Best in the World!
Dadlı yemək reseptləri bloqu

Saciçi Toyuq

Sacın qədim tarixi var. Qaz sobası və tava ixtira olunmamışdan öncə Azərbaycanda çörək və yemək bişirmək üçün bir tərəfi bir qədər qabarıq -günbəz,digər tərəfi isə çökək olan dəyirmi sacdan istifadə olunurdu. Sacın qabarıq tərəfində yuxa,çörək, kökə,qutab, çökək,oyuq olan tərəfində isə müxtəlif yeməklər bişirilirdi. Hazırda da sac mətbəximizdə eyni məqsədlə istifadə olunur.

Adətə görə yemək hazırlamaq üçün sac ya ocaq,ya da ağac kömürü üzərində qoyulur. Keşmişdə köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək üçün sacı da özləriylə birgə aparırlarmış. Azərbaycan ərazisində b.e –nın 4-cü minilliyinə aid gildən hazırlanmış ilk sac nümunəsi tapılmışdır. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük,hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunur.

Sac içində hazırlanmış yeməklər “Saciçi” adlanır. Ət,toyuq,balıq- hər şey sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaşı hissəsi,qoyun quyrugu soğanla birlikdə yağda sac içində qovrulur. Çox dadlı yeməkdir! ( Bu yeməyin resepti kitabımda yer alacaq).

Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə “sac ayağı” deyilən 3 dayaqlı altlığın üzərində qoyulur. Məndə sacayağı olmadığı üçün süfrəyə adi qaydada,altlıq olmadan qoyuram. Yemək bişirmək üçün diametri 33 cm olan sacdan istifadə edirəm.

Beləliklə,bu dəfə sizlərə sacda qovrulan toyuqla tərəvəz reseptini təqdim edirəm. Adətən saciçi toyuq hazırlayarkən doğranmış toyuq və tərəvəzlər ayrı-ayrılıqda yağda qovrulur,sonra qarışdırılıb süfrəyə verilir. Bu reseptdə də yemək əsas üsulla hazırlanır,sadəcə kiçik bir fərq- yeməyə xüsusi tam qatmaq üçün toyuq ədvalı tomat sousuna batırılaraq bişirilir. Bu resepti Bakıda yaşayan gözəl xanım Mehriban Əlizadədən əldə etmişəm. Qeyd edim k, mən yeməyi imkan olmadığı üçün adəti üzrə ocaqda deyil,qaz sobasında hazırlamışam. Nuş olsun!

Saciçi Toyuq

4 nəfərlik

Lazım olan ərzaqlar:

1 ədəd orta ölçülü (təxminən 1.5kq) toyuq əti yaxud da 1 kq doğranmış toyuq əti (qol,qanad,bud,döş əti) (toyuğun gövdəsi bulyon hazırlamaq üçün lazım ola bilər)
Təxminən ½ fincan ərinmiş yağ – ( yağın yanmaması üçün ərinməmiş duzsuz kərə yağına bir neçə qaşıq duru yağ əlavə edərək də istifadə etmək olar).
2 ədəd orta ölçülü kartof – soyulub,orta qalınlıqda uzununa doğranılır
2 ədəd orta ölçülü yaşıl bolqar bibəri (zövqə görə qırmızı bibər də əlavə etmək olar) – təmizlənib,uzununa 4 hissəyə bölünür.
Bir ovuc ağ göbələk- yuyulub-təmizlənir, yarıya bölünür. Böyükdürsə 3 hissəyə bölünür.
2 ədəd orta ölçülü badımcan – orta qalınlıqda,uzununa doğranılır,acısı çıxarılır.
2-3 ədəd orta ölçülü yetişmiş pomidor- yarıya və ya bir neçə hissəyə bölünür (balaca pomidorları doğrmamaq da olar)

Sous üçün:

1 fincan toyuq bulyonu
3 xörək qaşığı üzüm yaxud alma sirkəsi
3 xörək qaşığı tomat pastası
6 böyük diş sarımsaq (əzilmiş)
¼ çay qaşığı paprika( şirin, qırmızı toz bibər)
Duz,döyülmüş istiot

Hazırlanması:

Doğranmış toyuq qazana qoyulur, üzərinə çıxanadək su əlavə edilib, qaynamağa qoyulur. Təxminən 20 dəqiqə orta dərəcəli odda bişirilir. Bişərkən üzərindəki kəfi yığılır. Bişmiş toyuq sudan çıxarılır, bulyon süzülüb təmizlənir. Sous hazırlanır. Sous üçün lazım olan ərzaqlar kiçik bir qabda qarışdırılıb kənara qoyulur.

Sacın içinə 2 xörək qaşığı yağ qoyulur, orta dərəcəli odda əridirlir. Doğranmış kartoflar təxminən 3 dəqiqə olmaqla hər tərərfi yaxşıca qızardılır. Qızarmış kartoflar ayrı boşqaba yığılır. Bibərlər də sac da qovrulur. Ehtiyac olarsa yağ əlavə edilir. Qovrulmuş bibərlər də ayrıca boşqaba yığılır. Göbələklər təxminən bir dəqiqə, taxta qaşıqla ehmalca qarışdırılaraq bişirilir, ayrıca qaba yığılır. Badımdanlar tavaya tək-tək qoyularaq qızardılır. Lazım olduqca yağ əlavə edilir. Qızardılmış badımcanlar da ayrıca boşqaba yığılır.

Əgər sacdakı yağ yanıbsa, içində qara yanmış hissələr varsa bu yağ yığılır, yenidən yağ əlavə olunur. Toyuq sacın içinə yığılır, o üz-bu üz olmaqla bir dəfə çevrilərək yüngülcə qızardılır. Qızarmış toyuğun üzərinə sacın kənarlarından az-az sousdan tökülür. Bir dəfə çevirməklə toyuq sous qatılaşana və yağı çıxanadək bişirilir. Pomidorlar bişmiş toyuğun ətrafına düzülür, sacda yumşalanadək bir neçə dəqiqə bişirilir.

Əvvəlcədən ayrı-ayrılıqda sac içindəı bişmiş tərəvəzlər –badımcan,kartof,göbələk,bibər toyuğun ətrafına bəzək kimi qoyulur. Sacın üzəri örtülür və yüngülcə ocaqda istidilir. Qapaq açılır,yemək çörəklə birgə süfrəyə verilir. Əgər sacınız yoxdursa tərəvəz və toyuğu eyni qayda ilə geniş tavada bişirə bilərsiz. Bişmiş toyuq və tərəvəzi sonda böyük boşqaba düzərək süfrəyə verə bilərsiz. Yalnız pomidor sousla birgə ayrıca qabda təqdim olunmalıdır.

Bir cavab yazın

22 Şərh
  1. İlk şerh menden.Ellerine saqliq Feride! Görünüşüne söz ola bilmez.Cox hem de cox iştah açıcı görnüşü var.Sözün düzü men saciçini restoranda yemişem,evde bişirildiyini(yeni bina evlerinde) bilmirdim.Ruslar demişken nado poprobovat.Teşekkürler.

  2. P.S.Sousun cox xoşuma geldi.Yazıb götürdüm.Bunu et yemeklerinde(qizartmalarda) istifade etmek olar?

  3. SƏİDƏ – Nuş olsun. Əlbəttə, sousu istədiyiniz qızartmada istifadə edə bilərsiniz.

  4. Restoranda yemishdim,beyenmishdim. evde yoxlamagina deyer. eyni qaydada quzu eti ile yoxlamaq olar? elbetde ki bulyonu da quzudan hazirlamaq sherti ile. bu arada sizin menu.az saytinda intervyunuzu oxudum. gelecek ishlerinizde ugurlar 🙂

  5. Beh beeeh

  6. Salam Feride xanim. Chox sagolun,ellerinize saglig. Mende sac almisham,amma bishirmek qaydasini bilmirdim. inshallah sizin sayenizde bishirerem. Inshallah yaxshi olar.Birde Feride xanim quzu yada can etindende ele bu qaydada bishirmek olar? evvelceden teshekkurler.

  7. Dostlar, quzu və ya can ətiylə sac-qovurma yaxşı alınar. Onun hazırlanama qaydası fərqlidir. Daha çox qovurma tiplidir.

  8. cox dadli gorunur olsaydi yeyerdim ozde ag coreyi batirib yeyesen

  9. Men yemisem kendde olanda cox dadli olur eminemki sizdede gozel alinacaq

  10. SAlam.nefis gorunur.Feride xanim sizden coox xahis edirem ki, dadli ancaq Diyetik yemek reseptleri de saytinizda yerlesdiresiniz?

  11. cox sagol feride xanim esil yay yemeyidi sacda daha dadli olar mutleq bishrecem.

  12. Feride xanim, sac haqqinda olan material mende maraq yaratdi. Bu mevzunu islemek isterdim. O ki, qaldi sac yemeyine, bunu cox beyenirem. Mutleq aile ucun hazirlayacaqam. Tesekkurler! Uqur olsun!

  13. Chox leZZetli gorunur! Ellerinize sagliq Feride xanum!!!

  14. Feride xanim cox sagolun.dogurdan cox dadli alindi.men evde bisirdim.evdekilerin hamisinin xosuna geldi.dogurdanda sac bizim milli kecmisimize aid cox deyerlidir.cox saglonun

  15. bu bir nov ecebsendele de oxwayir/ orda amma kartof ciy duzulur qazanin dibine, ustune ciy pomidor, ustune katlet, onun da ustune fal-fal qizardilmish badimcan. cox dadli olur :)))

  16. elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  17. ELAAAAAAAAAAAA

  18. Salam feride xanim,bunu komurde bisirmek olar?necce edekki ezilmesin’shekildeki kimi butov qalsin?

  19. AYTƏN, ocaq üzərində deyirsizsə, bəli olar. Bütöv qalması üçün həddən artıq çox bişirilməm’lidr.

  20. Salam feride xanim.men bisirdim ama sizin dediyiniz kimi cox bisirende ezilir demek olarki pomidor biber itir icinde

  21. Cox sag olun,mutleq bu yemeyin dadina baxacam.

  22. cox gozel gorunur ele ekrandan gorunusu gozel oldugu ucun ele elini uzadib burdan yemek isteyirem suuupeeerrrr menim en sevdiyim yemekdir
    ellerinize sagliq

Bir cavab yazın