Best in the World!
Dadlı yemək reseptləri bloqu

Yoğurmadan Çörək – Ağ və ya Tam Buğda Unundan

Ağ çörək – süfrəyə hazır!

İki il əvvəl anam Bakıdan bura gələndə istədim ki, yeni çörək bişirmək bacarığımı fəxrlə nümayiş etdirim. Çətin üsulla nəsə edəcəyimi gözlərkən tezliklə anama aydın oldu ki, bu çörəyi hazırlamaq üçün xüsusi bir bacarıq tələb olunmur. Mən bir neçə ərzaqı bir-birinə qatıb, yoğurmadan yalnız qaşıqla qarışdırdım. Hazır xəmirin bir qədər şişib qalxmasını gözlədikdən sonra qazana yerləşdirib sobaya qoydum. Lakin sobadan çıxaranda anam təəccübləndi -sadə qızılı rəngdə kömbə onun təsdiq etdiyi kimi istənilən çörək satılan mağazada yaxşı satılardı. “Elə bil babanın çörək zavodunda bişirilən çörək kimidir!”- sevinərək ucadan dedi. Bunu eşitmək mənim üçün çox xoş oldu.

Çörəkçiliyi sevən və böyük biznes qurmaq fikrində olan ana babam Nəcəf kişi ötən əsrin 40-cı illərində Balakən rayonunda çörəkçilik işinə başlamışdı. Onun qurduğu çörək zavodunda bişirilən çörəklər uzun illər bütün rayonu çörəklə təmin etmişdi. Çox təəssüf ki,babamın ölümündən sonra məşhur zavod çox davam gətirə bilməmişdi. Babamın ölümündən bir il sonra mən dünyaya gəldim. Son vaxtlar anamdan babamın zavodunda bişirilən çörək növləri haqda maraqlanırdım. Oradan hər hansı bir reseptin qalıb-qalmadığını bilmək istəyirdim. Əfsuslar olsun ki, resept tamamilə itmişdi, heç kimdə yox idi.

Beləliklə, gözlənilmədən Kaliforniyada bişirdiyim bu çörək bir bağlılıq yaratdı. Anam dedi ki, daha heç bir axtarışa ehtiyac yoxdur, bu elə həmin reseptdir. Xəyalımda hündür, şux, xarizmatik, yaşlı bir adamın heç vaxt üzünü görmədiyi, lakin çörəkçiliyə olan bağlılığını onunla bölüşən və eyni formada, eyni şəkildə çörək hazırlayan nəvəsinə görə iftixar hissiylə gülümsədiyini görürdüm. Xəyal dünyamda mən də ona gülümsədim. Yaxşı. Sizi uzaq və dəlisov xəyal dünyama aparmağımı burada yekunlaşdırıb sizə bu bişirdiyim çörək haqda danışım.


Bu çörək harı ağ, yarı tam buğda unundan hazırlanıb.

Bu sizin hazırlaya biləcəyiniz ən asan çörək reseptidir. O qədər çox bəyənəcəksiz ki, heç mağazadan çörək almağı düşünməyəcəksiz. Təkcə asan hazırlana bildiyinə görə deyil, ən əsası təzə və ev şəraitində hazırlandığına görə sevəcəksiniz.

Çörəyi hazırlamaq üçün -un, duz, xəmir mayası və su lazımdır. Ağ çörəyin hazırlanması üçün ağ undan, tam buğda unu çörəyi üçün isə tam buğda unundan istifadə etmək lazımdır.

Bu isə 100% tam buğda unundan hazırlanmış ev çörəyidir. Həm faydalı, ləm ləziz.

Çörəyin xəmiri əllə deyil, qaşıqla qarışdırılır. Aşağıdakı fotoşəkillərdən hər şey aydın olacaq.

Əvvəcə un duz iri qabda qarışdırılır.

Sonra buraya suda islanmış maya əlavə edilir.

Kütlə taxta qaşıqla qarışdırılır.

Alınan qarışıq bir qədər yapışqan olacaq – bu belə də olmalıdır.

Xəmirin üstünü örtüb kənara 1 saat yarım müddətində gəlməyə qoyuruq.

Qabaran xəmir həcmində 2-3 dəfə artmalıdır.

Xəmiri kündələyəcəyiniz yerə un səpin.

Qabarmış xəmiri buraya endərin.

Xəmiri kitab kimi ikiyə qatlayın. Bunu təkrar edin. İstiqamətin fərqi yoxdur.

Sonra isə xəmiri ya tikişi aşağıda, ya da tikişi kənarda dincəlməyə qoyun – tikişin istiqamətinin fərqi yoxdur.

İri ləyənimizi xəmirin üstünə örtürük və xəmiri 30 dəqiqə ərzində yenidən qabarmaya qoyuruq. Bu vaxt ərzində isə istinmiş fırına qapaqlı qazanı yerləşdiririk ki, qazan orada 30 dəqiqə qızsın.

30 dəqiqə keçdi – çörəyi bişirmək olar!

Qaynar qazana (diqqətli olun, yanmayın!) xəmiri endərin.

Xəmir yuxarıdan belə görsənəcək.

Qazanın qapağını örtün və fırına göndərin.

Çörəyiniz hazırdır!

Bax belə!

Çörəyi qazandan soyutma tellərinin üstünə endərin ki, çörək tamamən soyusun. Çörəyi isti ikən doğramayın, yoxsa xəmir kimi olar!

Buyurun – tam buğda unundan çörək.

Üstündəki çatlar çörəyə xüsusi yaraşıq verir.

Bu isə ağ undan hazırlanan çörəyin qabarmış xəmiridir.

Ağ çörəyin xəmiri bişirilməyə hazırdır.

Yuxarıdan görüntü.

Ağ çörək hazırdır!

Yoğurmadan Tam Buğda Unu Cörəyi

The Girls Guide to Guns and Butter bloqundan adaptə edilmişdir.
Orijinal resept New York Times səhifələrində çap edilmişdir.

Bu cörəyi hazırlamaq üçün eyni zamanda yarı ağ, yarı tam buğda unundan da istifadə edə bilərsiniz. Hətta çovdar unudan da bir az əlavə etmək olar. Aşağıdakı reseptdə mən çörəyin faydasını artırmaq üçün xəmirinə tam buğda unundan başqa bir az kətan toxumu unu da əlavə edirəm. Amma bu zəruri deyil.

Ərzaqlar:

5+3/4 fincan tam buğda unu (bir fincan 150 qram un tutur)
1 xörək qaşığı duz
1/4 fincan kətan toxumu unu (vacib deyil- bunun yerinə tam buğda unundan istifadə etmək olar)
2 çay qaşığı quru maya (rusca сухие дрожжи)
3+1/2 fincan ilıq su

Həmçinin lazımdır:

1 böyük emallı və ya emalsız çuqun qazan, mütləq qapaqlı.

Hazırlanma Qaydası:

Xəmirin hazırlanması: Böyük qaba tam buğda unu, duz və istifadə olunacaqsa kətan toxumu unu tökülür. Quru maya iləq suda 5 dəqiqə isladılır, yaxud köpüklənənədək saxlanılır. Sonra unun üzərinə əlavə olunur. Xəmir içindəki ərzaqlar tam qarışanadək taxta qaşııqla qarışdırılır. Hazır xəmir yapışqan olmalıdır. Əgər həddən artıq yapışqan olarsa un əlavə olunmalıdır. Unu çox qatmaq olmaz. Xəmir hazır olandan sonra qabın üzəri salafanla yaxud məcməyi ilə örtülməlidir. 1 saat yarım xəmir qabarana və üzərində qabarcıqlar əmələ gələnədək saxlanmalıdır.

Xəmirin kündələnməsi: Xəmir kündələnəcək yerə un səpilir (tam buğda unu, ağ un, ya da qarğıdalı unu ola bilər), Əl yaxud taxta qaşıqla götürülüb xəmir kündələnəcək yerə qoyulur. Xəmir kitab kimi 2 dəfə qatlanır – istiqamətin fərqi yoxdur.  Bükülü hissə xəmirin altına və ya kənarında olmaq şərtilə xəmirin üzəri təmiz iri ləyənlə örtülür. Yarım saat ərzində xəmir qabaranadək gözlənilir.

Qazanın hazırlanması: Bu vaxt, yəni xəmir özünə gələnəcən, emallı və ya emalsız çuğun qazan qapağı örtülü şəkildə 240C (470F) dərəcədə qızdırılmış sobaya qoyulur və yarım saat qızdırılır.

Çörəyin bişirilməsi: Xəmir bişirilməyə hazır olanda qazan sobadan ehmalca çıxarılır və xəmir qazanın içinə endərilir. Sonra qazanın qapağı örtülüb sobaya qoyulur. Qapaq açılmadan yarım saat bişirilir. Yarım saat sonra qapaq götürülür və daha 10 dəqiqə yaxud çörəyin üzəri qızılı rəng alanadək bişirilir. Bişmiş çörək qazandan çıxarılır və soyutma telinin üstünə endərilir. Kəsməzdən öncə çörək tam soyumalıdır – əks halda içi xəmir kimi yapışqan olacaq.

YOĞURMADAN AĞ ÇÖRƏK

Ağ çörək hazırlamaq üçün tam buğda unu əvəzinə 6 fincan ağ undan yuxarıdakı qayda ilə istifadə edə bilərsiz.

Bir cavab yazın

46 Şərh
  1. Ellärine saglik. Mändä ev cöräyini cox sevirem. Heyif ki burada tam bugda unu tapmaq biraz müshkül mäsälädi.

  2. Cox gozel görünür. Ellerivize sagliq. Feride xanim men sizden xahis edirem xacapuri rezeptide qoyasiniz bloquvuza zehmet olmasa

  3. HEQIQETEN DE SIZE EHSEN DEYIREM.INSHALLAH MEN DE CALISHACAM HAZIRLAYAM.

  4. peckada her wey biwire bilirem sizin lahmacun reseptinide eledim haminin cox xowuna geldi .birce corek biwire bilmiremde ele eseblewiremki alinmir.ya kopmur taxta kimi olur ya da ki kopur ici xemir kimi olur.bu resepti de eliyecem buda alinmasa day sozum yoxdu))

    • Yogurmursuz ona gore..10deqıqe yogurmaq lazımdırkı maya xemıre hopsunn..youtubda turk coreklerını ızleyın goreceksız

  5. salam,FERIDE xanim!men de sizin kimi qerib olkedeyem.bura gelin gelmisem dogrudur medeniyyetler,yemekler 1az oxsasalar da yene de oz yemeklerimiz, BAKI ucun burnumun ucu goyneyir. ona gore calisiram oz yemeklerimizi oz coreyimi bisirim.1nece defe sizin saytdan istifade edib yoldasima yemekler hazirlamisam.qaynanam,hetda baldizim (hecneyi beyenmeyen) da beyendi))))suuuuuuuuuuper gorseneir,FERIDE xanim!quru xemir mayeninin evezine yash maya istifade etmek olarmi?qazanin dibini yaglamaq lazim deyil?yoxsa teflon qazanda bisirmek lazimdir?

  6. Co gozeldı bele bır qazan tapsam mende bıshırecem ınshAallah,ellerınız derd gormesın.amın!

  7. Reseptə görə çox sağ olun. Doğrudan da birinci dəfədir ağzı bağlı qazanda necə çörək bişirildiyini gördüm. Amma bildiyiniz kimi maya çox ziyandır. Bəlkə siz mayasız çörək bişirmək üsulu da bilirsiz.Bölüşsəz çox sevinərdim) Uğurlar sizə!

  8. biz pekarnidan bu coreyi alib uzerine sarmsak surterdik isti isti cox lezetli olurdu yaninda bide pendir pamidor olsaaaa … cox qzzl ellerinize saglik

  9. Fəridə xanım əllərinizə sağlıq çoxləzətli görsenir.

  10. sizin bu resept menim email unvanima gelmishdir,oxudum,cox beyendim,amma cuqun qazanim olmadiqina gore hele hazirlaya bilmemishem.Amma menim Amerikada yashayan bacim Aybeniz bununla ikinci defedir ki bu usulla o corekden hazirlayib ve mene skype-da gosterib,eynile sizin hazirladiqiniz kimidi ve dadi da cox xoshuna gelir.bu maraqli reseptlere gore biz size minnetdariq.umid eliyirem ki men de bu yaxin zamanlarda hazirlayacam.
    PS.bacim ketan toxumu unundan da istifade edib ve mene de alib gonderib.Xatirladim ki Azerbaycanda ketan toxumu unu yoxdu.

  11. Salam Feride xanim.men sizin daimi oxucularinizdan biriyem.sizden soruwmaq isteyirdimki,menim emalli qazanim biraz sizin wekildeki qazaninizdan balacadir.balaca qazanda biwirsem hecne olmazki?onda gerek xemiri de bir neçe hisseye bolum?tewekkur edirem.

  12. ARZU – Qazanın həcmi balacaqıdsa, yarım porsiya xəmir hazırlayın.

  13. Tewekkur edirem.biwirecem INWALLAH!

  14. Feride xanim,salam.Bishirdim,cox gozel alindi.Cox minnetdaram.Hele ele bir receptiniz olmayib ki,bishirim ve beyenmemish olum.Sheklinide cekmishem mutleg gondereceyem size.

  15. Salam,cooooox go(el gorsenir..elleriniz dert gormesin..mende tesadufen ag bugda unu evezine covdar unu almisam…axtaris verdim sizin resept cixdi..mutleq prob edecem,cox gozel gorsenir..umid edirem ki menim bisirdiyim corek de sizin bisirdiyiniz kimi cixar…birde sualim var,olarki bu coreyi aliminum qazanda bisirim?cugun qazanim yoxdu bu hundurlukde…

  16. gözəlim fəridə xanım sənə çox təşəkküredirəm .reseptlərindən o qədər məmnunam ki hədsiz .səni çox istəyirəm ay zəhmətkeş bacarıqli xanım .sənin üzünü görmək istəyirəm. görməsəmdə səni ideal xanım kimi bilirəm təqdimatların və reseptlərin üçün çox təşəkkür edirəm

  17. cox gozel gorunur mende bisirecem insallah gorum nece cixacaq ellerinize sagliq

  18. bes un ve su ne qeder gedir bu xemire?

  19. Salam chox gozel chorekdi,inshallah o qazandan tapsam bir gun ederem.
    Mende mayasiz choreyin zakvaskasi var(azerice unudmusham)
    Ondan 1 x qashigi tokub yogururuq 14 saat qalir sonra yene yogururuq sonra 2 saat yarim qalir ele o terzde de qoyuruq sobaya,chorek turshmeze chorek olur,qedim vaxtlardaki kimi.
    Mayani evez edeni Amerikadan refiqem sifarih verib her hefte ise ozum artiriram,kim istese Bakida yashayanlar aylasha bilerem inshallah.
    Ozleri bir st su bir st unla edibler qicqirmiyib,alinmayib qizlarda ona gore sifrish veribler.

  20. Feride xanim, bu suyun da bir fincanini 150 ml hesablayaq ya 200 ml? Men olcu stekaniyla edirem deye ml-la olsa daha rahat olar.

  21. Salam Feride xanım ! Tam buğda unu qara un deyil???? Men qara undan ( ağ unla qarışdırmadan ) çörek bişirmek isteyirem ! Resept varsa bölüşün ! Bu arada şekillerdeki çörek çox gözeldir, ellerinize sağlıq!

    • Afət xanım. Azərbaycanca yəgin qara un da deyilir, tam olaraq əmin deyiləm. Resept üçün Reseptlər bölməsinə baxın.

  22. Yoğurmadan Tam Buğda Unu Cörəyi bişirdim amma icərisi bişmədi. Mən nəyi unudmuşam?

  23. Feride xanim yeqin ki bu qabiliyyet size genetik kecib. Inaniram ki Babaniz sizinle fexr ederdi.

  24. Salam!Çörek neçə dərəcədə pişirilir? 240?

  25. Bakıda “Çörəkçılər Birliyi” və ya cəmiyyəti kimi hər hansı bir qurum varmı?Olsa çox yaxşı olar.Xaricdə göstərirlər çox çeşidli çörəkləri,çox da keyfiyyətli olur,hər cəhətdən.Əsasən də turş xəmir çörəkləri.İndi o texnologiyada çörək istehsal edən demək olar ki,yox dərəcəsindədi.Elə bir şeylər olsa adamların da ağzı dada gələr.Artıq yetər bu zavod çörəyi.Mayanın özü insanın birinci düşmanıdı.Adamlar onu hələ bilmirlər,bilən varsa da çox az adam bilir.Maya haqda bilmiyənlər üçün(az da olsa) “You Tube”-da -вред дрожжи-olan bölməsinə baxsınlar.Maya insan ömrünü yarıya endirən bir kimyəvi maddədir ki,onu da İkinci Dünya müharibəsindən sonra yayıblar.
    Çox istərdim ki,bizlərdə də gözəl,keyfiyyətli çörək bişirən yerlər çox olsun.Sağ olun!

    • Bakıda olmadığıma görə o cür cəmiyyətin olub olmadığı haqda məlumatım yoxdur. Şərhinizə görə çox sağ olun.

  26. Feride bu çöreyi qapaqlı borcamda elemek olar yoxsa ancaq bele qab lazımdı

    • Borcam bu cür yüksək hərarətə yəgin ki, tab gətirməz.

  27. super reseptfir corek reseptiniz

  28. Salam.Sizin reseptlerinizi ancaq qadinlar oxuyur duwunurem ki menim oxumagim size bir qeder qeribe gelecek.Men corek biznesi ile mewgul olmaq isteyirem resept axtararken tapmiwam sizi.Her kesin sizden razi oldugunu gorub fikirlewdim ki siz mene komek ede bilersiniz.Cox xahiw edirem menim emailima bir nece resept gonderesiniz.hal hazirda dukanlarda corek novleri coxdur ne ise bir yenilik olsa mence iwe bawlamaq olar.evvelceden tewekkur edirem cox sag olun allah sizden razi. olsun

    • Şərhinizə görə çox sağ olun. İşinizdə uğurlar arzulayıram. Çörək reseptləri RESEPTLƏR menyusunda var. Oraya baxın. Təəssüf ki, fərdi şəkildə resept paylaşmağa vaxtım yoxdur.

  29. Salam.Men Ketan toxumu unu haradan elde ede bilerem? Cox vacibdi

    • Bakıda olmadığıma görə dəqiq deyə bilmirəm, bağışlayın. Xarici internet səhifələrindən bəlkə sifariş etmək olar. İngiliscəsi flaxseed.

  30. Salam, men US-de quru maya tapa bilmirem. Mayani hardan elde etdiyinizi yaza bilersiz zehmet olmasa?

    • Orada supermarketlərdə dry yeast adı ilə satılır. Və ya active dry yeast. Orada yaş maya tapmaq adətən daha çətindir.

  31. cox saq olun ki bizim ucun bele receplerinizi paylaşirsiniz sizden xaiş edirem dietik ne bilirsiniz menede yollayin.Teşekkurlerimi bildirirem.

  32. Ellerinize saliq süperdi.Sevindim bizim yerli bele bacariqli olsun ve Amerikada bacariqini gosterib.xaiş edirem dietik recepleriniz olanda bize yazin.

  33. salam.ilk olaraq sizə yazıram.Bilmək isterdim tam şəkildə olaraq bizə bir resept yazasız ki,kəpək unundan da qatmaq olarmı? əvvəlcədən təşəkkür ederim.

    • İstəyinizi başa düşmədim sözün düzü. Başqa resept nəzərdə tutursunuz, ya bu resepti?

  34. çox maraqlı idi,
    Teşekkürler

Bir cavab yazın