kataloq

Badımcan, Bibər və Pomidor Dolması

Sizcə Azərbaycan mətbəxinin ən məşhur yay yeməyi hansıdır? Məndən soruşsanız, deyərdim ki, badımcan, bibər və pomidor dolması. Burada yay və qışın fərqi bir o qədər bilinmədiyi üçün, mən bu dolmanı bütün fəsillərdə bişirirəm.

Bu resept mənim keçən yay Küveytin ingilis-dilli olan Arab Times qəzetinə verdiyim müsahibədə çap olunmuşdur. Arab Times Küveytin ən iri həcmli və ən çox oxunan ingilis dilli qəzetidir.  O vaxtlar qəzetin jurnalisti bloqumu təsadüfən tapıb məndən mətbəximiz barədə intervyu götürmək istədi. Sevincimin həddi-hüdudu yox idi. Bu mənim üçün böyük şərəf idi, çünki Azərbaycanın mətbəxini xaricdə təmsil etməli idim.  Məqalə olduqca maraqlı alınmışdı. Əgər oxumaq istəyirsinizsə, bu linklərə baxa bilərsiniz.

http://www.arabtimesonline.com/pdf08/july/6/page%2027.pdf
http://www.arabtimesonline.com/pdf08/july/6/page%2028.pdf

Nə isə. Gəlin keçək əsas məsələyə, yəni dolmanın necə hazırlanmasına. Bu dolmanı bişirmək üçün  içləri doldurulmuş tərəvəzlər eyni qazana yığılır. İç ət, soğan, pomidor, bibər və reyhandan hazırlanır. Biz bu dolmanın içinə bişmiş ləpə də əlavə edirik- çox ləzzətli olur. Bu, Naxçıvan zonasının variantıdır. Dolmalıq badımcanların hazırlanma qaydası rayondan rayona, hətta ailədən ailəyə dəyişir. Kimi badımcanı əvvəlvə suda pörtür, kimi qızardır, kimi toxumunu çıxardır, kimi çıxartmır, kimi badımcanın papaq hissəsini kəsir və içini təmizləyib doldurur, kimi isə bir tərəfini kəsir. Mən bu gün sizə badımcanın hazırlanmasının bir neçə yolunu göstərəcəyəm - ürəyiniz istəyəni seçin. Nuş Olsun!


BADIMCAN, BİBƏR VƏ POMİDOR DOLMASI

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

6 ədəd kiçik badımcan  (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

İçi Üçün:

4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan - soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər - xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə  (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb,  bişirin)
zövqə görə duz
zövgə görə istiot

1.Əvvəlcə tərəvəzləri hazırlayın.

Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.

Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün,  əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.

Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.

Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın - bunu ətli iç üçün istifadə edəcəksiniz*

2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib 3 dəqiqə ərzində, rəngi bir az dönənə qədər bişirin. Soğanı ətə əlavə edib, birlikdə təxminən 15 dəqiqə ərzində qızardın.  Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin. Nuş Olsun!

Related Posts with Thumbnails

23 Comments Add your own

  • 1. fira  |  Aprel 28th, 2009 at 1:57 am

    SALAM . COX SAG OLUN FERIDE XANIM.LEPE DEYENDE FERQI YOXDUDA QOZ ,FINDIQ,BADAM VE S.

  • 2. TUNZALE  |  Aprel 29th, 2009 at 7:43 am

    cox gozel dolmadi yemeye ve hazirlamaga deyer

  • 3. FƏRİDƏ  |  Aprel 29th, 2009 at 10:09 am

    FIRA: Lepe deyende qoz ve ya findiq deyil. Lepe noxudun yarisina oxsayir. Sari rengde olur. Bazarlarda olur. Ora gedib LEPE sorussaniz, gostererler.

    TUNZALE: Sagh ol butun serherine gore.

  • 4. TUNZALE*93  |  Aprel 29th, 2009 at 9:40 pm

    DEYMEZ CANIM MENIM,TEKI SEN OXU VE QIYMET VER.OPUREM

  • 5. sladkayewka  |  May 3rd, 2009 at 11:48 pm

    ACINDAN OLDUMEEE)))))))COX XOSHUMA GELIR ESASDA POMIDORU)))))COX SAGOL

  • 6. Ceyran  |  May 4th, 2009 at 12:37 am

    salam Feride /ela /lap ureyim badimcan dolmasi istedi / gerek hazirlayim/ men de bele hazirlayiram/sadece biber qatmirdim etine /bir de etine goyertilerden ancaq qara reyhan ve keshnish qatiram/spesifik dad verir bu 2 goyerti dolmaya/cox sag ol!

  • 7. FƏRİDƏ  |  May 4th, 2009 at 12:04 pm

    Cox sagh olun, qizlar. Serhlerinizi oxumaq xosdur.

  • 8. Colleen  |  May 16th, 2009 at 10:16 pm

    Sağ olun! Çox dadlıdır.

  • 9. LALA  |  May 19th, 2009 at 2:48 am

    CANIM FƏRİDƏ,SƏNİN FƏALİYYƏTİNİ 2ƏLLİ DƏSTƏKLƏYİRƏM,UĞURLAR DİLƏYİRƏM.AMMA BİZ BAKIDA BADIMCANI VƏ BOLQAR BİBƏRİNİ YAĞDA BİR AZ QIZARDIRIQ (İÇİ TƏMİZLƏNƏNDƏN SONRA),BİBƏRİN DƏ SAPLAĞINI DA ONU ZƏDƏLƏMƏDƏN ÇIXARDIRIQ.HƏR TƏRƏVƏZİ AYRI TAVADA İÇİ DOLDURULANDAN SONRA BİŞİRİRİK.ÇÜNKİ HƏR BİRİNİN AYRI BİŞMƏ VAXTI VAR,POMİDOR TEZ ƏZİLİR.İÇƏ MÜTLƏQ REYHAN VURULMALIDIR.NƏNƏLƏRİMİZDƏN BELƏ GÖRMÜŞÜK TAMAMİLƏ BAŞQA DADI OLUR,MƏSLƏHƏTDİR Kİ, BELƏ DADASIZ.

  • 10. FƏRİDƏ  |  May 19th, 2009 at 8:06 am

    LALA, salam, cox sagh olun gozel sozlerinize gore. Meslehetlerinize gore de sagh olun, deyerlendirirem. Beli, ayri-ayri da bisirmek olar, duz deyirsiniz.

    Badimcanlari men de qizardiram herden, bu barede reseptde de yazmisam, VARIANT 2-de. BIberleri qizarmiram amma .BIr de bisirende qizardaram, mence de yaxsi alinar.

    Rehyana geldikde ise, menim reseptimde de ele rehyan var, basqa goyerdi yoxdur, belke gozden qacirmisiniz. Cox sagh olun serhinize gore.

  • 11. Aynur  |  Iyul 28th, 2009 at 2:10 pm

    Salam Feridə xanım. Saytınız COX xoşuma gəldi. Size ugurlu inkişaf yolu arzu edirem.
    Yuxarıda qeyd olunan yemək bizim regionda tez-tez bişirilən xörəklərdən biridir.
    Buna biz tərəflərdə – aran zonasında “Üç bacı” deyilir.
    Adında göründüyü kimi Badımcan, Bibər və Pomidor – 3 tərəvəzdən, 3 bacıdan söhbət gedir :-))

  • 12. Nelka  |  Avqust 6th, 2009 at 12:49 am

    Mən dolmada ləpəni ilk naxcivanlılarda gördüm. Bizdə sarı qarox deyə tanıyır coxu. Böyük marketlərdə həmişə satılır. yarı bölünmüş noxudu xatırladır. hətda yarpaq dolmasınada qatırlar. Amma onda çox quru olur. Qızartma üsulunu bilmirdim. Cox sağolun aydın yazmısız. Məncə çox gözəl saytdı bu.

  • 13. FƏRİDƏ  |  Avqust 7th, 2009 at 9:20 am

    NELKA: Lepe Nakhchivan bolgesinde cox istifade olunur. Biz de Ordubad usulu olaraq, bu dolmaya lepe vururuq, menim cox xosuma gelir. Amma tekce lepe olysadi onda quru olardi. Lepe az vurulur.

  • 14. maisa  |  Avqust 20th, 2009 at 9:03 am

    Cox gozel yemekdir.Men de bishirende biberleri qizardiram.Bu daha lezzetli olur.

  • 15. Turkan  |  Avqust 24th, 2009 at 4:01 am

    Salam Feride xanim.
    Menim 1 problemim var bu yemekle bagli.Bisdikden sonra pamidor ve badimcanlarim cox eprimis olur,sufreye verende dagilmaga baslayir. Bucur olmamasi ucun ne ede bilerem?
    Cox sagolun.

  • 16. FƏRİDƏ  |  Avqust 24th, 2009 at 9:58 pm

    TURKAN: Terevezleri tavaya yighdiqdan sonra su tokmeyin. BU yemek ucun pomidor yetimmis lakin berk olmalidir ki su salmasin. Belke de yemeyi cox bisirirsiniz.

  • 17. Turkan  |  Sentyabr 5th, 2009 at 8:24 am

    Axirki bu yemeyimde istediyim kimi alindi,bu defe hecbirseyi unutmadan addim-addim sizin yazdiginiz kimi etdim,ve en sonda az bisirdim cox lezzetli alindi.Esasda tervezlerim bu defe eprimedi,olduqlari kimi qaldilar.
    Bunun ucunde cox saq olun.
    Arzu edirem ki saytiniz lappppppppppp cox receptlerle dolu olsun:)

  • 18. aysel  |  Dekabr 18th, 2009 at 3:25 pm

    salam.bu yemayi har dafa bijiranda soz veriram ki birda bijirmayacam.cunki istadiyim kimi alinmir.anamin dolmasindan sonra bunu bijiranda lap utaniram.mn biraz su tokuram.bunun ucun pis alina bilar.man istayiram ki yemayim butun yag icinda olsun.ama olmur.birda dagilir.birdaki mutlag nazik badimcan olmalidir?burda badimcan lar cox galindir.portanda ici bijmir..sizdan bir jey sorujmaq istayiram.halva bijirmayi bacarirsinizmi.adeten yaslarda verirler.yoldajim cox sevir.azerbaycanda har zaman nanam bijirardi.arxayin olub oyranmirdim.indi da bir dafa sinamag istayiram.agar bilirsinizsa yazsaniz mamnun olaram.butun gurbatdakilara salamlar.opuram sizi

  • 19. Sevda Ismayilova  |  Yanvar 12th, 2010 at 5:32 am

    Teshekkur edirem Feride xanim!
    Saytiniz chox xoshuma gelir.Size uqurlar arzu edirem

  • 20. jalem  |  Fevral 2nd, 2010 at 12:52 am

    Salam.Men bu dolmani bishirmeyi cox xoshlayiram.hemcinin yemeyide)).Ona gore Turkan xanima bir balaca meslehet vermek isterdim.badimcani,biberi bishmeye qoyanda pomidiru qoymayin .biraz kecenden sonra duzun onda ezilmir.

  • 21. Lale Eliyeva  |  May 3rd, 2010 at 3:09 am

    SALAM. COX YERLI YAZILIB. AMMA BIRINCI DEFEDI LEPE VURMAGI ESIDIREM. BIZ LEPESIZ BISIRIRIK, COX GOZEL OLUR. SADECE YAG+ ET+ SOGAN+ GOY BUNLARI QOVURURUQ.

    AMMA LEPEYLE DE DADINA DA BAXMAQ XOS OLARDI

  • 22. Togrul  |  May 8th, 2010 at 12:23 pm

    Feride xanim cox sag olun.Bu sayti men tapandan sonra evde dadli yemekler bishir.i

  • 23. yegana  |  Iyun 10th, 2010 at 2:06 pm

    farida xanim yeksiz

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed