
Şami Lənkəran mətbəxinə aid yeməkdir. Bu resepti mənə Lənkəranlı rəfiqəm Sevda verib. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda Şami-Plov adlanan plov var). Mən şamini çörəklə də çox xoşlayıram. Sizə də nuş olsun!

Şami
18-20 ədəd şami üçün
1 kg sümüksüz, yağsız qoyun əti
2 ədəd orta baş soğan - qabığını soyun, bütöv qalsınlar
2 ədəd yumurta
zövqə görə duz
zövqə görə istiot
təxminən üçdə bir stəkan duru yağ - qızartmaq üçün
Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz). Əti və soğanları ət çəkən maşından keçirin. Sonra bir qaba qoyun. Üzərinə yumurta, duz, istot əlavə edib, yaxşıca yoğurun.
Alınan kütlədən nə çox yastı, nə də çox qalın olan uzonsov və ya yumru küftəciklər düzəldin. Təxminən 18-20 ədəd şami alınmalıdır.
Tavada yağı qızdrın və şamini yağda qızardın . Plov və ya çörəklə süfrəyə verin (Lənkəranda plovla verilir).
22 Comments Add your own
1. Elvin | Fevral 13th, 2010 at 12:54 am
Bunlar əladır mənim xoşuma gəldilər Şami talışların yeməyidir və məndə talışam.
2. Sever Erdemir | Fevral 13th, 2010 at 9:38 am
Elinize sağlıq. Lenkeran yemekleri her zaman her yerde çox beyenilir. Eminem bu yemeyi de bişirende etrafımdakı Türk metbexi heyranları fikirlerini deyişecek.
3. eldivenlerim | Fevral 13th, 2010 at 9:58 am
bu köfteler çok lezzetli gözüküyor, ellerinize sağlık….
4. nisanur23 | Fevral 14th, 2010 at 5:22 am
Merhaba,azeri yemeklerini merak ediyorum,köfteleriniz de harika,elinize sağlık.
5. Ulya | Fevral 14th, 2010 at 1:56 pm
salam Feride xanim.saytinizi cox beyenirem ve reseptlerinziden istifade edirem.bele gozel yemekler ucun size tesekkur edirem.size bir sualim var.xahis edirem mene bir movzuda komek edesiniz.tort kremi hazirlayarken cox vaxt alinmir,curuyur ele bil.bunu hec cur duzelde bilmirem.meslehetinize ehtiyac var.evvelceden tesekkurler
6. FƏRİDƏ | Fevral 15th, 2010 at 9:32 pm
ULYA: Krem haqda basqa yerde de deyesen serh qoymusunuz, ora cavab vermisdim:) Kremin curumesini sebebini dediq bilmirem, amma men evvelce yagi yaxsi caliram, sonra qatilasmis sudu elave edib bir az da caliram, onda curumur.
7. mehran | Fevral 16th, 2010 at 3:57 pm
salam fəridə xanım. man cənubi azərbaycandan bu blogi tapdım və çox sevinirəm ki mənim ana dilimdə bu qözəllıqda bir aşpazlıq blogi açılıb.
çox çox qözəl qördum bu blogu allərinizə sağlıq.
mehran.16yaşım var.Təbriz`dən
8. Adil | Fevral 17th, 2010 at 10:42 am
salam Feride xanim. Bu ete yumurta butov vurmaq lazimdi, yoxsa ancaq sarisini. Cunki shekilde yumurtanin ancaq sari dushub, amma restepde o qeyd olunmayib?
Cavabiniza gore evvelceden teshekkur edirem
9. Fəridə | Fevral 17th, 2010 at 11:04 am
ADİL: Yumurta bütov olmalıdır. Şəkildə ağı görünmür, amma ağı da var.
10. Aynur | Fevral 17th, 2010 at 11:03 pm
Salam Ay Feride xanim bu katletin bishmish halidir mence.Ferqi ondadir ki katleti chiy etle qizardirsiniz,Şamini bishirib qizardirsiniz.Yeqin ki dadi bashqa cur olar.Bir defe bishirib baxaram.Teshekkurler
11. Nusabe | Fevral 19th, 2010 at 9:13 am
Feride xanim, size deyim ki menim valideynlerim Lenkerandandir. Bu sami da bizim evde tez-tez bisirilen yemeklerdendir. Amma anam samini basqa cur bisirir:
Cekilmis et ve sogana bir az dogranmis kesnis, tursu (bizde buna palciq tursusu deyirler) duz ve istiot vurur. Yasti ve yumru formaya salir. Bir az su elave edilmis tavaya duzur samilari. Bismeye az qalmis tavaya yag vurur ve iki terefli qizardir. Cox dadli olur:).
12. narmin | Fevral 28th, 2010 at 10:08 am
bu bildiyimiz kotlete oxsayir. inaniram ki dadi da eynidi
13. NİSANUR23 | Mart 5th, 2010 at 3:11 pm
Sevgili kardeşim,çok güzel bir köfte olmuş.
14. Aynurcan | Mart 8th, 2010 at 7:05 am
salam feride xanim necesiniz?? Feride xanim men bu samini etdim ne cur varsa ocur ama qizardanda hamisi daqildi mende icine suxarni vurdumku acilmasin nece edimki acilmasin heee??
15. FƏRİDƏ | Mart 8th, 2010 at 11:54 am
AYNURCAN: SAğ olun men yaxşıyam. Şaminin eti yağsız olmalıdır ki dağılmasın. Buna adətən suxari vurulmur, amma əgər açılırsa suxari kömək edər. Şami adətən zərif olur, o biri kotletər kimi deyil.
16. Rəfiqə | Mart 9th, 2010 at 5:37 am
salam Feride xanim. Menim anam da bisirir amma ferqli qaydada. Evvelce etle soğanı cəkir sonra ona 4-5 ədəd yumurta duz istiot vurub qarışdırır.Tavada yağ qızdiqdan sonra eti tavaya tökur.Et bir az özunu tutandan sonra onu 4ve ya 8 yerə bölür .Bir üzü qizardiqdan sonra obiri üzunü qızardir.
17. NERGIZ | Mart 10th, 2010 at 5:09 am
SALAM FƏRİDƏ xanım necesiz?çox dadlı yeməklər bişirirsiz əminəmki bu şamidə dadlıdır əlləriniz ağrımasın.sağolun ALLAH sizi qorusun.
18. Rəfiqə | Mart 11th, 2010 at 5:02 am
Salam Feride xanim. Men sizi yenə narahat edirəm. Men sizin yazdiqiniz şami reseptini bişirdim şəkildə gösterildiyi kimi alındi dağılıb eləmədiı.Ancaq o gun men size tarif etdiyim çiy ətlə hazirlanmiş şami resepti daha lezzetli alinir. sinaqdan çıxarmanızı tövsiyye edrdim. Men de yaxşı yemekler bişirmeyi xoşlayıram.Sizden yeni -yeni tarifler gözleyirik.Uğurlar
19. Rəfiqə | Mart 18th, 2010 at 8:24 am
SALAM FERIDE XANIM .SIZIN NOVRUZ BAYRAMINIZI TEBRIK EDIRIK.
20. Rəfiqə | Mart 18th, 2010 at 8:26 am
FERIDE XANIM BISIRDINIZ ? NECE ALİNDİ?
21. FƏRİDƏ | Mart 18th, 2010 at 9:03 pm
REFIQE: Sizin de bayraminiz mubarek. Yox, teessufler olsun ki, samini bisirmeye vaxtim olmayib. Bir gun bisirmeye calisaram.
22. Rəfiqə | Aprel 16th, 2010 at 10:48 am
FƏRİDE XANİM SALAM. NECƏSİZ. FƏRİDƏ XANIM MƏNƏ KİYEV KATLETİNİN RESEPTİNİ YAZA BİLƏRSİNİZ.QABAQCADAN TƏŞƏKKÜR EDİRƏM .
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed