Best in the World!
Dadlı yemək reseptləri bloqu

Toyuqla Parça-Döşəmə Plov

Parça-döşəmə plov qoyun əti və toyuqla hazırlana bilər. Parça-döşəmənin altında qazmaq olmalıdır, və qazmağın ardından digər ərzaqlar qat-qat qazana yığılmalıdır. Burada gördüyünüz reseptdə isə qazmaq yoxdur – qazmağın yerinə qazanın dibinə toyuq əti döşənir, onun üstündən isə düyü və quru meyvələr. Tələsik Azərbaycan-sayağı  bir plov bişirmək istəyirsinizsə, bir qədər asanlaşdırılmış bu parça-döşəmə plovunun resepti sizin lap ürəyinizcə olacaq.

TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd*
½ stəkan quru ərik
1 stəkan quru gavalı  (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup  quru İran xurması (
çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd  baş soğan – nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli – döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz
istiot

1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.

2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.

3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.

4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan – non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.

5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.

6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.

7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.



8. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.

9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.

Bir cavab yazın

83 Şərh
  1. Əllərinizə sağlıq. Amma nəsə qazan çox balacadır.

  2. Sabah qonaqlarim var mütləq sinaqdan kecirəcəyəm Hər halda dadli olduguna hec bir şübhəm yoxdur Cox sag olun

  3. STOMATOLOQ: Sagh olun serhinize gore.

    SEADET: Umid edirem ki, qonaqlariniz da siz de plovu beyeneceksiniz. Nush olsun:)

  4. PLOVU COX SEVIREM ,AMMA HAZIRLAYANDA XASIL KIMI OLUR,DEYESEN DUYUNU COX QAYNADIRAM.ELE DEYILMI.AMMA YENEDE DADLI ALINIR

  5. DEMEK OLAR KI HAZIRLADIGIM YEMEKLERDEN EN YAXSHI ALINANI PLOVDUR)))))))XOSHUMA GELIR COX SAGOL BU NOVUNUDE YOXLAMISHAM DADLI OLR HEMDE O BIRINDEN ASANDIR

  6. oy oy oy ash menimcun en sevimli yemekdir.bunu bir gun mutleq edecem.cox sag olun

  7. eledi cox sagolun

  8. feride xanim reseptler uchun chox sagolun. men azeriyem ama bashqa olkede yashayiram. sizin web saytda olan respetlere uygun yemekleri bishirirem burdaki dostlarimi da qonaq eliyirem chox xoshlari gelir.

  9. QIZLAR, serherinize gore cox sagh olun.

  10. Feride xanim, bu reseptlere göre size cox-cox tesekkürler!!

    Men yemek bisirmeyin böyük heveskariyam,mütleq bu reseptlerden istifade edecem.

    Size uqurlar!!!!!!!

  11. feride xanim men yeni evliyem ve dadli yemekler bishirmeyi cox isteyirem.xahish etsem mene julyen ve dovganin deqiq reseptini yazardiz

  12. ela

  13. Salam,, Feride Xanim sizden bir xahish,, levengi bisirmeyi öyredin mene,, bir zehmet,, coox sevinerdim,,öpürem,, Caniniz sag olsun,,,,

  14. Salam Feride xanim ne yaxsi ki sizin kimi ana bacilarimiz var size derin tesekkurumu bildirirem dunen bu plovu bisirmisem barmaqlarimizi yalamisiq hami beyenib cox sag ol.Eziz bacim zehmet olmasa mene turk kahvesinin duzeltme qaydasini yazardiniz.Sizden bilirsiniz niye raziyam cunki meni intizarda qoymayirsiniz opuldunuz

  15. salam Feride xanim.sizin sehifenizle meni Fransada yashayan gelinimiz Esmira xanim terifleyerek tanish etdi.ona da teshekkur edirem.toyuqlu plovu bishirdim.super.cox saq olun.bu gunde sizin shagirdinizem.

  16. Feride xanim, sekiller niye görünmür?

  17. Fəridə xanım istəyirəm sizə başqa üsulda döşəmə plov sepdi verim bunu ismayıllı zonasında bişirirlər çox dadlı alınır düzdür mən ismayıllıdan deyiləm amma hər il anam Bayram axşamı bu döşəmə plovdan bişirir
    Ərzaq: 200qram – albuxara, qaysı, quru alça, ağ rəngdə olur qara xallı lobya adı yadımdan çıxdı, şabalıd, xurma, bollu ləvəngi, 1ədəd hind toyuğu 2,5 kq düyü üçün nəzərdə tutulub bu ərzaqlar
    Hazırlanması- hind toyuğu təmizlənir əgər cavandırsa pörtlədilmir gec bişəndirsə yarım saata kimi qaynadın suyunu atmayın suyndan və içalatındanda dadlı şorba alınır
    şabalıd təmizlənir ,lobya yarı bişmiş olana kimi qaynadılır,sonra lobya və şabalıda palçıq turşusu (llavaşana turşu) və ləvəngi vurulur bir qədər, qazanın dibinə adı düyüdəndə diblik qazmaq tutmaq olaq ama anaç həmişə yağlı xəmir hazırlayır və sərir qazanın içinə üzərinə qaynanmış düyüdən bir sloy sərir sonra səliqə ilə dösəmək üçün ayrılan ərzaqları yiğir qazqna hind toyuqusinə hissədən kəsilir və yaxşıca turşu və duzlanır istiotu bol vuranda əla olur (zövqə görə) sonra qazanın bir tərəfinə sərilir içərisi bollu ləvəngi ilə doldurulur ətrafındada döşəmə ərzaqlarısonra ya ətin suyu vəya adi su 1st səpin üzərin anam tənzif sərmir yavanlıq plova qarışmasın deyə adi mağazadan alınma lavaş sərir döşəmənin üzərinə oda bişir dadlı olür hə birdə alça şabalıd və lobyaya ləvəngii ilə turşu hökman vurun yoxsa o ləzzəti almazsınız sonra süzülmüş plovu tökün lavaşın üzərinə düyünü biraz ocaqdan tez götürəsiniz çünki düyü dəmdə 2 saata yaxın qalacaq qoy xəşil olmasın sonra qazanı yaş dəsmal üzərinə qoyub 15dəqiqə gözləyin Hind toyuqlu döşəmə plovunuz hazır süfrəyə ətini ayrı və yanındakılarıda ayrı bir buludda plovda həmçinin yağlı xəmir qazmağıda bıçaqla bölun vəssalam Nuş olsun

  18. Tələsik yazdığım üçün üçün buraxdığım hərf səhvlərinə görə üzr istəyirəm və resepdə göstərdiyim albuxara, qaysı, quru alça, lobya,şabalıd və xurma bunların hərəsindən 200qram olmalıdır

  19. MƏLEYKƏ: Çox sağ ol reseptə görə. Bu resept məndə var. Hətta kitabıma (bloq deyil, çap olunacaq kitabıma) salınacaq. Oxucularla bu gözəl resepti paylaşdığın üçün çox sağ ol.

  20. Təşəkkür edirəm sizə yazdığım resepdi oxuduğuz üçün əlbəttə sizin kimi bacarıqlı əlindən zər tökülən xanıma mənım resept yazmağım biraz məqsədəuyqun deyil amma oxucular bu resepdən istifadə edərlər öpürəm sizi Mən sizin çap olunacaq kitabınızı səbirsizliklə gözləyirəm Fəridə xanım mümkünsə kitabın səhifəsində öz şəklinizi də yerləşdirəsiniz çox yaxşı olar sizin gözəl üzünüzü görmək mənim ən böyuk arzumdur

  21. men cox daddli suyudlu as bisirirem demek olarki heftede 2 defe erimin cooooooooooooooox xosuna gelir

  22. Super!Feride xanim ama bizim Qarabagda ise parça döşeme plovu tamam başqa cür usulle bişirirler:ya körpe iri tikelere bölünmüş quzu eti,ya da toyuq eti.önce qazanin dibine et düzülür,sonra halqahalqa dogranmiş sogan.düyünü qaynadirsan,çox bişirmek olmaz,süzene yaxin içine dogranmiş şüyüd,ya daki,boyana qatirsan.sonra da düyünü süzüb,etin üzerine tökürsen ve de vam xodda 1-2saata deme qoyursan.bu bizim en çox sevdiyimiz plov nevidir

  23. Sizi selamlayiram ve tesekkur edirem reseptlere gore. Bilirsiz, men coxdandi rulet bisirmek isteyirem xais edirem mene komek edesiz. sizin blogda rulet resepti tapa bilmedim. Onceden tesekkurler.

  24. Salam Feride xanim ellerinize saglik eminem ki dadida gorunusu qeder gozeldi. Menim encox sevdiyim yemek plovdu hansi nov olursa olsun ferq elemez. Gozel vetenimizin ayri -ayri bolgelerinde novbenov plovlar bisirilir. Cox isterdim o reseptleri oyrenim ve bir- bir bisirib dadina baxim

  25. Resepte gore cox sag ol. men bu plovu bisirecem.
    xxx

  26. cox gözel olur..
    tesekkürler Feride xanim

  27. Feride xanim, menim anamda bele edir. Amma bezen o toyugu,shabalidi,meyve qurusunu ayri bir tavada hazirlayir ve soganini chox edir.duyunu ise ayri demleyir. bir de plovu sufreye vererken kishmish,erik qurusu ve xurmandan bir az qizardib duyunun uzerine elave edir. qarani da ayri boshqabda verir.

  28. Feride xanim, bir shey mene qaranliq qalib. burada yazdiginiz “Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin.” qarishdirmaga ehtiyac varmi? Bes qazmaqli olsa nece olar? onda mence toyuq ve sogan yaxshi bishmez

  29. Nedense cavab almadim:-(

  30. PERVANE -PERVANE – Qarışdırmağa ehtiyac yoxdur, Yazıldığı kimi edin. Bu resept qazmaqsızdır.

  31. Günləriniz aydın olsun Ləzzətli Fəridə Xanım,

    Ümidvaram ki, işləriniz qaydasındadır. Sizinlə kolleqayıq biz. Çox ciddi bir şirkətin əməkdaşıyam. Əlavə işlərlə məşğul olmağa demək olar ki, vaxtım qalmır, amma sizin bloqunuza göz atmaq üçün hər xırda şansı dəyərləndirirəm.

    Plovu hər gün yeməyə hazıram, ona görə də hər növü ilə maraqlanıram. Bizim Qarabağ xanımlarının da ləzzətli plovları var. Amma xanımlara resept yox (buna cürətim çatmaz:), 1-2 çoxbilmış məsləhəti vermək istərdim, bunları görüb-götürmüş nənələrdən oğurlamışam:)
    A) 1 kq düyünü suda qaynadarkən 3/1 limonu qabığı ilə bərabər həmin suya atanda plovu sədəf kimi parıltılı edir və nə qədər yağlı olsa da belə plov xəfif olur, necə deyərlər, adamın ürəyini vurmur, düyünün də ətrindən doymaq olmur:)
    B) Yerdə qalan yarısını da halqa-halqa doğrayıb qoyun əti ilə olan döşəmənin üzərindən düzsəniz dadı turşməzə olar, xüsusən də təzyiqli adamlara ziyanı toxunmaz o qədər də
    C) Dəmdəki plovun dibindəki qazmağı qaldırıb baxmaq kimi 1 şansımız olmadığına görə bəzən onun vəziyyətindən hali olmuruq bu məqsədlə də düyünun tam dəmlənib-dəmlənmədiyini bilmək istərsəniz, əlinizi soyuq suya çəkib çöl tərəfdən plov qazanının divarına silkin. Dərhal cızıldayıb buxarlandısa deməli dəmi qəşəng tutub.
    Bu qədər.

    Hələlik,

    Özünüzdən müğayət olun

  32. Resepte gore cok sagolun….

  33. cox sagolun.sizden men levengili plovun reseptini soruwacaqdim.deye bilersiz?

  34. salam Feride xanim zehmet olmasa shuyudlu plov reseptinide qeyd edesiniz . tesekkurler.

  35. Salam Fəridə xanim resepte göre çox-çox sag olun.Bu əsil Qarabag plovudur.Mən bunu Qarabağ zonasinin xanimlarinin hazirladigina tez-tez şahid olmusam.dadi da əla oldugunu cox gozel bilirəm.FERİDE XANİM zehmet olmasa meyveli tort reseptlerini bizlerle paylasasiniz.meyveli tortu cox sevirem amma ne yalan deyim hazirlamagi bacarmiram.onceden tesekkur edirem.nece dyeller elleriniz derd gormesin.HƏLƏLİK.

  36. her kese salamlar!
    men de size “fried rice” (qizardilmish duyu) pilovunun reseptini vermek isterdim. erzaqlari gozeyari olche bilersiniz. zovqunuzden asili olaraq cox ve ya azalda bilersiniz.
    — 1 kg uzun duyu (qaynadiriq, tam bismemis yagda qizardiriq. P.S. amma men adi formada tam bisene qeder bisirirem, qaynatmiram. kenara suzulmeye qoyturuq.
    — 150 qr koku xirda xirda kubik formasinda dograyib (bitgi yaginda qizardiriq sonra derin kasaya boshaldiriq)
    — 150 qr biber (qirmizi, sari, yashil) eyni formada dograyib qizardiriq ve kasadaki kokun ustune elave edirik.
    — 150 qr konservlesdirilmish qargidali denelerini suzub yagda eyni qaydada qizardiriq
    —- 150 qr qaroxu da qizardib qarisiga elave edirik
    —- sonda 2 deste goy sogani yuyb temizleyib xirda formada dograyiriq. onu da qizardiriq. uzerine duz, istiot, kari (curry), sarikok ve zovge gore diger edviyyalar elave edirik. sogani cox qizarmamaq serti ile hamisini birlikde qarishdirib hazir duyuye elave edirik. deme qoyuruq.
    kenarda toyugu ve ya eti (qoyun, mal) qizardib duyu ile beraber sufreye verilir.
    (P.S. eti ve ya toyugu hemcinin xirda kubik formasinda dograyib yagda qizardaraq duyu ve qizarmish qatishiga elave ederek hamisini birlikde deme qoymaq olar.
    nush olsun)

  37. cox sevdiyim ve tez tez de hazirladiqim plovdu,sadece men toyuqu onceden 1 leyende soqanla basdirma edirem yarim saat,daha sonra toyuqu qazana yiqib halqa halqa doqranmis sogallari da ustune,nezerinize catdirim ki hemin basdirmada olan soqani ele elave edirem,sonra da duyunu,evvelce 5_ 6 deqiqe boyuk xodda,sonra da vam xodda qoyuram deme,
    inanin o qeder sevirik, UMUMIYYETLE BIZIM AZERBAYCAN YEMEKLERI HAMISI SUPERDI,QERIB YERDE OLMAQIMIZA BAXMAYARAQ HAMISE OZ YEMEKLERIMIZE USTUNLUK VERIRIK.
    opdum,size de cooox tesekkur edirem!!!!!

  38. Farida, reseptlerinize soz ola bilmez!
    Yemek bishirmeye ve yemeye olan hevesim bu sayti gorenden sonra daha da artib :)) Chooox minnetdariq size!
    Ugurlar size her bir ishinizde!

  39. Salam eziz xanimlar. Esline qalsa men bu yemek bishirmek sahesinde yeniyem. Evde anam her zaman bishirir yemekleri, biz genclerede o yemeyi yemek qalir. Yemek bishirmeyi hedsiz derecede cox sevirem, amma her yemeyi bishirmeyi bacarmiram. Elbette ki eger yemeyin resepti deqiqliyi ile asan formada yazilibsa her cur yemeyi bishire bilerem. Bu sehifeni indi keshf etdin, dogurdanda cox ureyimce oldu bu sayt. Kitabda plovun reseptini oxudum, amma bir shey basha dushmedim. Ve plovun bishirilme qaydasini bu saytda aydin shekilde izah etmisiniz, laap ureyimce oldu. Qzin icinde bishen coreyim var, qazin ustundede qaynayan et. Gedim plov bishirim 🙂

  40. Herkese Salam. Feride xanim men doseme plovu cox sevirem. Cox tez-tez bisirirem. Yoldasim amerikalidi onun ailesi de cox sevir bizim plovu.Anam hemise mene quru gevali gonderir.Amma tez qurtarir.Burada Yeni Virginiada istediyim quru gevalini tapa bilmirem. Buradakilar cox sirindi plovun dadini deyisdirir. Siz hansi gavalidan istifade edirsiniz? Evvelceden tesekkurler.

  41. SABINA – turş olan sarı quru gavalıdan istifadə eridəm. İran marketlərindən alıram.

  42. Salam Feride
    Necesiz?men de Amerikada yawayiram,burda ailemden uzaqda bele reseptlere cox ehtiyacim vardi,sizin sehifeni tesadufen tapdim,coxdandi sizin reseptlerini oxuyuram, bir cox reseptleri de seve seve tecrube etmiwem,coooooox tewekkur edirem,fb’da da sehifenizi izleyirem,sehifenizde Tebriz yemeklerini coxxx gormek istiyerdim,mene Cenubi Azerbaycan yemekleri maraqlidi,tewekkurler

  43. SALAM XANIMLAR! Mən sizə Azərbaycanın Qarabağ bölgəsində bişirilən boyanali(boyanaya ruslar” фенхель” deyirlər)plovun reseptini verəmək istəyirəm.Bu plovu boyana və şüyüdün qarışığından və ya təkcə şüyüddən istifadə edərək də bişirmək olar.
    Körpə quzu əti və ya toyuq əti alaçiy bişirildikdən sonra üzərinə duz,istiot,sarıkök vururuq.Ayrıca qabda əvvəlcədən duzlanıb sıxılmış ,nazik-nazik,yarımhalqa doğranmış soğanın üzərinə doğranmış boyana və ya şüyüd,sarıkök,yaz vaxtı təzə alça,qışda isə aş alçasi əlavə edərək ətin üzərinə tökürük.sonra üstünü mətbəxt klyoku ilə örtərək4-5 saat soyuducuda saxlayırıq
    .Düyünü qaynadarkən süzməyə 1-2dəq.qalmış 7-8mm uzunluqda doğranmış göyərtini əlavə etmək lazımdır(1kq.düyüyə 3-4 dəstə boyana və ya şüyüd.)Sonra plov dəmlənəcək qazanin dibinə ərinmiş kərə yağı iə birlikdə bir az duru yağ da əlavə edib qazın üzərində isidirik.Yağ dağ olanda üzərinə qazmaq(qazmaq halqavari iri doğranıb,duzlanmışkartof,lavaş vəya 1 yumurta sarısı,0,5st.qatıq,2xör.qaş.mayonez,duz,azca şəkər ,bir çimdik çay sodası,70-80q.kərə yaği və undan hazırlanmış xəmir ola bilər),onun üzərinə nazik təbəqə düyü ,sonra əvvəlcədən hazırladığımız soğanlı ət,üzərindən tənzif,onun üzərinəsə yerdəqalan düyünü tökürük.Plovu dəmı qoyuruq.Plov dəmə düşdükdə düyünün ust təbəqəsində 2-3 kiçik yuvaciq açırıq.Həmin yuvacıqların hər birinə bir yumurta vururuq.Yumurtanin kənarlarını düyü ilə yığırıq,ortasına sarıkök səpirik.Düyünün ortasına dəmlənmiş zəfəran tökürük..Sonra plovun yağını veririk.Qazanın ağzını əvvəl dəsmal,sonra isə qaraqla kip örtüb dəmə qoyuruq.Plovu çəkərkən düyünü üzərində qazmaq ayrıca bir buludda,əti ayrı bir qabada,yumurtanı isə hər birini yarı bölüb ayrıca qabda süfrəyə vermək lazımdır.Bu plovu zövqə görə qatıqla da yemək olar.
    Olduqca ətirli bir plov alınır.Xanımlarımız bişirsələr peşiman olmazlar.
    Fəridə xanım ,çox sağ olun ki ,AZƏRBAYCANIMIZIN MİLLİ MƏTBƏXTİNİ xarici dövlətlərdə tanıdırsınız.Bu şərəfli işdə sizə uğurlar arzulayıram.

  44. NİGAR – Bu plovu bilirəm. Çox sağ olun oxucularımızla bölüşdüyünüzə görə. Ləzzətli olur doğrudan da.

  45. Salam,Feride xanım! Salam,qızlar! Zehmet olmasa mene hind toyuğu ətinden bayram süfrəsi üçün maraqlı ne bişire bilerem? Və nece bişire bilerem? Çox sağ olun.

  46. Feride Xanim,bu plovu sizden orgenenden sonra tez-tez bısırırem,hem asan hazırlanan hem de dadlı plovdur.Cox sağ olun.

  47. .nıgar xanım boyana nedîr?fenxel razyana demekdır.Boyana yeni kı razyana?

  48. cox sag olun

  49. Hər kəsə salam.Necəsiniz?Fəridə xanım,zəhmət olmazsa özbək plovunun reseptini bilirsinizsə bura yerləşdirərdiniz.Öncədən təşəkkürlərimi bildirirəm.

  50. salam ,men Azerbaycandan kenarda yashayiram ,coxdandir plov yemirem ,burda baxdim tapa bilmirem ,mene Normal bishirlen plovun rechepti lazimdir ,meseln toyuq plov ,yardim etseniz cox memnun olaram ,

  51. Salam Admin evvelceden teshekkur edirem….Kievde yashiyib burada da tehsil aliram bizde saat 6:00olardi durdug 2 otaq yoldashim var…kolnumuzden plov Azerbaycana salamlar)))

  52. Allah razi olsun!!! Eziyyet cekib yazmisiz .. dostlarimla merc gelmishdim ki men ash bishirirem inanmadilar .. duzu haqliydilar bu sehife olmasaydi bishire bilmezdim.. Teshekkur

  53. salam,cox gozel reseprdir,ag kismis olmasa qarasindan tokmek olar?teshekkur.

  54. Mən bu gün bu cür plov bişirdim. Çox ləzzətli alındı. Sizin sayənizdə əsl aşpaz olmuşam, Fəridə xanım. 🙂 İLk addımlarımı bu saytda atmışam. Təşəkkürlər. Düzü, adamın gərək həvəsi də olsun. İstənilən bir yeməyi böyük həvəslə bişirirəm. Plova gəlincə, mən toyuğu soğanla qarışdırıb duz-istiot vurub, 1 saat soyuducuda saxladım. Düyünü bişirəndə isə suyun içinə yarım ədəd limon, 1 ədəd qənd atdım. Çox dadlı oldu

  55. Cox sagolun elleriniz var olsun

  56. bisirdim cox gozel alindi bele gozel terifler ucun size tesekkur edirem.xan plovununda tarifn sizden xaihs edirem mumkunse yazin

  57. cox sag olun.dadlidir.bu yemek etle de cox dadli olur

  58. cox dadlidi,bisirmisem hami beyenib

  59. men bu yemeyi bisirende erzaqlarla duyu arasina marli qoyuram.onda bir-birine qarismirlar.

  60. har seyi basa dusdum (demak olarki) bu VAM NE DEMAKDI BUNU BASA DUSMURAM..YA YAZIN KI SAKIT ODDA YADA KI BASQA CUR VAM VAM ))))

  61. eeeeeeeeeeeeeeeellllllllllllllllllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  62. tanimasamda sizi chooooooooooooooooox isteyirem Feride xanim. Reseptlerinize gorede chox sagolun 🙂

  63. toyuqu duzlayib istiotlamaq,alca tursusu,vurmaq,narin doqranmis soqan elave edib 20-30 deq aqzi ortulu qabda saxlamaq,qazanin icine boyuk yuxa ve ya2-3 balaca yuxani ele salmaq lazimdir ki,qazanin kenarlarini ve duyunun ustunu ortsun .Toyuqu soqanla birlikde qazanin icine yuxanin ustune duzmek,ustune sabalid,erik alca,gavali qoyub suzulmus duyunu uste tokub yaq tokub yuxani uste cekib deme qoymaq.Cox dadli olur.

  64. Cox sagolun ALLAH komeyiniz olsun

  65. Reseptlerjnizi cox beyenirem önceden minedarligimi bildirirem

  66. Salam.Reseptə görə çox sağ olun.Mən Türkiyede oxuyuram tələbəyəm keçən dəfə plov bişirdim düyülər yapişdi amma sizin reseptin köməkliyi ilə super bir plov hazirradim.Türk tələbələrin çox xoşuna gəldi.ALLAH sizdən razi olsun.

  67. Salam Feride xanim. Bilmek isterdim bu plovu qazmagla elemek istesem nece edim? toyugdu qoymazdan qabag dibine qoyum ya nece? onceden teshekkurler.

  68. Hörmətli Fəridə xanım, sayta yazmağım ilk dəfə olmasına baxmayaraq, dəfələrlə sizin reseptlərdən faydalanmışam. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
    Qaldı bu plova. Bayramla əlaqəli ailəm bizə qonaq gəlmişdi. Risk edib ilk dəfə bu plovu hazırladım. Nöqtə-vergülünə qədər burada qeyd olunan ardıcıllığa əməl etdim. Hər kəs çox bəyəndi. Buna görə Sizə bir daha təşəkkür edirəm.

    Deməyə bəlkə də gərək yoxdur. Qədirbilən userlər əməyinizi şərhlərdən gördüyüm qədərilə yüksək qiymətləndirirlər. Bu, Sizin işinizə məsuliyyətlə yanaşmağınızla bərabər, eyni zamanda oxucularınıza hörmətinizin bəhrəsidir.

    Bayramınız mübarək! Xoş arzularla…..

    • Xoş sözlərə görə çox sağ olun. Sizin də bayramınız mübarək!

  69. Awi bisirdim cox dadli oldu .Qazmagda qoydum altina ustune toyuq .Xanimlar 60 deq dem almaq ucun azdi , men respte olduqu kimi eledim tam deme dusmemisdi.qazanin qragina su vuranda ciz eliyirse tam hazirdi , Sufreye vere bilersiz.men burda Feride xanima ya resptine gore demirem Feride xanim evdar xanimdi her weyi bilir nece elemek lazimdir , sadece olaraq menim kimi plov hazirlamagi bilmeyen xanimlar ucun deyirem yoxsa menim kimi sufreye dem almamish qoyarlar. Ehtiyyati olaq)) ¥

  70. Cok guzel.ellerinize salik.

  71. Cok guzel
    Hmmmmmm olsada yesek

  72. Salam Fəridə xanım. Sizinlə necə əlaqə saxlamaq olar?

  73. Salam tunzale xanim xawil olmamasi ucun duyu qaynayanda suyun bol et

  74. sizin resepte uyqun bisirdim:))) heleki demdedir.. dadli qoxusu var :)) insallah anam beyener :))

  75. cox yaxsidi

  76. Mən bilmək istərdim döşəməli plovu süddən qaynata olar?

  77. Hal hazirda bashlamisham, bunu bishirmeye,gorek nece olur)

Bir cavab yazın