
Dondurma sevənlər üçün sürpriz! Dükkandan dondurma almaq yerinə, artıq dondurmanı özünüz hazırlaya bilərsiniz. Lap reklam kimi səsləndi ki:) Dondurma hazırlamaq o qədər də çətin iş deyil. Dondurma maşını olanlar üçünsə, bu iş daha da yüngülləşir. Maşınınız yoxdursa, narahat olmayın, aşağıda dondurmanın maşınsız necə hazırlaması detallı şəkildə izah olunur. Maşın sadəcə olaraq dondurmanı qarışdırmaq və bərkitmək üçün istifadə olunur. Bunu bizim üçün öz əllərimiz, mikserimiz, soyuducumuz və buzluğumuz da edə bilər.
Bu reseptdən olduqca ləzzətli qaymaqlı dondurma alınır. Lap Bakıda əvvəllər satılan plombirin dadını verir. Siz də hazırlayıb dadına baxın, yayın gəlişini dondurma ilə qeyd edin.
DİQQƏT! DİQQƏT! - Ayırdığınız yumurta ağlarını soyuducuya qoyun. Yumurta ağı soyuducuda qapağı bağlı qabda bir həftəyə dək qala bilər. Tezliklə sizə onları istifadə edə biləcəyiniz sürpriz şirniyyat resepti çatdıracağam!
QAYMAQLI VANİLLİ DONDURMA
Resept Dori Qrinspənin “Baking: From My Home to Yours” kitabından bəzi dəyişikliklər edilməklə götürülmüşdür.
Ərzaqlar
2 stəkan süd
2 stəkan qaymaq
5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)
QEYD: Vanil ekstaktl duru olur. Supermarketlərdə olmamış olmaz. Əgər yoxdursa, onun əvəzinə yarım çay qaşığı vanil tozu istifadə edə bilərsiniz. Belə halda, vanil tozunu addım 2-də yumurta və şəkər qarışığına əlavə edib qarışdırın.
1. Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.
2. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın. Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə.

3. Qaynatdığınız süd-qaymağı təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın.
4. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq. Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.

5. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib, qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun - ən az 3 saat ərzində, ən çox isə bir gecə ərzində.
6. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa qoyun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və daha qaymaqlı olsun (aşağıdakı şəkildə dondurma buzluqdan qarışdırılması üçün çıxardılmışdır). Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin. Nuş Olsun!

100 Comments Add your own
1. sladkayewka | May 13th, 2009 at 2:16 am
cox sagol ellerine sagliq
2. fira | May 13th, 2009 at 2:40 am
SALAM FERIDE XANIM .MEN DE SIZDEN DONDURMA RESEPTI XAHIS EDECEKDIM.BIR SEYI BASA DUSMEDIM.SUDLU QAYMAQLI BISMIS KUTLENIN YARISINI ISTI -ISTI TOKMEK LAZIMDIR YUMURTANIN ICINE.
3. Ceyran | May 13th, 2009 at 2:45 am
SUPER /COX SAG OL FERIDE /MUTLEQ DENEYECEM!!!
4. mavi sekerler | May 13th, 2009 at 5:24 am
feride xanim dondurmaya sokolad elave etmek olar?
5. Fəridə | May 13th, 2009 at 7:46 am
SAG OLUN SERHLERİNİZE GORE.
FİRA, Beli, qaynar sudlu-qaymaghin bir azini yumurtanin icine tokub qarisdirin, sonra hamisini.
MAVI SEKER: Shokolad da olar. BUnun ucun bir az shokolad eridib, yazir bismis dondurmanin icine tokub qarisdirin. Sonra ise soyuducuya qoyun, ve qalan isleri de edin.
6. Aynur | May 13th, 2009 at 10:23 am
Supppppppppppppppperrrrrrrrrrrrrr….
Bax bunu etmeye deyer!
Thanks, dear!!!
