Badımcan, Bibər və Pomidor Dolması

Sizcə Azərbaycan mətbəxinin ən məşhur yay yeməyi hansıdır? Məndən soruşsanız, deyərdim ki, badımcan, bibər və pomidor dolması. Burada yay və qışın fərqi bir o qədər bilinmədiyi üçün, mən bu dolmanı bütün fəsillərdə bişirirəm.

Bu resept mənim keçən yay Küveytin ingilis-dilli olan Arab Times qəzetinə verdiyim müsahibədə çap olunmuşdur. Arab Times Küveytin ən iri həcmli və ən çox oxunan ingilis dilli qəzetidir.  O vaxtlar qəzetin jurnalisti bloqumu təsadüfən tapıb məndən mətbəximiz barədə intervyu götürmək istədi. Sevincimin həddi-hüdudu yox idi. Bu mənim üçün böyük şərəf idi, çünki Azərbaycanın mətbəxini xaricdə təmsil etməli idim.  Məqalə olduqca maraqlı alınmışdı. Əgər oxumaq istəyirsinizsə, bu linklərə baxa bilərsiniz.

http://www.arabtimesonline.com/pdf08/july/6/page%2027.pdf
http://www.arabtimesonline.com/pdf08/july/6/page%2028.pdf

Nə isə. Gəlin keçək əsas məsələyə, yəni dolmanın necə hazırlanmasına. Bu dolmanı bişirmək üçün  içləri doldurulmuş tərəvəzlər eyni qazana yığılır. İç ət, soğan, pomidor, bibər və reyhandan hazırlanır. Biz bu dolmanın içinə bişmiş ləpə də əlavə edirik- çox ləzzətli olur. Bu, Naxçıvan zonasının variantıdır. Dolmalıq badımcanların hazırlanma qaydası rayondan rayona, hətta ailədən ailəyə dəyişir. Kimi badımcanı əvvəlvə suda pörtür, kimi qızardır, kimi toxumunu çıxardır, kimi çıxartmır, kimi badımcanın papaq hissəsini kəsir və içini təmizləyib doldurur, kimi isə bir tərəfini kəsir. Mən bu gün sizə badımcanın hazırlanmasının bir neçə yolunu göstərəcəyəm – ürəyiniz istəyəni seçin. Nuş Olsun!


BADIMCAN, BİBƏR VƏ POMİDOR DOLMASI

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

6 ədəd kiçik badımcan  (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

İçi Üçün:

4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan – soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər – xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə  (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb,  bişirin)
zövqə görə duz
zövgə görə istiot

1.Əvvəlcə tərəvəzləri hazırlayın.

Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.

Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün,  əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.

Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.

Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın – bunu ətli iç üçün istifadə edəcəksiniz*

2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək r bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın.  Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin. Nuş Olsun!

Related Posts with Thumbnails
Sizin Şərhiniz

82 Şərh
  1. SALAM . COX SAG OLUN FERIDE XANIM.LEPE DEYENDE FERQI YOXDUDA QOZ ,FINDIQ,BADAM VE S.

  2. cox gozel dolmadi yemeye ve hazirlamaga deyer

  3. FIRA: Lepe deyende qoz ve ya findiq deyil. Lepe noxudun yarisina oxsayir. Sari rengde olur. Bazarlarda olur. Ora gedib LEPE sorussaniz, gostererler.

    TUNZALE: Sagh ol butun serherine gore.

  4. DEYMEZ CANIM MENIM,TEKI SEN OXU VE QIYMET VER.OPUREM

  5. ACINDAN OLDUMEEE)))))))COX XOSHUMA GELIR ESASDA POMIDORU)))))COX SAGOL

  6. salam Feride /ela /lap ureyim badimcan dolmasi istedi / gerek hazirlayim/ men de bele hazirlayiram/sadece biber qatmirdim etine /bir de etine goyertilerden ancaq qara reyhan ve keshnish qatiram/spesifik dad verir bu 2 goyerti dolmaya/cox sag ol!

  7. Cox sagh olun, qizlar. Serhlerinizi oxumaq xosdur.

  8. Sağ olun! Çox dadlıdır.

  9. CANIM FƏRİDƏ,SƏNİN FƏALİYYƏTİNİ 2ƏLLİ DƏSTƏKLƏYİRƏM,UĞURLAR DİLƏYİRƏM.AMMA BİZ BAKIDA BADIMCANI VƏ BOLQAR BİBƏRİNİ YAĞDA BİR AZ QIZARDIRIQ (İÇİ TƏMİZLƏNƏNDƏN SONRA),BİBƏRİN DƏ SAPLAĞINI DA ONU ZƏDƏLƏMƏDƏN ÇIXARDIRIQ.HƏR TƏRƏVƏZİ AYRI TAVADA İÇİ DOLDURULANDAN SONRA BİŞİRİRİK.ÇÜNKİ HƏR BİRİNİN AYRI BİŞMƏ VAXTI VAR,POMİDOR TEZ ƏZİLİR.İÇƏ MÜTLƏQ REYHAN VURULMALIDIR.NƏNƏLƏRİMİZDƏN BELƏ GÖRMÜŞÜK TAMAMİLƏ BAŞQA DADI OLUR,MƏSLƏHƏTDİR Kİ, BELƏ DADASIZ.

  10. LALA, salam, cox sagh olun gozel sozlerinize gore. Meslehetlerinize gore de sagh olun, deyerlendirirem. Beli, ayri-ayri da bisirmek olar, duz deyirsiniz.

    Badimcanlari men de qizardiram herden, bu barede reseptde de yazmisam, VARIANT 2-de. BIberleri qizarmiram amma .BIr de bisirende qizardaram, mence de yaxsi alinar.

    Rehyana geldikde ise, menim reseptimde de ele rehyan var, basqa goyerdi yoxdur, belke gozden qacirmisiniz. Cox sagh olun serhinize gore.

  11. Salam Feridə xanım. Saytınız COX xoşuma gəldi. Size ugurlu inkişaf yolu arzu edirem.
    Yuxarıda qeyd olunan yemək bizim regionda tez-tez bişirilən xörəklərdən biridir.
    Buna biz tərəflərdə – aran zonasında “Üç bacı” deyilir.
    Adında göründüyü kimi Badımcan, Bibər və Pomidor – 3 tərəvəzdən, 3 bacıdan söhbət gedir :-))

  12. Mən dolmada ləpəni ilk naxcivanlılarda gördüm. Bizdə sarı qarox deyə tanıyır coxu. Böyük marketlərdə həmişə satılır. yarı bölünmüş noxudu xatırladır. hətda yarpaq dolmasınada qatırlar. Amma onda çox quru olur. Qızartma üsulunu bilmirdim. Cox sağolun aydın yazmısız. Məncə çox gözəl saytdı bu.

  13. NELKA: Lepe Nakhchivan bolgesinde cox istifade olunur. Biz de Ordubad usulu olaraq, bu dolmaya lepe vururuq, menim cox xosuma gelir. Amma tekce lepe olysadi onda quru olardi. Lepe az vurulur.

  14. Cox gozel yemekdir.Men de bishirende biberleri qizardiram.Bu daha lezzetli olur.

  15. Salam Feride xanim.
    Menim 1 problemim var bu yemekle bagli.Bisdikden sonra pamidor ve badimcanlarim cox eprimis olur,sufreye verende dagilmaga baslayir. Bucur olmamasi ucun ne ede bilerem?
    Cox sagolun.

  16. TURKAN: Terevezleri tavaya yighdiqdan sonra su tokmeyin. BU yemek ucun pomidor yetimmis lakin berk olmalidir ki su salmasin. Belke de yemeyi cox bisirirsiniz.

  17. Axirki bu yemeyimde istediyim kimi alindi,bu defe hecbirseyi unutmadan addim-addim sizin yazdiginiz kimi etdim,ve en sonda az bisirdim cox lezzetli alindi.Esasda tervezlerim bu defe eprimedi,olduqlari kimi qaldilar.
    Bunun ucunde cox saq olun.
    Arzu edirem ki saytiniz lappppppppppp cox receptlerle dolu olsun:)

  18. salam.bu yemayi har dafa bijiranda soz veriram ki birda bijirmayacam.cunki istadiyim kimi alinmir.anamin dolmasindan sonra bunu bijiranda lap utaniram.mn biraz su tokuram.bunun ucun pis alina bilar.man istayiram ki yemayim butun yag icinda olsun.ama olmur.birda dagilir.birdaki mutlag nazik badimcan olmalidir?burda badimcan lar cox galindir.portanda ici bijmir..sizdan bir jey sorujmaq istayiram.halva bijirmayi bacarirsinizmi.adeten yaslarda verirler.yoldajim cox sevir.azerbaycanda har zaman nanam bijirardi.arxayin olub oyranmirdim.indi da bir dafa sinamag istayiram.agar bilirsinizsa yazsaniz mamnun olaram.butun gurbatdakilara salamlar.opuram sizi

  19. Teshekkur edirem Feride xanim!
    Saytiniz chox xoshuma gelir.Size uqurlar arzu edirem

  20. Salam.Men bu dolmani bishirmeyi cox xoshlayiram.hemcinin yemeyide)).Ona gore Turkan xanima bir balaca meslehet vermek isterdim.badimcani,biberi bishmeye qoyanda pomidiru qoymayin .biraz kecenden sonra duzun onda ezilmir.

  21. SALAM. COX YERLI YAZILIB. AMMA BIRINCI DEFEDI LEPE VURMAGI ESIDIREM. BIZ LEPESIZ BISIRIRIK, COX GOZEL OLUR. SADECE YAG+ ET+ SOGAN+ GOY BUNLARI QOVURURUQ.

    AMMA LEPEYLE DE DADINA DA BAXMAQ XOS OLARDI

  22. Feride xanim cox sag olun.Bu sayti men tapandan sonra evde dadli yemekler bishir.i

  23. farida xanim yeksiz

  24. Feride xanim, mene perashki xemiri lazimdi. mende çox yumşaq alinmir. nece edim? önceden teüekkürler.

  25. menim en xosdadigim 10 dene yemekler -sup-dolma-toyuq-mimoza salati-as- bozbas-kartosqa-pamador yumurta-kotlet

  26. Salam, Feride xanim! Sizin vetenperverliyinizi cox deyerlendiririk ve ishlerinizde ugurlar arzulayiriq.
    Badimcan-biber dolmasi en sevdiyim yemeklerden biridir. Eti qovuranda duz, istiotla yanashi darcin da vuranda cox amma cox dadli olur.

  27. Salam Feride xanim.Sizin bu fealiyyetiniz meni cox sevindirir.dushunurem ki,azerbaycan metbexini bele gozel sherh eden ikinci bir sayt yoxdur.teskkurler!!!
    PS:indi bu dolmani bishirmeye bashlayacam.

  28. salam Feride xanım. sizin bu dolmalarınız cox gözeldir.Xüsusilədə badımcan dolmanız.Mən belə süşünürəmki Azərbaycan metbexindən gözəl mətbəx mənim fikrimcə heç yerdə ola bilməz.
    çox sağ olun Öpürəm sizi Fəridə xanım. Helelik.

  29. Salam Mən badimcanları belə bişirmirəm.Deyim bəlkə kimsə istifadə edər.Onuda deyimki çox asan olur
    Badımcanları yuyuram Ortadan azca kəsib İçini çay qaşığı ilə təmizləyirəm.Sonrada duz istiot sarı kök vurub davamını Fəridə xanım dediyi kimi edirəm.
    Onuda deyim cox israf edən deyiləm Badimcanların içini təmizləyəndə onları tullamıram.Egər toxumlu deyilsə ondanda yemək bişirirəm.Badicanın içi pamidor soğan bibər birdə kartof.Xırda xırda doğrayıb azcada duru yağ elavə edirəm.Çox dadlı olur.Badıcan dolması qalır qöraqda onu birinci yeyirik.Birdə görüsüz vaxt edib qayıra bilmirəm Həyat yoldaşım deyir bəs ondan qayırmamısan.Birdə badıcan dolmasınki sarmısaq qatıqdı.O olmadı heç yemə.Fəridə xanım Hamının suallarına cavab yazdız ama mənə yazmadız incimişəm özdə qəlbən

  30. AYŞƏN – inciməyin. Ona görə ki mən sizə məktub yazmışdım, məktubum geri gəldi amma. Sizin email qutusu qəbul etmədi. Yazdıqlarım bunlar idi-

    Aysen, salam, cox sag olun semimi serhinize gore:) Sevinirem ki, reseptlerimden istifade edirsiniz. Sloyeniy pirojkiye sloyeniy, yani qat-qat xemir lazimdir. Menden onu cox xahis edibler, gerek bu gunler oturum duzeldim, sekillerini hazirlayim qoyum sayta.

    Biz az gozleyin xahis edirem. Tezlikle harizlamaga calisacagam.

  31. he bu dolmanida biwire bilirem…:) Feride xanim Azerbaycana gelirsiz?

  32. COX QESENG GORUNUR.MUTLEQ BISIRECEM .MENIM YASIM AZ OLDUGUNA BAXMAYARAQ AILELIYEM,ONA GOREDE YEMEK BISIRMEYI OYRENIREM.BEZI YEMEKLER BISIRE BILIREM COX DADLI BISIRIREM.

  33. Salam Feride xanim, Men sizin blogun coxdanki izleyicisiyem bir cox yemekleri bakida olan zaman hazirlayirdim, en cox da shirniyyat novlerini.Indi Kaliforniyaya kocmusuk bundan sonra daha da yardimci olur reseptler cunki burada yazdiginiz levazimatlari her gun marketde gorurem.Birce badimcan dolmasi mene chetin geldi cunki burada yalniz boyuk, tek tek satilan badimcanlari gormusem. Sizin hazirladiqlariniz badimcanlardan yalniz hansisa sezonda elde etmek olar yoxsa nece?Boyuklerle yoxladim gulmeli ama dadli badimcan dolmasi alindi:)

  34. AYSEL – Kaliforniyanın marketlərində il boyu bizdəki badımcanlardan satılır. Bəzilərində olmur, amma çoxunda olur. Adına JAPANESE eggplant deyirlər.

  35. salam feride xanim.men yazdigim katlet reseptinin daxiline hazirlanma sekillerini nece yerlewdire bilerem?

  36. REHYANXANIM – Yazı pəncərəsi açılanda altında Upload Attachment yazısını görəcəksiniz. Ona basın. Choose File görəcəksiniz. Ora basdıqdan sonra istədiyiniz şəkili yükləyin.

  37. Salam. Tesekkurler. Men teze aile qurmusam. Bugun axsam yemeyine verdiyiniz resept uzre bisirecem dolmani. Evvelceden cox-coxlu tesekkur edirem

  38. Selam.Türkiye den yazıyorum.Zebralı kekin yapılış fotoğraflarını ararken sitenizi buldum ve çıkamıyorum :)
    Radyoda program yapıyorum ve yemek tarifleri de veriyorum.Farklı malzemeler kullanıyorsunuz.Alternatif lezzetler olarak faydalanmak istiyorum.
    Çok canayakın bir anlatımınız var.Hiç güçlük çekmiyorum.Başarılarınızın devamını dilerim.

  39. dunan biwirmiwdim yeriniz malum.

  40. Her sey cox gozeldir. ama bizim zonada lepeden umumiyyetle istifade olunmur. ona gore lepeli hec cur tesevvur ede bilmirem. indi bisirecem ama lepesiz. ellerinize sagliq. tskrler

  41. feride xanim siz naxcivanlisiz?

  42. salam..cox qeseng gorunur..ama mende basqa formada bisirirem,meselen men reyhan vurmuram..badimcanlari qizardiram..

  43. 1.Bibəri mütləq suda 2-3 dəqiqə qaynatmaq lazımdır. Bu aksiomadır.Badımcanı isə qaynatmaq məsləhət görülmür.Ancaq yavaş odda qızartmaq lazımdır. Ləpənin isə bura heç bir dəxli yoxdur.

  44. AYGUN – Bibərlərin qaynadılmasını heç eşitməmişəm. Badımcanı isə pörtməkdə olar, qızartmaq da. Bunu reseptdə qeyd etmişəm. Ləpəni Naxçıvan zonasında xüsusiylə də Ordubadda bu dolmaya vururlar. Ona görə dəxlisi var. Olduqca ləzzəti olur. Hər bölgənin ayrı bişirmə üsulu olur, hamısını nə siz nə də ki mən bilə bilərik.

  45. Mende ”SANA KİTABİ ”var ,ordada biberi qaynatmag yazilib,amma men qaynatmiram,badimcani portdedirem,amma qizartmiram.Lepeli hec elememisem,indi gordum .Amma mutleq edeceyem insallah .Cox sag olun,Feride xanim

  46. Cox sevdiyim yemekdir. Elave olaraq men dolmalarin altindan bir lay goy lobya duzurem, bu anamin men verdiyi sirrdir. Lobyalar etin dadinda cox lezzetli olur.

  47. en xoşladiqim yemek xengəldi

  48. Dadlı dolmadır,Mən qazana yıgdıqdan sonra üstündən darçın da səpirəm çoooox dadlı olur darçınla prob etsəz peşman olmazsız

  49. bu yemeyi cooooooooooooooooooooooooooooox sevirem!

  50. Bizde ise yeni Berde zonasında bu dolmaya lepe yox əvvəlcədən qaynadılıb qabığı təmizlənmiş noxud qatırlar.birdə bu yeməyin canı ağ reyhandı.əla dad verir.badımcanı ise qızardanda gözəl olur.

  51. feride xanım bu xöreyi bir başqa variantda bele elemek olar.badımcanı xırda kubik doğrayıb yağda qızardırsan.oraya doğranmış bibər və pamidor əlavəedirsən .əti çəkib soğanla qovurub hazırlanan badımcanla qarışdırırsan.teze reyhan doğrayıb 5deqiqə qazın üstə saxlayıb götürürsən.çox qəşəng olur elə bu dolmanın dadını verir.

  52. men cox sevirem bu dolmani cox dadlidi indi ele istedim yemek hamileyem ureyim istedi

  53. men bisirmek isteyirem cox qorxuram alinmaz deye ancaq burda yazilanlari oxudum cetin deyilmis.Feride xanim cox sagolun men birde bilmek isteyirem bu dolmaya pamidor berk olmalidi yumusaq su tokmek olar.

  54. bizim tereflerde ise badimcanin basini kesib icini ovurlar

  55. reseptinize gore teshekurler,ellerinize saglig

  56. Salam mende sizin reseptle bisirdim bu defe dolmani ve
    Bu defe cox yaxsi alindi . Evveller bu dolma mende alinmirdi .sizin sayti cox beyenirem paxlavada eledim sizin reseptle
    Cox gozel alindi hec kes inanmirdi ki men bisirmisem:)
    Cooox sagolun

  57. SALAM,Feride xanim.ellerinize sagliq.bir soz sorusmaq isterdim.bu dolmanin qazanina su ve yaxud etin suyunu da eleve etmek lazimdir?tekce 2 xorek qasigi yagla o bisermi?tesekkurler.

  58. Naxcivan zonasi badimcan dolmasinin icini bir bashga hazirlayir.Goyun etinin yagli hissesi kubik sheklinde kicik dogranir.Guyrug da cox vaxt gatilir.Bol sogan gizardilib gatilir.gizilgül lecekleri,mütleg noxudun yarisi olan lepe,darcin,duz,istiot,sarigül,yoxdursa,sarikök gatilir.Galan emeliyyat,yeni badimcan,biber,pomidorun hazirlanmasi yuxaridaki kimidir.Bir de bishdikden sonra suyunu tam cakmelidir.yaga düshse,daha dadli olar.Feride xanim sag olun ki,milli yemeklerimizi dünyada tanidirsiz.

  59. AFAQ,yəqin ki siz Naxçıvan bölgəsindənsiz. Təqdim etdiyiniz dolma üsulu maraqlı gəldi,xüsusi ilə də qızılgül ləçəklərinin əlavə olunması. Əgər bu usulda badımcanın dolmasının reseptini dəqiq ölçüləriylə bilirsinizsə ayrıca resept kimi blogumuzun Azərbaycan dilində ola forumunda yerləşdirə bilərdiz. Həm fotoşəkilləriylə olsa daha gözəl. Çox sağ olun,yazınıza görə.

    * Sarıgül adlı ədviyyat adına ilk dəfədir rast gəlirəm,bu zəfəran deyil ki təsadüfən?

  60. Meslehetdir ki, pomidorun saplaq terefini deyil, o biri terefini kesesiniz. Çunki saplaq terefi daha berkdir ve bisdiyi zaman alti ezilmir.

  61. Salam Fəridə xanım reseptə görə çox sağ olun. Mən sizin bu reseptlərinizin çoxunu sınaqdan çıxartmışam, hamısı da əla alınıb. Çoooox təşəkkür edirəm. Bir sulaım var birinci üsulda badımcanları duzlamadan acısını çıxartmadan qaynadırıq?

  62. AYTƏN, yaxşı olar ki dolma üçün badımcanları əvvəlcədən seçib alasız. Çünki acısı olan badımcanı nə qədər duzlu suda saxlasaz da acılğı tam ölmür,yeməkdə dadı hiss olunur. Hazırda bazarda və ya marketlərdə göbələk badımcanı (elə adi qara badımcandır) satılır. Həmin badımcanlar tumsuz və ya az tumlu olur,acısı da olmur. Bu badımcanlar bir qədər uzun olsalar da dolma üçün onları iki hissəyə bölməklə də istifadə edə bilərsiz.

    Fəridə xanımın reseptinə görə 1ci üsulla badımcanlar qaynar suda pörtlədildikdə acısı çıxarılmır. Amma istəyə görə edə də bilərsiz. Əgər əvvəlcə qeyd etdiyim tumsuz badımcanlardan tapa bilməsəz,çalışın tumu çox olan badımcanların tumlu hissələrini yaxşı təmizləyəsiz. Acısını çixarmaq üçün badımcanlara duz səpib suya qoyduqdan sonra istifadə edərkən yaxşıca suyunu sıxmaq da lazımdır. Lazım gələrsə ikinci dəfə də duzlu suya qoymaq olar.

  63. Çox sağ olun Gülər xanım eynilə bu reseptlə bişirdim super alındı

  64. indi gedib biwirerem

  65. Men daha cox qiymeynen xowudram ona biz lepede vururug cox dadli olur

  66. SALAMLAR MEN DE BUGÜN SIZIN YAZDIGINIZ TARIFI DENEYECEYIM SIZE TESEKKÜR EDIREM HER SEYI EN INCE DETAYINA KIMI GÖSTERMISIZ COOX SAG OLUN

  67. salam feride xanim necesiz? isler necedi? men bu domaya omrumu vererem ona gore bunu size gore 28 dekabr bisirdim elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa demek az olar o qeder lezetli oldu ki men ozum bu reseple bisirirdim ama bele immmmmmmmmmmmmmm olmurdu yeqin sizi dusune ve bunu sizinle etdiyime gore 31 dekabr qonaqlar cox olacaq bisirecem qonaqlarimda bilsin elimin lezetini tebiii ki bu sayti onlara deyecem onlarda bilsin mene kesin tesekur edecekler e tabi sizin feride kimi xanim saytidi

  68. cox sag olun

  69. cox sag olun bisirilmeyini hec bilimirdim sag olun

  70. çox sag ol fəridə xanım

  71. cox sag olun

  72. xanimlar salam duzunu desem badimcan dolmasini ne kisnisli nede duyulu lepeli hec xoslamiram en sevdyim sade reyhanli dolmadi

  73. məsləhətinizə görə sağ olun

  74. xanimlar salam,duzu yemekleri her zona bir cure biwirir ,kimi edvadan cox istifade edir kimi ferqli ferqli goyertilerden!ama nedendise bu badimcan dolmasinda her yerde eynidi))))
    mende Feride xanim biwirdiyi reseple eyni biwirirem!xanimlar duz diyir terevezler eyni vaxtda biwmir pamidor cox vaxt ezilir,men buna gore badimcani qizardanda adeten biberide biraz qizardiram onda hem tami qeweng olur hem hamisi eyni vaxtda biwir!meslehetkimi sizde birdefe biberi qizartmayanlar qizartsin ela cixir!!!!tewekkurler!!!

  75. cox sagolun twr

  76. salam mende ilk bdefe bisirecem siz deyen kimi ama bilmirem indiki yay badimcanindan alinar? birdeki badimcani duzlu suda qaynadmasaq aci olmaz? tesekurler

  77. salam cox sag ol farida xanim

  78. Cox gozeldi.ama hazirlanmasi vaxt alir birde sizden xahiw etsem toyuq qrlinin reseptini yaza bilersiz?

  79. SALAM ISTIYIREM KI,CEKILMIS ETDEN(LIBOY) YEMEK TERIFLERI VERESIZ.VOBSI MEN ET YEKELERINDEN YALNIZ BOZ-BASH DAAN BASQA HECNE BILMIREM XAIS EDIREM ETDEN HAZIRLANAN YEMEKLER YAZASIZ… MEN SIZIN BISIRDIYINIZ BADIMCAN_BIBER_POMODIR DOLMASINI BISIRDIM ELA ALINDI.

  80. COX GOZEL

  81. Ordubad dolmasi cekilmis etle yox cox xirda xirda doqranmis etle hazirlanir. ( min defe cekilmis etden dadli olur ) Lepe ise ele noxuddu 2 yere ayrilib. noxudu suya qoyun birez bosalanda onu metbext desmalina tokun ve ovusdurun noxud qabiqdan cixib 2 yere ayrilacaq.

  82. cox gozle