var. anamla birlikde bisirdim

  165. blinciki men sor ile bisirirem. amma etlisi kimi dadli deyil. mende xamirler super cixir qab enliyinde ve nazik.evde usaqlar da bunu xoslayir.

  166. cox sagolun

  167. salam.cox sag olun.xais edirem bele sayitlarimiz cox olsun

  168. Salam aleykum. Cox sagolun. Ela alinir. Tesekkurler.

  169. Azerbaycan metbexi cox gozeldir.Ele onun yemekleride.men azerbaycan yemeklerini cox sevirem

  170. bu bilinciyi anam ile men biwirdik,cox guzeldir

  171. salam sud evezine atiq vurmaq olar?

  172. Bes bilincikin icine ezilmis kartof qoymaq olar ?

  173. Salam feride xanim.

  174. Salam…bes bunun xemirineqazli su ve ya soda hec ne vurulmur?

  175. Çox sag olun

  176. ciy etini nece saxlamaq olar?
    xahis edirem tez cavab yazin

  177. cox sagolun FERIDE XANIM ,COX GOZEL ALINDI

  178. Salam Feride xanim saytiniz cox faydalidir tewekkur edirem biwiren elleriniz var olsun bir sualim olacaq size blincikin xemirini biwirdikden sonra soyuducunun buzluq bolumunde ne qeder saxlama olar?

  179. reseptiniz ucun tesekkurler amma bu blincikler qeribedir nece defe sizin verdiyiniz resepte uygun nece defe hazirlamisam cox qweseng alinir ancaq herden ne qeder calisiram xemiri alindira bilmirem o neyle elaqeder ola biler? belke yumurta ve ya sud soyuq olur ola biler?

    • Əgər hərdən alınırsa, hərdən alınmırsa, onda siz daha yaxşı dəqiqləşdirə bilərsiniz nəyə görə alınmadığını. Təəssüf ki, yanınızda olmadığıma görə sualınıza cavab verməkdə çətinlik çəkirəm.

  180. COOX GOZEL

  181. Tavaya yaq vurmaq lazimdirmi?

    • Yapışmasın deyə, tavaya yağ sürtmək lazımdır.

  182. Cox sag olun!!!! Sizin saytinizi mene Aybeniz xanim verdi. Atlanta weherinde(Georgia wtati) yawayan xanim. Cox gozel reseptleriniz var. her zaman istifade edirik!

  183. Ela tesekkurler

  184. Bisirdim elaydi

  185. Fəridə xanım, sizin biçirdiyiniz blinçik reseptini etalon hesab etmək olar. Hətta wikipedia da sizin reseptdən istifadə edib (istiadsız!)

    https://az.wikipedia.org/wiki/Blin%C3%A7ik

    Aşağıdakı sayt isə istinadsız ixtisarlarla sizin səkillə resepti yerləşdirib. Düçünürəm ki, əməyə hörmət etmək lazımdır.

    http://www.xanim.net/etli-blincik/

    Sizin resepti götürdüm və indi bişirəcəm. Əminəm ki, əla alınacaq. Sizin saytdan hansı resepti götürüb test etmişəmsə, ilk dəfəsindən əla alınlb.

  186. Fəridə xanım, sizin bişirdiyiniz blinçik reseptini etalon hesab etmək olar. Hətta wikipedia da sizin reseptdən istifadə edib (istinadsız!)

    https://az.wikipedia.org/wiki/Blin%C3%A7ik

    Aşağıdakı sayt isə istinadsız ixtisarlarla sizin şəkillə resepti yerləşdirib. Düşünürəm ki, əməyə hörmət etmək lazımdır.

    http://www.xanim.net/etli-blincik/

    Sizin resepti götürdüm və indi bişirəcəm. Əminəm ki, əla alınacaq. Sizin saytdan hansı resepti götürüb test etmişəmsə, ilk dəfəsindən əla alınlb. Çünki çox detallı izah edirsiniz, sual yaradacaq boşluq buraxmırsınız…

  187. Wikipedianın haqqına girdim, onlar mənbə göstəriblər 🙂

  188. Salam Feride xanim. Men isteyirem bu gun edim tavada qizardim ama sabag icliyin doldurum bazirlayim,qizartdiglarimi saxlaya bilerem yarisin sabah etmekcun??

  189. Mende bisirecem superdi.

Bir cavab yazın