7. afag | May 13th, 2009 at 11:59 pm
salam…
Feride xanim zexmet olmazsa burda amerikada bu hansi qaymaxti…
men hec rast gelmemisem, belke rast gelmisem fikir vermemisem…
degiglestirmek ucun deyirem bir sizden sorusum…
cox sagolun…
8. VEFA | May 14th, 2009 at 1:59 am
cox sag olun shirin sheker balalar ve xanimlar dondurmani cox severler
9. FƏRİDƏ | May 14th, 2009 at 8:16 am
AFAQ, Amerikada buna HEAVY CREAM deyirler. Butun supermarketlerde var.
10. tunzale | May 16th, 2009 at 3:33 pm
Salam Färidä xanim yenä mäni marglandiran 1sual var.isvecdä män bilmiräm adi nädir gaymagin burda o gädär sudlu äsyalar var ki,bilmiräm hansi gaymag olar.cox cätindir bulmag sizcä internetdä tapa biläräm adi nädir?mumkunsä mänä tapib adini yazsaz mämnun olaram.vä cox sag olun ki dondurma reseptini blogunuza goydunuz.bu resepti coxdan axdarirdim män.cox sag olun!
11. FƏRİDƏ | May 18th, 2009 at 9:45 am
TUNZALE, Isvec dilinde qaymaq bunlardan biridir:
grädde, kräm, redd soppa, grädda, elit, krämfärg
Bilmirem hansi duzdur. Oranin dilini bilmirem. Qati ve yagli sude oxsayir.
12. tunzale | May 19th, 2009 at 6:39 am
cox sag olun axtarib tapdiginiz ucun.mäncä grädde olmalidir.o var magazalarda alaram cox sag olun.mutläg alib edäcäyäm dondurmani.
13. Guler | Iyun 3rd, 2009 at 8:55 am
Salam,Fəridə. Çox sağol ki,bu dondurmanın reseptini yazmısan. Havalar bir az istiləşəndə çalışacağam hazırlayım.Neçə ildir qaymaqlı dondurmaya həsrətəm,demək olar satışdakıları yemirəm. Bu reseptin hesabına bu yay dondurmasız qalmaram.
Maç-maç:)
14. nermin | Iyun 17th, 2009 at 10:16 am
bu dondurmani adi soyuducuda elemey olar?????
15. FƏRİDƏ | Iyun 17th, 2009 at 10:57 am
NERMIN, reseptde yazdighim kimi, beli, adi soyuducuda, sonra ise buzluqda saxlayiriq. resepde deqiq ne basa dusulmurse, xahis edirem mene yaz.
16. metanet | Iyun 21st, 2009 at 2:41 am
feride xanim resepte gore saqol bes qlazur elave etmek olar?ve nece edek?
17. ramil | Iyun 24th, 2009 at 11:46 am
salam . yazdiginiz dondurmanin reseptini goturdum . hazirlayib neticesini size deyecem.
Pashketi hazirladiq cox dadliydi.
18. FƏRİDƏ | Iyun 25th, 2009 at 1:07 pm
METANET: Shokoladli qlazurunuz varsa, dondurmani sufreye verende ustune toke bilersiniz.
RAMIL: Ughurlar!
19. Gunel86 | Iyun 27th, 2009 at 3:54 am
cox gozel dondurmadi, cox sagolun feride xanim. mutleq hazirlayib dadina baxacagiq.
20. Ulya | Iyul 1st, 2009 at 12:18 pm
Canim cooooox sagol diqqetine göre. Cox sagol ki isteyimizi nezere aldin ve resepti yerlewdirdin.Mütleq hazirlayib neticesini yazacam.
21. Ulya | Iyul 1st, 2009 at 12:37 pm
Feride bir sualim var. Bu reseptden nece porsiya dondurma cixartmaq olar? Yeni nece qab ve texminen ne qeder alinir.Hansi miqdarda
22. FƏRİDƏ | Iyul 1st, 2009 at 12:50 pm
ULYA, sekilde gorduyun dondurma toplarindan texminen 10 dene cixir. yani 4 neferlik texminen. baxir kim ne qeder yeyecek:)
23. Ulya | Iyul 5th, 2009 at 8:55 pm
Cox sagol. Bes o toplari nece etmisen? Formayla yoxsa qawiqla? Men hazir dondurma alanda hemiwe ele top weklinde sufreye vermek istemiwem ama alinmayib. Qawiqla siyirmiwam yene alinmayib:)
24. FƏRİDƏ | Iyul 5th, 2009 at 10:04 pm
ULYA, toplasi ice cream scoop deyilen bir qasiq var, onula elemek olur. Gormek istesen, Sekili burda var:
http://www.chefscatalog.com/img/products/285×285/24241_285.jpg
25. Nailə | Iyul 20th, 2009 at 6:38 am
Feride xanim, resepte gore cox sag ol. Men buna oxsarini bisirirerm, amma men kraxmaldan istifade edirem. Mence sizin resept daha dadli olar. Yoxlayacam mutleq!
26. Nailə | Iyul 20th, 2009 at 6:44 am
Feride xannim, xahis etsem dondurma-tort-un reseptini ve hazirlama qaydasini gostere biersinizmi. Cox sag olun.
27. FƏRİDƏ | Iyul 22nd, 2009 at 12:07 pm
NAILE: Dondurma tortun reseptini tezlike soz vere bilmerem, amma bir gun olacaq.
28. arzu | Avqust 9th, 2009 at 5:11 am
ukrayna sayagi borsh
29. Ellada | Avqust 11th, 2009 at 1:34 am
Salam Feride xanim.resepte gore minnetdariq.Sorusmaq isteyirem,sudsuz dondura olarmi,ele bir resepte rast gelmisem.ELLADA
30. FƏRİDƏ | Avqust 11th, 2009 at 3:31 pm
ELLADA: Suzduz ola biler, amma onda da qaymaghi olmalidir. Mence.
31. aysel | Avqust 29th, 2009 at 2:26 am
salam feride xanim ,resepte gore tewekkurler.qaymaqsiz olar bunu elemek?
32. Aynur | Sentyabr 29th, 2009 at 2:54 pm
salam Feride xanım.cox sag olun ki,bu cür gözəl reseptləri yazaraq,bizlərə bilmədiklərimzi də öyrədirsiniz! Allah sizdən razı olsun!Əllərinizə,ürəyinizə saglıq!
33. yasin | Oktyabr 4th, 2009 at 6:10 am
Ela el
adir
34. GUNAY | Oktyabr 8th, 2009 at 3:35 am
feride xanim dondurmanin delisiyem.o ki,qaldi yumurta aglarina ondan ela bizeler alinir.sinaqdan kecirtmisem.aglari sekerle qarisdir,liste qoy bisir/
35. Gunay | Noyabr 26th, 2009 at 3:38 am
obaa super tewekkur
36. Taleh. | Dekabr 3rd, 2009 at 3:09 pm
Salam. Bu sehife superdir. Bu sehifeni teshkil eden butun insanlara teshekkur edirem. burda esl paxlavanin resepti olsa ela olar. cox sagolun.
37. umid | Dekabr 27th, 2009 at 12:59 pm
cox dadli gorunur amma hele ki bisirmemisem 87yas umid
38. aygun bayhanli | Yanvar 14th, 2010 at 6:26 am
selam men pratik dondurma resepti verecem 2st tam yagli yogurt+1 st seker 2 limon suyu 2 limon qabigi rendesi 1 paket vanilya bir guzel cirpilir kaliba bosaltilib buzlukda bekletilir servis zamani marmelatla suslenir
39. Aytac | Yanvar 19th, 2010 at 1:36 pm
salam. men sabah deneyecem. bacimin isteyile:)
40. Aytac | Yanvar 19th, 2010 at 1:37 pm
teshekkurler)
41. Elvin | Fevral 5th, 2010 at 8:13 am
Mən bu saytı çox sevdim.Bu saytda əla xəbərlər var.Sağolun.
42. Mina | Mart 13th, 2010 at 1:36 pm
cox sag ol,Feride xanim
43. Yegane | Mart 22nd, 2010 at 7:58 am
Cox sag olunnnnnnnnnnn.
44. gulcin | Mart 25th, 2010 at 7:38 am
cox sag olun ALLAH razi olsun bu gozel resept ucun ins ziden yeni reseptler gozleyirik
45. Məleykə | Aprel 7th, 2010 at 3:18 am
F’rid’ xan;m m’n indi qaymaqlı dondurmanı hazırladım butun ərzaqları sizin yazdıqız kimi qatdım ətri çox əladır əsil dondurma ətri verir amma 7dəqiqə ərzində hazır olmaq əvəzınə çürümüş südbənzər bir məhlul alındı nolah sizə qurban olum mümkünsə mənə tez cavab yazında mən nə edim o məhlulu atım yoxsa qoyum soyuducuya
46. FƏRİDƏ | Aprel 7th, 2010 at 8:46 am
MELEYKE: Burda seherdir indi oxuyuram yazini. Yox, yox, atma, elece qoy dondurucuya. Dondurma olacaq:)
47. Məleykə | Aprel 7th, 2010 at 10:24 am
Fəridə xanım bağışlayın sizidə narahat etdim öz həyəcanımla mən sonra belə qərara gərara gəldimki(qaynanamın məsləhəti ilə) o məhlulu qoyum dondurucuya eh bilirsiniz indi nə oluuuub dondurma döyure həyatdıye həyat o qədər sevinmişik hələ balacaları demirəm indi yedik super olub həyat yoldaşımın və ailəmizin adından sizə çoxlu salamlar və təşəkkür var bundan sonra mağazadan dondurma almağa əlvida dedik həm maddi həmdə keyfiyyət baxımından çox sərfdi öpürəm sizi sağolun nəyaxşıki siz varsınız allah sizin canınızı salamat etsin hər zaman belə maraqlı və yeni reseptlərlə bizi sevindirəsiniz
48. Aysel | Aprel 30th, 2010 at 1:03 am
salam Feride xanim!zehmet olmasa yazardiz bura nece faizli qaymaq lazimdi??adi sudden duzelen qaymaq??tesekkurler….
49. Refiqə | Aprel 30th, 2010 at 6:04 am
Opdum sizi canim məsləhətlərin üçun isdi çətinə duşsəm komək isteyecem. Yəqin ki koməyininzi əsirgəməzsiniz
50. FƏRİDƏ | Aprel 30th, 2010 at 10:21 am
AYSEL: Tam yağlı qaymaq olsa daha yaxşı olar . Qaymağınızın nə qədər yağlı olub olmaması dondurmanın da dadında əks olunacaq. Bir az az yağlı qaymaq olsa, dondurma çox yağlı olmayacaq. Yəni ki, seçim sizindir.
51. Aysel | Aprel 30th, 2010 at 8:38 pm
Feride xanim cavabniza gore cox sag olun.mutleg hazirlayacam,nece alindigini yazaram.sag olun,opurem.
52. Gulush | May 14th, 2010 at 8:51 am
bu dondurmaya kraxmal elave elemirler? kraxmalsiz nece qatilasir? xahis edirem mutleq cvb yazin
53. FƏRİDƏ | May 14th, 2010 at 1:06 pm
GULUSH: Xeyir, kraxmal yoxdur. Dondurma buzluqda oldugunda berkiyir, yoxsa colde o qeder de qati olmur.
54. Hicran | Iyun 9th, 2010 at 3:54 am
Fəridə xanım siz bu üzdəniraqların sözlərinə fikir verməyin ALLAH onların cəzasını versin utanıb ölmürlər abırsızlar. Avara adamlardı da bilmirlər ki, vaxtlarını nəyə sərf etsinlər. Mümkünsə tez silin onların şərhlərini . Narahat olmayın biz sizə çox dəyər veririk. Çünki siz buna layiqsiniz.
55. Məleykə | Iyun 9th, 2010 at 4:26 am
Salam Feride xanım siz bu axmaq insanların şərhlərini niyə silmirisiniz saytdan Mən bir insan kimi o mənasız sözləri yazanlara insan demək olmaz onlara nifrət edirəm axmaq və səviyyəsizlər vaxtınızı belə yersiz işlərə sərf edənəcən gedin Qurani kərimin surələrini oxuyun orada sizin kimi insanlardan çox yazılıb sizin kimi ruzi bərəkətə iyrənc baxan insanlar o dünyada öz cəzalarına çatacaqlar o dünyanızdan qorxun ey insanlıqdan çıxmışlar!
56. Məleykə | Iyun 9th, 2010 at 4:46 am
Feride xanım yazıları görüb esebleşdim heç yazmadım Siz heç neye fikir vermeyin əsas odurki sizi seven size perestiş eden bloqunuzun çoxlu oxucuları var onlardan biride menem men sizin kimi Azerbaycan xanımı ilə fəxr edirəm o menasızlar ise ancaq ve ancaq paxıllıqlarından o sözləri yazırlar sizə qibtə edirlər amma Allah təala buyururki paxıllıq edən kəs başqasına zərər gətirməz ancaq paxıllıq və pislik edənin özunə ziyan verər men hər zaman belələrini Allaha tapşırıram sizdə belə edin Fəridə xanım öpürəm sizi
57. PƏRVANƏ | Iyun 9th, 2010 at 6:00 am
MƏLEYKƏ XANİM
SİZ BU XƏSTƏ İNSANA FİKİR VERMƏYİN.MƏNCƏ ONUN YAXSİ HƏKİMƏ EHTİYACİ VAR. FƏRİDƏ XANİM BİZ HƏMİSƏ SİZİNLƏYİK.
58. FƏRİDƏ | Iyun 9th, 2010 at 8:18 am
HICRAN, MELEYKE, PERVANE:Qizlar, desteyinize gore cox sag olun. O “shexsin” serhleri saytdan silindi. Cox sag olun.
59. Məleykə | Iyun 10th, 2010 at 12:59 am
Təşəkkür edirəm Pərvanə xanım dəstəyinizə görə əlbətdə xəstə insana baş qoşmaq lazım deyil mən sadəcə sözümü dedim Məncə Fəridə xanımın bizlər kimi onu çox sevən iştirakçıları varsa ele bu herneye deyer Biz sizi çox sevirik Fəridə xanım
60. sevgi opucugu | Iyun 14th, 2010 at 7:04 am
Slm feride xanim.Saytinizin coxdanki qonagi olmagina baxmayaraq,ilk defe serh yaziram.reseptlerinizden cox faydalaniram.Onlar ucun qalin defter ayirmisam.Butun reseptlerinizi sekilleri birlikde o deftere elave edirem.Yeniliklerinizi sebirsizlikle gozleyirem.Ele edin ki,defterimin sayi coxalsin,sizin reseptlerinizle.
Seklinizi goturmeyime yeqinki narazi olmazsininz.Cunki defterimin uz qabigini bezeyir.Bu arada cox gozelsiniz
Bir sualim olacaq.Kitabininzin azerbaycan dilinde nesri ne vaxt isiq uzu gorecek?
Sizi cox isteyirem.COXLU-COXLU SEVGIYLE OPUREM.
61. ŞƏKƏR | Iyun 28th, 2010 at 7:54 am
DONDURMA RESEPTİ ÜÇÜN ÇOX SAĞOLUN .
62. WINX CLUB FLORA | Iyun 28th, 2010 at 7:58 am
SAĞOLUN DONDURMAYA GÖRƏ. AMMA ONN ÜSTÜNƏ ÇƏLƏM DƏ VURUN
63. Cristian Ronaldo | Iyun 28th, 2010 at 8:40 am
çox sağolun. bu dondurmaya görə. siz bunun içinə cürbəcür meyvələrdə qata bilərsiz çox gözəl alınır
64. Hepsi 1 Eren | Iyun 29th, 2010 at 12:24 am
salam feride xanim. sizin bu yeməkləriniz hamının xoşuna gəlir.demək olar ki burada bütün yeməkləri bişirmişəm. bu saytı yaratdığınıza görə çox sağolun
65. Hayatcemresi | Oktyabr 4th, 2010 at 10:10 pm
Feride hanım ben de kaymaklı dondurma yaptım,salepli olanından,çok nefis oluyor,dondurmama bu adresten bakabilirsiniz.
http://hayatcemresi2.blogspot.com/2010/09/damla-sakizli-kaymakli-dondurma.html
66. Hayatcemresi | Oktyabr 4th, 2010 at 10:11 pm
Bir de zerdeçalli limonlu dondurmam var onun adreside burada:
http://hayatcemresi2.blogspot.com/search/label/DONDURMALAR
67. zerife | Noyabr 11th, 2010 at 4:59 am
men bu dondurmadan bir vaxt eleyecem cox sag olun.
68. Mariana. | Yanvar 5th, 2011 at 10:38 am
salam xanimlar necesiz ne var ne yox sesiniz soraqiniz gelmir.Feride xanim siz necesiz sizden yene xaiw edirem asan ve dadli yeni dondurma reseptleri yazasiz.evvelceden saqolun.
69. hulya | Yanvar 10th, 2011 at 6:31 am
salam xanimlar men burada olan reseptleri komputerin yaddasin vermek isteyirem,ancaq bacarmiram xahis edirem kimse mene komek etsin.evvelceden minnetdaram.
70. FƏRİDƏ | Yanvar 11th, 2011 at 5:28 pm
HULYA: Reseptleri COPY-PASTE ederek WORD faylina yerlsdirib, sonra SAVE AS deyib ad qoyun ve komyuteriniz yaddasina yazin. Reseptleri PRINT duymesine basaraq print ede de bilersiniz.
71. ilhame | Yanvar 18th, 2011 at 11:17 am
eladi reseptler
72. anara | Fevral 13th, 2011 at 6:39 am
menim 15 yawim var ancaq butun reseptleri mamcun gotururemki biwirsin wokoladli dondurmadan otru oluremde kim yazibsa tewekkurler.
73. leyla | Mart 3rd, 2011 at 3:46 am
salam cox yaxsidi!!!!!!!!!!!!!!!!!!!!!
74. TUKEZBAN | Mart 3rd, 2011 at 3:47 am
FERIDE XANIM TESEKKURLER!!!!!!!!!!!
75. Rabia | Mart 11th, 2011 at 3:06 pm
qeyd etdiyiniz supriz sirniyyat hansidiki?
76. Rabia | Mart 13th, 2011 at 4:43 am
qaymaq olmasa olarmi? ve ya evezine ne qatmaq olar?
77. FƏRİDƏ | Mart 13th, 2011 at 10:52 pm
RABIA - Qaymaqsız olmaz.
78. Gunel | Mart 23rd, 2011 at 9:56 am
Biwirdim.Bomba dadirdi
79. zərda | Aprel 20th, 2011 at 9:48 am
salam feride xanim ve xanimlar her mirinize atesli salamlar resepti cox beyendim.elleriviz yorulmasin.ALLAH-dan size can sagligi arz edirem .INSallah bizi yeni reseptlerle sevindirersiz.
80. Gunay | Aprel 21st, 2011 at 9:31 am
Bu dondurmani denedim cox yaxwi alinmadi. ayeqin bacarmamiwam :(((((((((
81. Gulush | May 14th, 2011 at 3:32 am
salam 1 nece defe elemisem cox lezzetlidi, amma sarimtil rengde olur isterdim ag olsun. bunu yumurtanin agindan hazirlamaq olarmi? veya tam yumurtadan ag ve sarisindan..resepte gore tesekkur
82. FƏRİDƏ | May 16th, 2011 at 11:30 am
GULUSH - Esl vanilli dondurmanin rengi sarimtil olmalidir.
83. gulush | May 24th, 2011 at 3:12 am
salam hazirladim yaxsi alinmadi dadli idi amma adam arasina cixasi deyildi. sudu bir az qaynatmisam yeqin ona gore bele olub
84. gulush | May 24th, 2011 at 3:20 am
salam bu defe istedim resepte tam emel eliyim, amma marojna yaxsi alinmadi. 4-cu addimda yazilib 7 deqiqe sudu bisirek sora qasigin ustunde plyonka alinacaq. men 7 deqiqe bisirirem qatilasmir plyonka alinmir. axirinci defe bisirende istedim reseptdeki kimi mende de plyonka alinsin amma sud qaynadi marojna olmadi.
85. AYTEN | Iyun 15th, 2011 at 12:49 am
COX ELADI
86. AYTEN | Iyun 15th, 2011 at 1:09 am
ureyimce oldu. hemen anama hazirladacam.
87. aysel | Iyun 21st, 2011 at 2:56 am
Salam . Bu sayt cox xosuma geldi.
88. Könül | Iyun 28th, 2011 at 3:32 am
Salam. Bu saytı yaradan insanlara çox sağ olun deyirəm. Hər baxımdan maariflənmənin yüksək səviyyədə olduğu görünür. Xalqını sevən insan ona mümkün olan bütün vasitələrlə kömək etmək istəyər.
89. gunel | Iyul 10th, 2011 at 9:51 am
ne gozel saytdiii. bundan sonra oyrenmek istediklerimin demek olarki hamisini burda tapacam.melumat yerlesdirenlere derin tesekkurler )))
90. lena | Avqust 24th, 2011 at 6:04 am
salam….receptleriniz cox yaxwidir…..birinci etapda gosterdiyiniz sud qaynadilmiw olmalidir?
91. FƏRİDƏ | Avqust 25th, 2011 at 11:53 am
LENA - Onu ele birinci etapda qaynadırsınız. Ondan əvvəl lazım deyil.
92. Aysel | Oktyabr 12th, 2011 at 10:02 am
Halaldı sizə,Fəridə xanım,əllərinizə sağlıq,uğurlarınızın davamını diləyirəm,ABŞ da diaspora fəaliyətinizlə bağlı sizi sadəcə alqışlayıram
93. vuska | Noyabr 1st, 2011 at 11:10 am
SALAM FERIDE XANIM ZEHMET OLMASA BIZE QLAZURLU KAKOSLU SIRNIYYATIN RESEPTINI DEQIQ YAZARDIZ.YAZAN ELERINIZ DERT GORMESIN.
94. vuska | Noyabr 1st, 2011 at 11:12 am
QABAQCADAN TESEKKURLER
95. Emine | Noyabr 25th, 2011 at 12:53 am
cox asan resepdi indiden her yazana minetdaram, deyiller kisilerin ureyine yol medesinden kecir, bu reseptlere uygunlassam cetin metbextden cixam, imkan olsa yeni reseptleri @poctama gonderin, evvelceden tesekkur edirem.
96. Guler /admin/ | Noyabr 25th, 2011 at 1:14 am
Əminə xanım,yeni reseptlərdən xəbərdar olmaq üçün bloga abunə olun. Bunun üçün blogun sağ tərəfində,yuxarıda “E-mail ilə abunə olun”- funksiyasından istifadə edin.
97. seymur | Dekabr 28th, 2011 at 11:22 am
cox yxsi reseptlerdi
98. seymur | Dekabr 28th, 2011 at 11:24 am
baxin oyrenin
99. heqiqet | Yanvar 27th, 2012 at 4:12 am
Feride xanim salam.Men de bu dondurmani hazirlamaq isteyirem lakin qaymaq meni cawdirir .Duzdu serhleri oxudum qaymaqla bagli yene cixilmaz qaldim SLIVKI var 200qr nece faizlisi lazimdir?yoxsa iran buraxan qati aymaq kimi zehmet olmasa men Bakuda yasayiram bizim marketde hansi adla satilir?Evvelceden tewekkurler. Sagolun.
100. Guler /admin/ | Yanvar 27th, 2012 at 9:17 am
HƏQİQƏT, qaymağın yağlılıq faizi nə qədər çox olsa dondurma yağlı alınacaq. Zövqünüzə görə müəyyən edin.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed